Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin rəsmi Facebook səhifəsi

Qurban bayramı günlərində sanitariya-gigiyenik qaydalara uyğun heyvan kəsiminin təşkili diqqət mərkəzində saxlanılıbAzər...
03/06/2026

Qurban bayramı günlərində sanitariya-gigiyenik qaydalara uyğun heyvan kəsiminin təşkili diqqət mərkəzində saxlanılıb

Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamına uyğun olaraq ölkədə heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirilir.
Bu çərçivədə 27-28 may 2026-cı il tarixlərində keçirilən Qurban bayramı ilə əlaqədar Naxçıvanda fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti və onun regional mərkəzləri tərəfindən geniş dezinfeksiya işləri aparılıb.
Həyata keçirilən tədbirlər bayram günlərində əhalinin sağlamlığının qorunmasına, sanitariya-gigiyenik təhlükəsizliyin təmin olunmasına və kəsim prosesinin mövcud tələblərə uyğun təşkilinə xidmət edib.

03/06/2026

Növbəti maarifləndirici təlim Culfa Regional Tibb Mərkəzində təşkil olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimdə hamilə və zahı qadınlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, hamilələrin ilkin qeydiyyatı, hamiləlik dövründə müşahidə qaydaları, ana və uşaq sağlamlığının qorunması mövzularında məlumat verilib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvanda hamilə və zahı qadınlara tibbi və psixoloji dəstək mövzusunda maarifləndirici təlimlər keçirilirNaxçıvan Muxt...
02/06/2026

Naxçıvanda hamilə və zahı qadınlara tibbi və psixoloji dəstək mövzusunda maarifləndirici təlimlər keçirilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə hamilə və zahı qadınlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Hamilələrin ilkin qeydiyyatı, hamiləlik müddətində müşahidə qaydaları” və “Analar Məktəbi. Mamalar tərəfindən gələcəyin analarına psixoloji və tibbi dəstək” mövzularında maarifləndirici tədbirlər keçirilir.
Növbəti tədbir Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Samrat Gəncəyeva tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, ana və uşaq sağlamlığının qorunmasında hamilələrin vaxtında qeydiyyata alınması, hamiləlik dövründə müntəzəm tibbi nəzarətin təmin olunması və gələcək analara göstərilən psixoloji dəstək mühüm rol oynayır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadıqovun anası, Perinatal Mərkəzin Analar Məktəbinin təlimçi tibb bacısı Gülşad Rüstəmova “Hamilə və zahı qadınlarla peşəkar ünsiyyət və psixoloji yanaşma” mövzusunda çıxış edib. O, hamilə və zahı qadınlarla ünsiyyətdə etimad mühitinin yaradılmasının, onların psixoloji durumuna həssas yanaşmanın və düzgün məlumatlandırmanın vacibliyini diqqətə çatdırıb.
Ətraflı ⤵️

https://nsehiyye.gov.az/az/news/naxcivanda-hamil-v-zahi-qadinlara-tibbi-v-psixoloji-d-st-k-movzusunda-maarifl-ndirici-t-liml-r-kecirilir

Bayram günlərində təcili tibbi yardım xidmətləri fasiləsiz fəaliyyət göstəribBayram günləri ərzində Naxçıvan ərazisində ...
02/06/2026

Bayram günlərində təcili tibbi yardım xidmətləri fasiləsiz fəaliyyət göstərib

Bayram günləri ərzində Naxçıvan ərazisində təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib. Vətəndaşların sağlamlığının qorunması və operativ tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Muxtar respublika üzrə ümumilikdə 1005 təcili tibbi yardım çağırışı qeydə alınıb. Çağırışlara operativ reaksiya göstərilərək xəstələrə yerində tibbi yardım göstərilib, zəruri hallarda isə tibb müəssisələrinə təxliyyə həyata keçirilib.
Bayram günlərində ümumilikdə 150 nəfər müxtəlif tibb müəssisələrinə təxliyyə olunub.
Eyni zamanda, iki zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 28 may 2026-cı il tarixində Naxçıvan şəhəri üzrə dərman zəhərlənməsi, 29 may 2026-cı il tarixində isə Şahbuz rayonu üzrə qida zəhərlənməsi hadisəsi baş verib. Hər iki şəxsə zəruri tibbi yardım göstərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi vətəndaşlara bayram və istirahət günlərində sağlamlıqla bağlı hər hansı narahatlıq yarandıqda vaxtında tibb müəssisələrinə və təcili tibbi yardım xidmətinə müraciət etməyi tövsiyə edir.

01/06/2026

31/05/2026

27/05/2026
Prezident İlham Əliyev 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib.
27/05/2026

Prezident İlham Əliyev 28 May - Müstəqillik Günü münasibətilə paylaşım edib.

Address

Əziz Əliyev, 120
Nakhchivan
AZ7000

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share