05/05/2026
Masallıda fortepiano müəllimi Ellada Rzayevanın 65 illik yubileyi qeyd olunub
Masallı şəhər Onbirillik İncəsənət Məktəbində uzun illər pedaqoji fəaliyyət göstərən təcrübəli fortepiano müəllimi Ellada Rzayevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Mayın 5-də baş tutan tədbirdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fərhad Qurbanov Ellada Rzayevanın uzun illər ərzində incəsənətin inkişafına verdiyi töhfələrdən danışıb. O, yubilyarın peşəkarlığını, zəhmətkeşliyini və yetişdirdiyi çoxsaylı şagirdləri xüsusi vurğulayaraq ona xoş arzularını çatdırıb və hədiyyə təqdim edib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin sədri Vəkil İsmailov çıxış edərək Ellada Rzayevanı yubileyi münasibətilə təbrik edib. O, müəllimənin məsuliyyətli, intizamlı və öz işinə bağlı bir pedaqoq olduğunu qeyd edib, ona gələcək illərdə sağlamlıq və uğur diləyərək komitə adından hədiyyə təqdim edib.
Tədbir zamanı məktəbin kollektivi də yubilyarı səmimi təbrik edib, ona müxtəlif hədiyyələr təqdim ediblər.
Sonda Ellada Rzayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.