Babək rayon Payız kənd Q.A.Abbasov adına tam orta məktəb

Babək rayon Payız kənd Q.A.Abbasov adına tam orta məktəb Məktəb

ℹ️ Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib📢 İclasda Təhsil Nazirliyinin əməkdaşları,...
18/02/2026

ℹ️ Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

📢 İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar, peşə təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

✅ ️Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov təhsil sahəsində 2025-ciildə görülmüş işlərin nəticələri və 2026-cı ildə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

🔷️ Sonra isə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2026-ci ilinə dair İş Planı”nı təsdiq edilməsi ilə bağlı müzakirələr aparılaraq təsdiq olunub.

✔️ Kollegiya iclasında həmçinin 2026-cı ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesi barədə iştirakçılara məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

❗️Kollegiya iclasında təhsil naziri müəssisə rəhbərlərinə tədris ilinin sonu ilə bağlı məktəb sənədlərinin qanunvericiliyin tələbləri gözlənilməklə işlənməsinə nəzarətin artırılması, buraxılış və qəbul imtahanlarına hazırlıq işlərinin görülməsi, məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-5 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə şəhər və rayon ərazilərində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Babək rayonunda təhsilin keyfiyyət göstəriciləri yüksəlibBu fikirlər Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə t...
16/01/2026

Babək rayonunda təhsilin keyfiyyət göstəriciləri yüksəlib

Bu fikirlər Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə tərəfindən Babək Rayon İcra Hakimiyyətində keçirilən “2025-ci ildə Babək rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat tədbirində səsləndirilib.

Qeyd olunub ki, 2025-ci il ərzində Babək rayonunda təhsil sahəsində fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi dövlət siyasətinə, Naxçıvan Muxtar Respublikasında aparılan islahatlara və regionun inkişaf prioritetlərinə uyğun şəkildə təşkil edilib.

Bildirilib ki, tədris prosesi mövcud normativ sənədlərə uyğun olaraq planlı və fasiləsiz həyata keçirilib, məktəblərdə mütəmadi monitorinqlər aparılıb və nəticələr əsasında müvafiq metodiki tövsiyələr verilib. Müəllimlərin peşəkar inkişafının təmin edilməsi istiqamətində seminarlar, təlimlər və təcrübə mübadiləsi tədbirləri təşkil olunub.

Vurğulanıb ki, ümumi və tam orta təhsil səviyyələri üzrə şagird nailiyyətlərində müsbət dinamika müşahidə olunur. Buraxılış imtahanlarının nəticələri və fərqlənmə attestatlarının sayında qeydə alınan artım aparılan sistemli işlərin nəticəsidir.

Qeyd edilib ki, Babək rayonu üzrə ümumi və tam orta təhsil səviyyəsi üzrə keyfiyyət göstəricilərində müşahidə olunan artım Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq qiymətləndirmə imtahanlarının və tədris prosesində tətbiq edilən metodik yeniliklərin şagird nailiyyətlərinə müsbət təsirini bir daha təsdiqləyir.

Sonda Babək rayonunda təhsilə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, qarşıdakı dövrdə də təhsilin keyfiyyətinin artırılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə”Tədris motivasiyası və şagirdlərdə öyrənməyə marağın artırılmas...
15/01/2026

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə”Tədris motivasiyası və şagirdlərdə öyrənməyə marağın artırılması” mövzusunda valideyn konfransının bölmə iclası keçirilmişdir.

ℹ️ Təhsil naziri Ordubad rayonunda  vətəndaş qəbulu keçirib✅️ Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasının Təhsil nazi...
23/12/2025

ℹ️ Təhsil naziri Ordubad rayonunda vətəndaş qəbulu keçirib

✅️ Dekabrın 23-də Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib.
❗️Ordubad Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

ℹ️  XI siniflər üçün tədris ilinin ikinci buraxılış qiymətləndirmə monitorinqi keçirilib📢 Naxçıvan Muxtar Respublikası T...
21/12/2025

ℹ️ XI siniflər üçün tədris ilinin ikinci buraxılış qiymətləndirmə monitorinqi keçirilib

📢 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən dekabrın 21-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

✅ ️Monitorinqdə 4 minə yaxın şagird iştirak edib.

Ⓜ️onitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

🔗 Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

16/12/2025
📢 Babək Rayon Təhsil Şöbəsi tərəfindən eksternat təhsilalma forması üzrə aralıq imtahanı təşkil olunacaq. Müraciət etmiş...
09/12/2025

📢 Babək Rayon Təhsil Şöbəsi tərəfindən eksternat təhsilalma forması üzrə aralıq imtahanı təşkil olunacaq. Müraciət etmiş şəxslər müvafiq fənlər üzrə keçiriləcək imtahanda iştirak edəcək.

📅 Aralıq imtahanı 20 dekabr 2025-ci il,
⏰ saat 10:00-da,
📍 Babək şəhər 2 nömrəli tam orta məktəbdə baş tutacaq.

ℹ️ İmtahanda iştirak edəcək şəxslərin şəxsiyyət vəsiqələri ilə birlikdə, prosesin vaxtında başlanmasını təmin etmək məqsədilə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmaları xahiş olunur.

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.
07/11/2025

Babək rayon Payız kənd Q.Abbasov adına tam orta məktəbdə zəfər gününə həsr olunmuş tədbir keçirilmişdir.

📚 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Babək Rayon Təhsil Şöbəsinin kollektivi vaxtilə onlara dərs demiş,...
05/10/2025

📚 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Babək Rayon Təhsil Şöbəsinin kollektivi vaxtilə onlara dərs demiş, hazırda təqaüddə olan müəllimləri ziyarət ediblər. Görüşlər zamanı müəllimlik peşəsinin müqəddəsliyi və gənc nəslin formalaşmasındakı rolu vurğulanıb.

🌸 Təqaüddə olan müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar müəllim adının daim yüksək tutulduğunu, gənc nəslin bu ənənəni ləyaqətlə davam etdirdiyini qeyd ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum gü...
26/08/2025

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi adından təbrik edirik.

Address

Babək Rayon Payız Kəndi
Nakhchivan

Telephone

+994506653582

Website

Alerts

Be the first to know and let us send you an email when Babək rayon Payız kənd Q.A.Abbasov adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Babək rayon Payız kənd Q.A.Abbasov adına tam orta məktəb:

Share