Qəbələ Heydər Əliyev Mərkəzi

Qəbələ Heydər Əliyev Mərkəzi 🏛 Qəbələ Heydər Əliyev Mərkəzi
📍 Qəbələ şəhəri
🕒 09:00 - 18:00

4 iyun  tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin  "Tədbirlərin planlaşdırılması və təşkili" ixtisası qrupunun  təl...
04/06/2026

4 iyun tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Tədbirlərin planlaşdırılması və təşkili" ixtisası qrupunun tələbələri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

01-03 iyun  tarixlərində Bakı şəhər, Qəbələ rayon, Oğuz rayon sakinləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edi...
03/06/2026

01-03 iyun tarixlərində Bakı şəhər, Qəbələ rayon, Oğuz rayon sakinləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Gələcəyin sahibləri ilə bir gün" adlı tədbir keçirilibİyunun ...
01/06/2026

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Gələcəyin sahibləri ilə bir gün" adlı tədbir keçirilib

İyunun 1-də Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı filialının birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli körpələr evi uşaq bağçasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Gələcəyin sahibləri ilə bir gün" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara göstərilən dövlət qayğısını diqqətə çatdırmaq, onların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq bacarıqlarının nümayiş etdirilməsindən ibarətdir.
Tədbirdə çıxış edənlər uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğulayaraq onların sağlam, bilikli və vətənpərvər ruhda yetişməsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması və hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bədii hissədə bağça uşaqlarının təqdimatında müxtəlif rəqs nömrələri nümayiş olunub, musiqili kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Uşaqların çıxışları tədbirə xüsusi rəng qataraq qonaqlarda xoş təəssürat yaradıb.



Mayın 28-də 28 May - Müstəqillik Günü ilə əlaqədar Nic qəsəbə 2 saylı uşaq bağçası tərəfindən Qəbələ rayon Heydər Əliyev...
28/05/2026

Mayın 28-də 28 May - Müstəqillik Günü ilə əlaqədar Nic qəsəbə 2 saylı uşaq bağçası tərəfindən Qəbələ rayon Heydər Əliyev Mərkəzi ziyarət edilib, mərkəzin əməkdaşı gələn qonaqları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış edib.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

23-26 may tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və Tövlə kənd sakinləri Qəbələ rayon Heydər Əliye...
26/05/2026

23-26 may tarixlərində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və Tövlə kənd sakinləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

23 may tarixində Meksika Birləşmiş Ştatlarının vətəndaşı Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər He...
26/05/2026

23 may tarixində Meksika Birləşmiş Ştatlarının vətəndaşı Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçirib.

28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilibMayın 26-da Qəbələ rayon Heydər Əliyev M...
26/05/2026

28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib

Mayın 26-da Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Qəbələ Dövlət Rəsm Qalereyası, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı filialı, Qəbələ rayon Mədəniyyət Mərkəzi, Qəbələ regional "ASAN xidmət" mərkəzi və Cığatelli kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə "İstiqlalın sədası" adlı tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların əməkdaşları, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, dövlətçilik ənənələrinin qorunub saxlanılması və müstəqil Azərbaycanın inkişaf yolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, ümummilli lider Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, bu siyasi kursun İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs olunub.
Tədbir çərçivəsində vətənə, müstəqilliyə və dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib, videoçarx nümayiş olunub, müstəqillik tariximizi, dövlət rəmzlərimizi və Azərbaycanın inkişaf yolunu əks etdirən sərgi nümayiş olunub.



18-22 may tarixlərində Bakı şəhər, Qəbələ rayon, Yenikənd və Zarağan kənd sakinləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini...
22/05/2026

18-22 may tarixlərində Bakı şəhər, Qəbələ rayon, Yenikənd və Zarağan kənd sakinləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

Mayın 21-də əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Azərbaycan Respublikasının xalq rəssamı, professor Arif...
22/05/2026

Mayın 21-də əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Azərbaycan Respublikasının xalq rəssamı, professor Arif Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Qəbələ rayon Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli həyat fəaliyyətini əks etdirən eksponatlara baxış keçiriblər.

Address

Heydər Əliyev Prospekti, 40
Qabala

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qəbələ Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share