1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi

25/04/2026
1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində baş verəbiləçək yanğın hadisəsin vaxtında operativ södür...
13/04/2026

1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində baş verəbiləçək yanğın hadisəsin vaxtında operativ södürülməsindən ötrü Fövqəlada Hallar Nazirliyinin reginal bölməsinin əməkdaşları ilə birgə yanğın söndürmə avadanlıqlarından istifadə qaydaları mövzusunda maarifləndirmə və praktiki təlim keçirilmişdir.

12/04/2026

Milli Hidrometeorologiya Xidməti aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

📍Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

📍Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

02/04/2026

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

📍Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

📍Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

02/04/2026

🌳 Ağaclar sel riskini azaltmaq üçün ən sadə, eyni zamanda ən effektiv vasitələrdən biridir. Onlar yağış sularını saxlayır, torpağa hopmasını təmin edir və çay sahillərini qoruyur. Yəni əslində bu sistem artıq mövcuddur — sadəcə onu qorumaq və genişləndirmək lazımdır.

Bu səbəbdən şəhər planlaşdırılmasında yaşıllıq sahələrinin artırılması və ağacların qorunması böyük əhəmiyyət daşıyır.

Araşdırmalar göstərir ki, ağacların çox olduğu ərazilərdə yağış sularının axını azalır və sel riski minimuma enir.

Bəs ağaclar bunu necə edir?

🌧 Yağışı “yavaşladır”
Ağacların yarpaq və budaqlarından ibarət çətiri yağışı birbaşa yerə düşməyə qoymur. Yağış damcıları zəifləyir və torpaq tərəfindən daha rahat mənimsənilir.

🌱 Torpağı “süngərə” çevirir
Köklər torpağın dərin qatlarına qədər uzanaraq suyun hopmasını asanlaşdırır. Bu isə güclü yağış zamanı suyun axıb getməsinin qarşısını alır.

🌳 Çay sahillərini qoruyur
Ağac kökləri torpağı möhkəmləndirir, eroziyanı azaldır və çayların daşmasının qarşısını almağa kömək edir.

30/03/2026

♻️ 30 mart – Beynəlxalq Sıfır Tullantı Günüdür

2023-cü ildən başlayaraq hər il 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. 14 dekabr 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası sıfır tullantı təşəbbüslərinin əhəmiyyətini rəsmi olaraq qəbul edib. Türkiyə tərəfindən irəli sürülən təşəbbüsə 105 ölkə qoşulub.

Beynəlxalq Sıfır Tullantı Günü BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunur. Bu gün dünyada tullantıların idarə edilməsinin gücləndirilməsinin, ətraf mühitin tullantılarla çirklənməsinin qarşısının alınmasının və davamlı istehlak və istehsal modellərinin təşviq edilməsinin vacibliyini vurğulayır.

2026-cı ildə Beynəlxalq Sıfır Tullantı Günü “Qida tullantısı” devizi altında keçirilir. Bu mövzu qida tullantılarının qarşısının alınmasını, resursların səmərəli istifadəsini və sıfır tullantı yanaşmalarına uyğun sistem dəyişikliyini təşviq edən praktik iqlim həllərinin əhəmiyyətini önə çıxarır.

22/03/2026

22 mart – Ümumdünya Su Günüdür 💧

Şirin suyun əhəmiyyəti barədə məlumatlılığı artırmaq və su ehtiyatlarının davamlı idarə olunmasını təşviq etmək məqsədilə 1993-cü ildən etibarən hər il 22 mart tarixi Ümumdünya Su Günü kimi qeyd olunur.

Ümumdünya Su Gününün builki mövzusu “Su və Gender”dir. Bu mövzu təhlükəsiz içməli suya çıxışın insan hüquqlarının təmin olunması və gender bərabərliyinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayır. Eyni zamanda, su resurslarının ədalətli və davamlı idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin 6-cı (Təmiz su və sanitariya) və 5-ci (Gender bərabərliyi) məqsədlərinə nail olunmasına birbaşa töhfə verir.

Su sadəcə təbii resurs deyil — həyatın özüdür. Onun qorunması isə hər birimizin ortaq məsuliyyətidir.

21/03/2026

🌳 Bu gün Beynəlxalq Meşələr Günüdür

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 2012-ci ildən etibarən hər il 21 mart tarixi Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Bu il Beynəlxalq Meşələr Günü “Meşələr və iqtisadiyyat” devizi ilə qeyd edilir. Bu yanaşma meşələrin yalnız təbiətin bir hissəsi deyil, eyni zamanda inkluziv inkişafın, rifahın və dayanıqlı iqtisadiyyatın əsas sütunlarından biri olduğunu vurğulayır. Eyni zamanda bu deviz meşələrin qorunmasına yönəlmiş siyasətlərin gücləndirilməsi, tərəfdaşlıqların genişləndirilməsi və bu sahəyə investisiyaların artırılmasının vacibliyini ön plana çəkir.

Beynəlxalq Meşələr Günü meşələrin əhəmiyyətini vurğulamaq, onların qorunması, bərpası və davamlı idarə olunmasına diqqəti artırmaq, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və gələcək nəsillər üçün sağlam ətraf mühitin təmin olunmasına çağırış məqsədilə qeyd olunur.

20/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

https://president.az/az/articles/view/71943

20/03/2026

Address

Bala Məmməd Küçəsi 7
Lankaran
4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi:

Share