02/06/2026
📌01.06.2026-cı il tarixində Ağdaş şəhər 6 nömrəli körpələr evi uşaq bağçasında Ağdaş rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Xoşbəxt uşaqlar, parlaq gələcək” adlı musiqili-əyləncəli tədbir keçirilmişdir.
✅Tədbirin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, cəmiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi, eləcə də uşaqlarda sevinc və bayram əhval-ruhiyyəsinin yaradılması olmuşdur.