Şərur rayon Aralıq kənd tam orta məktəbi

Şərur rayon Aralıq kənd tam orta məktəbi Tam Orta məktəb

18 iyun 2026-cı il tarixində Aralıq kənd tam orta məktəbində Pedaqoji Şuranın 6 saylı İclası keçirildi.Məktəbimizdə 2025...
18/06/2026

18 iyun 2026-cı il tarixində Aralıq kənd tam orta məktəbində Pedaqoji Şuranın 6 saylı İclası keçirildi.
Məktəbimizdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirildi. İclasda tədris ili ərzində əldə olunan nailiyyətlər, şagirdlərin təlim nəticələri, məktəbdaxili fəaliyyətlər və qarşıda duran vəzifələr müzakirə olundu.
Məktəb rəhbərliyi və pedaqoji kollektiv görülən işləri təhlil edərək uğurları dəyərləndirdi, növbəti tədris ili üçün məqsəd və hədəfləri müəyyənləşdirdi.
Bütün müəllimlərimizə tədris ili boyunca göstərdikləri əzm, zəhmət və fədakarlığa görə təşəkkür edir, onlara xoş istirahət arzulayırıq.

13/06/2026

🔔 Son zəng – 2025-2026-cı tədris ili.
Bu gün Aralıq kənd tam orta məktəbində daha bir tədris ilinin ən həyəcanlı və duyğulu günü yaşandı. Məzunlarımız üçün son zəng səsləndi, məktəb illərinin unudulmaz xatirələri isə qəlblərdə əbədi iz qoydu.
Əziz məzunlar! Qarşıda sizi yeni hədəflər, yeni uğurlar və böyük nailiyyətlər gözləyir. İnanırıq ki, məktəbimizdə qazandığınız bilik və dəyərlər gələcək həyat yolunuzda sizə daim bələdçi olacaq.
Bütün məzunlarımızı təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayırıq!

🔔 Son zəng – 2025-2026-cı tədris ili. Bu gün Aralıq kənd tam orta məktəbində daha bir tədris ilinin ən həyəcanlı və duyğ...
13/06/2026

🔔 Son zəng – 2025-2026-cı tədris ili.
Bu gün Aralıq kənd tam orta məktəbində daha bir tədris ilinin ən həyəcanlı və duyğulu günü yaşandı. Məzunlarımız üçün son zəng səsləndi, məktəb illərinin unudulmaz xatirələri isə qəlblərdə əbədi iz qoydu.
Əziz məzunlar! Qarşıda sizi yeni hədəflər, yeni uğurlar və böyük nailiyyətlər gözləyir. İnanırıq ki, məktəbimizdə qazandığınız bilik və dəyərlər gələcək həyat yolunuzda sizə daim bələdçi olacaq.
Bütün məzunlarımızı təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayırıq!

03/06/2026

03 iyun 2026-cı il.
🌿 “ Gəlin təbiəti qoruyaq!” 🌍
Məktəbimizin 2-ci sinif şagirdləri ətraf mühitin qorunmasına diqqəti cəlb etmək məqsədilə müxtəlif şüarlar hazırlayaraq təbiətə olan sevgilərini və məsuliyyətlərini nümayiş etdirdilər.
Hər bir ağac, hər bir damla su və hər bir təmiz nəfəs gələcəyimiz üçün dəyərlidir. Təbiəti qorumaq yalnız bu günün deyil, sabahımızın da təminatıdır.
Gəlin birlikdə yaşıl dünyamızı qoruyaq, təbiətə sevgi və qayğı ilə yanaşaq! 🌱

26 may 2026-cı il. Aralıq kənd tam orta məktəbində Qurban bayramı və 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gün...
26/05/2026

26 may 2026-cı il. Aralıq kənd tam orta məktəbində Qurban bayramı və 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə milli-mənəvi dəyərlərimiz, birlik və həmrəylik ruhu, eləcə də müstəqilliyimizin tarixi əhəmiyyəti şagirdlərimizin və müəllimlərimizin çıxışları ilə nümayiş etdirilmişdir.
Bayram sevincini birlikdə paylaşdığımız bu gözəl gündə iştirak edən hər kəsə təşəkkür edir, xalqımıza əmin-amanlıq, firavanlıq və daim müstəqil Azərbaycan arzulayırıq! 🇦🇿

20 may 2016-cı il. Zəhmətin bəhrəsi uğurdur!Məktəbimizin müəllim kollektivi sertifikasiya imtahanından uğurla keçmələrin...
20/05/2026

20 may 2016-cı il.
Zəhmətin bəhrəsi uğurdur!
Məktəbimizin müəllim kollektivi sertifikasiya imtahanından uğurla keçmələrinin sevincini birlikdə qeyd etdi. Bu nailiyyət müəllimlərimizin peşəkarlığının, əzmkarlığının və təhsilə olan böyük sevgisinin göstəricisidir.
Bütün müəllimlərimizi ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq! 🌹

Qürurumuzdur! Məktəbimizin 11-ci sinif şagirdi Aygün Məmmədova buraxılış imtahanında yüksək nəticə göstərərək 201 bal to...
19/05/2026

Qürurumuzdur!
Məktəbimizin 11-ci sinif şagirdi Aygün Məmmədova buraxılış imtahanında yüksək nəticə göstərərək 201 bal toplamışdır.
Bu uğur münasibətilə şagirdimizi ürəkdən təbrik edir, gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzulayırıq. Uğurların davamlı olsun, Aygün!

19 may 2026-cı il. Aralıq kənd tam orta məktəbində 11-ci sinif şagirdlərinin buraxılış imtahanının nəticələri məktəb rəh...
19/05/2026

19 may 2026-cı il. Aralıq kənd tam orta məktəbində
11-ci sinif şagirdlərinin buraxılış imtahanının nəticələri məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə keçirilən yığıncaqda geniş müzakirə olundu.
Yığıncaqda əldə olunan nəticələr təhlil edildi, uğurlar qeyd olundu, gələcək hədəflər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Şagirdlərimizin nailiyyətlərində əməyi olan bütün müəllimlərimizə təşəkkür edir, məzunlarımıza gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.

18 may 2026-cı il. Məktəbin 7-ci sinif şagirdləri arasında "Memarlıq və Şəhərsalma ili"nə həsr edilmiş viktorina keçiril...
18/05/2026

18 may 2026-cı il.
Məktəbin 7-ci sinif şagirdləri arasında "Memarlıq və Şəhərsalma ili"nə həsr edilmiş viktorina keçirilmişdir. Viktorinada şagirdlərin İstedad və yaradıcılıq qabiliyyətlərinin artırılması üçün suallar təqdim edilmişdir. Suallara daha əhatəli cavab verən "Azərbaycan" komandası viktorinanın qalibi olmuşdur.

15 may 2026-cı il. Bu gün məktəbimizin adını qürurla daşıdığı şəhidimiz Oktay Məmmədovun doğum günüdür.Vətən uğrunda can...
15/05/2026

15 may 2026-cı il.
Bu gün məktəbimizin adını qürurla daşıdığı şəhidimiz Oktay Məmmədovun doğum günüdür.
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayır.
Şəhid Oktay Məmmədovun əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.
Ruhu şad, məqamı uca olsun! 🇦🇿

Address

Naxçıvan Muxtar Respublikası
Nakhchivan
6800

Telephone

+994365429589

Website

Alerts

Be the first to know and let us send you an email when Şərur rayon Aralıq kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şərur rayon Aralıq kənd tam orta məktəbi:

Share

Category