Mingəçevir şəhər Təhsil sektoru

Mingəçevir şəhər Təhsil sektoru Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
(8)

Mingəçevir şəhəri üzrə təhsil sektoru 1956-cı ildə Şəhər Xalq Maarif Şöbəsi kimi yaradılmışdır. Şöbəyə Quliyev Cümşüd İsfəndiyar oğlu rəhbərlik etmişdir. O zaman Mingəçevirdə 1 nömrəli Azərbaycan orta məktəbi, 3 nömrəli rus orta məktəbi, 2 və 4 nömrəli 7 illik məktəblər, Azərbaycan və rus fəhlə gənclər məktəbləri fəaliyyət göstərib. 1992-ci ildən isə Mingəçevir Şəhər Təhsil Şöbəsi adlandırılmışd

ır. Bu gün Mingəçevir şəhəri üzrə təhsil sektorunun tabeliyində 19 tam orta məktəb və 2 lisey olmaqla 21 ümumi təhsil müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Mingəçevir ŞTR- nin ümumi təhsil müəssisələrində 17 463 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1163 nəfər müəllim çalışır.

Şəhərimizdə yerləşən "İnteqrasiya təlimli internat tipli Gimnaziya" Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Şəhərin 4 (3, 14, 18, THL) məktəbində təlim 2 dildə (Azərbaycan və rus), 17 məktəbdə isə 1 dildə (Azərbaycan) aparılır. Bu məktəblərdə 2 xarici dil (ingilis və rus) tədris olunur.

Şəhər məktəblərindən 16-si beşgünlük, 5 məktəb isə altı günlük iş növbəsi ilə işləyir. Bir növbəli məktəblərin sayı 15, iki növbəli məktəblərin sayı 6-dır.

Address

20 Yanvar
Mingechaur

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994242754765

Website

Alerts

Be the first to know and let us send you an email when Mingəçevir şəhər Təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share