Hacıqabul Heydər Əliyev Mərkəzi

Hacıqabul Heydər Əliyev Mərkəzi Hacıqabul rayonu

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar davam edirHəftə ərzində Mərkəzdə 77 nəfərin iştirakı ilə 4 qrup h...
11/09/2026

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar davam edir

Həftə ərzində Mərkəzdə 77 nəfərin iştirakı ilə 4 qrup halında ekskursiya təşkil olunub.

Ekskursiya zamanı ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, dövlətçilik irsi və Hacıqabul rayonu ilə bağlı tarixi məlumatlar təqdim edilib, həmçinin Mərkəzdə açılmış sərgilərə tamaşa ediblər.

11/09/2026

Uşaqların asudə vaxtının səmərəli təşkili: musiqi və yaradıcılıq

Heydər Əliyev Mərkəzində uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə musiqi və yaradıcılıq məşğələləri davam etdirilir. 🎹🎶

Uşaqların mahnı ifası, musiqi ilə tanışlığı və birgə yaradıcılıq fəaliyyəti onların asudə vaxtının faydalı və maraqlı keçməsinə, istedad və bacarıqlarının inkişafına imkan yaradır.

Belə fəaliyyətlər uşaqların həm yaradıcılıq qabiliyyətlərinin, həm də özünəinam və kollektivdə ünsiyyət bacarıqlarının formalaşmasına töhfə verir.

10/09/2026

Sülh aylığı çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən “Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbirdən görüntülər.


Sülh aylığı çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbir keç...
10/09/2026

Sülh aylığı çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Sülh və həmrəylik: Tarixdən gələcəyə” adlı tədbir keçirilib.

Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin Hacıqabul bölməsi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin əsas məqsədi uşaqlar və gənclər arasında sülh, həmrəylik, dostluq, qarşılıqlı hörmət və humanizm dəyərlərinin təbliği, sülh mədəniyyətinin formalaşdırılmasına töhfə vermək olub.

Tədbir iştirakçıları əvvəlcə Hacıqabul rayon Heydər Əliyev Mərkəzi tərəfindən hazırlanmış sülh mövzusunda videoçarxa baxıblar.

Tədbirin ən maraqlı və yaddaqalan hissələrindən biri isə Mərkəzdə gənc rəssam tərəfindən şüşə üzərində çəkilmiş “Sülh ağacı” olub. Uşaqlar və gənclər ağacın üzərinə “Sülh mənim üçün...” cümləsini tamamlayan öz arzularını, düşüncələrini və sülhə dair mesajlarını yerləşdiriblər. Beləliklə, hər bir iştirakçının arzusu “Sülh ağacı”nın bir hissəsinə çevrilib.

Tədbir çərçivəsində xüsusi hazırlanmış “Sülh sandığı” da iştirakçıların gələcəyə ünvanlanan mesajları ilə doldurulub. Uşaqlar gələcək nəsillərə sülh, əmin-amanlıq və xoşbəxtlik arzularını ifadə edən məktublar yazaraq onları sandığa yerləşdiriblər.

Daha sonra uşaqlar Mərkəzin qarşısında sülh mövzusunda rəsmlər çəkərək öz dünyalarını rənglər vasitəsilə ifadə ediblər. Onların çəkdiyi rəsmlərdə sülh, dostluq, birlik və xoşbəxt gələcəyə olan inam öz əksini tapıb.

Tədbirin sonunda iştirak edən bütün qonaq və iştirakçılara Təşəkkürnamələr təqdim olunub.

Tədbir iştirakçıları üçün ən unudulmaz məqamlardan biri isə sonda sülh rəmzi olan ağ göyərçinlərin azadlığa buraxılması olub. Göyərçinlərin səmaya yüksəlməsi uşaqların və gənclərin sülh və əmin-amanlıq arzularının simvoluna çevrilib.

Sülh yalnız bir söz deyil – gələcəyə ötürəcəyimiz ən böyük dəyərdir.

Bu gün uşaqların yazdığı hər bir arzu, çəkdiyi hər bir rəsm və səmaya buraxdığı hər bir göyərçin bizə bir həqiqəti xatırlatdı:

Sülh ürəklərdə başlayır, həmrəyliklə gələcəyə çatır!


Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar keçirilibHəftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 3...
04/09/2026

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar keçirilib

Həftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 3 qrup halında, ümumilikdə 19 nəfərin iştirakı ilə ekskursiyalar təşkil olunub.

Ekskursiya zamanı iştirakçılara Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, həyat və fəaliyyəti, həmçinin ölkəmizin ictimai-siyasi və mədəni inkişafındakı xidmətləri haqqında ətraflı məlumat verilib.

İştirakçılar Mərkəzin ekspozisiyası ilə tanış olub, nümayiş etdirilən eksponat və fotoşəkillər barədə məlumat əldə ediblər.

Tarixdə bu gün – Heydər Əliyev irsi3 sentyabr 1991-ci il – Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin S...
03/09/2026

Tarixdə bu gün – Heydər Əliyev irsi

3 sentyabr 1991-ci il – Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi

3 sentyabr 1991-ci il Azərbaycan dövlətçilik tarixinin mühüm və əlamətdar günlərindən biridir. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri seçilmişdir.

1991-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində Naxçıvan ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə üz-üzə idi. Belə bir dövrdə xalqın böyük inamı ilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, milli dövlətçilik ideyalarının qorunması və inkişafı baxımından yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndər həmin dövrün məsuliyyətini dərindən dərk edərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Bu fikirlər Heydər Əliyevin xalq qarşısında məsuliyyətini və dövlətçilik prinsiplərinə sadiqliyini aydın şəkildə ifadə edir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi qısa müddət ərzində mühüm siyasi və dövlətçilik addımları atmışdır.

Naxçıvanda milli dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunmuş, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmışdır. Həmçinin Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi, xarici əlaqələrinin genişləndirilməsi və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Heydər Əliyevin Naxçıvan dövründəki fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində mühüm siyasi və ideoloji zəmin yaratmışdır. Onun həmin illərdə nümayiş etdirdiyi qətiyyətli mövqe, milli maraqlara sədaqəti və uzaqgörən siyasəti sonrakı dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
3 sentyabr 1991-ci il bu baxımdan yalnız Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi tarix deyil, həm də milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtələrindən biridir. Bu əlamətdar tarix Ulu Öndərin Azərbaycan xalqına və dövlətçiliyinə sədaqətinin, onun tarixi xilaskarlıq missiyasının mühüm səhifələrindən biri kimi yaddaşlarda yaşayır.
Heydər Əliyev irsi – müstəqil Azərbaycanın dövlətçilik salnaməsində əbədiyaşar irsdir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi  "Tarixdə bu gün" layihəsini təqdim edir:31 avqust 1994-cü ilDüz 32 il əvvəl — 199...
31/08/2026

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi "Tarixdə bu gün" layihəsini təqdim edir:

31 avqust 1994-cü il
Düz 32 il əvvəl — 1994-cü ilin 31 avqust tarixində Ümummilli Lider Heydər Əliyev Bakı şəhərinin təhsil işçiləri ilə görüşərək müəllim əməyinə, təhsilin roluna və Ana dilimizin zənginliyinə dair zamansız tövsiyələrini dilə gətirmişdir.
Ulu Öndərin həmin tarixi görüşdəki çıxışından dəyərli fikirləri təqdim edirik:
"Müəllimə hörmət, ehtiram həmişə olub, bu gün də olmalıdır, gələcəkdə də olmalıdır. Onu da bilmək lazımdır ki, bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq bütün nailiyyətlərimizə görə birinci növbədə məktəbə, müəllimə borcluyuq."
"Azərbaycan dili söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini — ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin."
“Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın.”

Həftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayon sakinləri, uşaqlar və müxtəlif yaş qruplarından olan ziyarə...
28/08/2026

Həftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində rayon sakinləri, uşaqlar və müxtəlif yaş qruplarından olan ziyarətçilərin iştirakı ilə ekskursiyalar təşkil olunub.

Ekskursiya zamanı iştirakçılara Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyət yolu, Azərbaycanın inkişafında göstərdiyi tarixi xidmətlər, dövlətçilik irsi, eləcə də ölkəmizin müasir inkişaf mərhələsi haqqında ətraflı məlumat verilib.

Uşaqlar və gənclər Mərkəzin ekspozisiyası ilə yaxından tanış olub, nümayiş etdirilən foto və eksponatlar barədə məlumat əldə ediblər. Ekskursiyalar iştirakçıların tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçilik irsimizə marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi olaraq hər bir ziyarətçini qarşılamaqdan və tariximizi gələcək nəsillərə çatdırmaqdan məmnunuq.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində  ekskursiyalar davam edirHəftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində...
21/08/2026

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində ekskursiyalar davam edir

Həftə ərzində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 6 qrup şəklində 63 nəfərin iştirakı ilə ekskursiyalar təşkil olunub.

Ekskursiyalarda uşaqlar, gənclər və rayon sakinləri iştirak edərək Mərkəzin ekspozisiyası ilə tanış olublar. Ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafında müstəsna xidmətləri, həmçinin ölkəmizin müasir inkişaf yolu haqqında ətraflı məlumat verilib.

Ekskursiya zamanı iştirakçılar Mərkəzdə nümayiş etdirilən tarixi fotoşəkillər, sənədlər və digər eksponatlarla tanış olub, onları maraqlandıran suallara cavablar alıblar.

Bu cür maarifləndirici ekskursiyaların keçirilməsi gənc nəslin tariximizə, milli-mənəvi dəyərlərimizə və dövlətçilik irsimizə bağlılığının artırılmasına mühüm töhfə verir.

Zərərli vərdişlərə “Yox!” deyək – sağlam gələcəyə birlikdə addımlayaqHacıqabul rayon Heydər Əliyev Mərkəzi və Gənclərin ...
19/08/2026

Zərərli vərdişlərə “Yox!” deyək – sağlam gələcəyə birlikdə addımlayaq

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şirvan-Salyan regional nümayəndəliyinin Hacıqabul bölməsinin birgə təşkilatçılığı ilə gənclər arasında zərərli vərdişlərin qarşısının alınması və sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici görüş keçirilib.

Görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri və rayon gəncləri iştirak ediblər.

Tədbir interaktiv diskussiya formatında təşkil olunub. Görüş zamanı zərərli vərdişlərin – siqaret, alkoqol, narkotik və digər asılılıqların insan sağlamlığına, psixoloji vəziyyətinə, təhsilinə, karyerasına və gələcək həyatına mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb, bukletlər paylanılıb.

Gənclər mövzu ilə bağlı öz fikirlərini bölüşüb, onları maraqlandıran sualları səsləndirib və sağlam həyat tərzinin formalaşdırılması ilə bağlı müzakirələrdə fəal iştirak ediblər. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam, savadlı və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Səmimi diskussiya şəraitində keçən görüş gənclərin sağlam həyat tərzinə dair biliklərinin artırılmasına, zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılmasına və düzgün seçim etmələrinin təşviqinə xidmət edib.

Address

Hacıqabul Rayon
Navagi
AZ2400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 16:00

Alerts

Be the first to know and let us send you an email when Hacıqabul Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hacıqabul Heydər Əliyev Mərkəzi:

Shortcuts

Share