Lənkəran Şəhər İcra Hakimiyyəti

Lənkəran Şəhər İcra Hakimiyyəti Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. 2026-ci il yanvarın 1-ə olan məlumata görə, əhalisi 228500 nəfərdir. Ərazisi 1539 km2-dir, 66700 hektarını quru sahə təşkil edir.

19/09/2026

20 Sentyabr - Dövlət Suverenliyi Günü

Taleh Qaraşov antiterror əməliyyatları zamanı şəhid olan Yusif Xəlilovun məzarını ziyarət edib    Sentyabrın 19-da lokal...
19/09/2026

Taleh Qaraşov antiterror əməliyyatları zamanı şəhid olan Yusif Xəlilovun məzarını ziyarət edib

Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Xəlilov Yusif Məmmədrza oğlunun anım günüdür.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, aparatın əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edib, şəhidin məzarı önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
İcra başçısı şəhidin ailə üzvləri ilə görüşərək onların qayğı və ehtiyacları ilə maraqlanıb, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Şəhidin yaxınları da öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Lənkəranda “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib15–17 sentyabr 2026-cı il tarixlərində Lənkəran Şəhər İcra Hakimiy...
18/09/2026

Lənkəranda “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

15–17 sentyabr 2026-cı il tarixlərində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində və Lənkəran Tibb Kollecində Sülh Aylığı çərçivəsində "Sülh hamı üçün" adlı tədbirlər keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, bələdiyyə sədrləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Sehran Alışov bildirib ki, 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust – 21 sentyabr tarixləri ölkədə "Sülh Aylığı" elan olunub. O, bu çərçivədə keçirilən tədbirlərin sülh ilə insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, həmçinin dialoq və anlaşma imkanlarının genişləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verdiyini qeyd edən S. Alışov vurğulayıb ki, 2025-ci il 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş mətninin paraflanması və birgə Bəyannamənin imzalanması münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələdir. Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevin 2026-cı il 22 yanvar tarixində Davosda keçirilmiş Sülh Şurasının iclasında iştirakı və Sülh Şurasının Nizamnaməsinin imzalanması Azərbaycanın qlobal miqyasda sülhün təşviqinə verdiyi mühüm töhfənin bariz təzahürüdür.
Dəyirmi masa formatında təşkil olunan tədbir qarşılıqlı müzakirələr və fikir mübadiləsi ilə davam edib.

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıbLənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukt...
18/09/2026

Lənkəranda 15 küçənin asfaltlanması yekunlaşıb

Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisində əsaslı təmir və asfaltlanması nəzərdə tutulan 15 küçədə işlər artıq yekunlaşıb.
Yenidənqurma tədbirləri çərçivəsində Arif Bağırov, M.Maqomayev, Nizami, Emil Qurbanov, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Barat Şükürov, Natiq Manafov, M.M.Axund küçələri, Ş.Xiyabanı döngə 4, Kamil Kazımov döngə 1, eləcə də Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1 və Hənifə Abdullayev dalan 1 ünvanlarında ümumilikdə 17 410,5 kvadratmetr sahəyə yeni asfalt örtüyü döşənərək sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, Lənkəran rayonunun yol infrastrukturunun yaxşılaşdırılması, yollara yeni asfalt örtüyünün döşənməsi istiqamətində şəhər İcra hakimiyyəti tərəfindən təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib və Tədbirlər Planına uyğun olaraq bütün küçələr büdcədən ayrılan vəsaitə uyğun olaraq növbəlilik əsasında təmir olunacaqdır.
Yerli sakinlər yol infrastrukturunun müasir səviyyədə yenilənməsini və aparılan bərpa-quruculuq işlərini böyük məmnuniyyətlə qarşılayır, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Lənkəran ŞİH başçısı Vilvan kənd sakinlərinin qayğı və problemlərini dinləyibVətəndaşları narahat edən problemlərin həll...
17/09/2026

Lənkəran ŞİH başçısı Vilvan kənd sakinlərinin qayğı və problemlərini dinləyib

Vətəndaşları narahat edən problemlərin həllinə xüsusi diqqət göstərilməsi, dövlət-vətəndaş dialoqunun genişləndirilməsi və qarşılıqlı inamın daha da möhkəmləndirilməsi baxımından yerlərdə təşkil olunan səyyar görüşlər böyük əhəmiyyət daşıyır. Sentyabrın 16-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun Vilvan kəndinin sakniləri ilə növbəti görüşü də məhz bu məqsədlə reallaşdırılıb. Qəbulda şəhər İcra hakimiyyəti başçısı aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışında dövlət səviyyəsində həyata keçirilən strateji islahatlara toxunaraq bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı barədə qəbul olunan Dövlət Proqramı regionların, xüsusilə də Lənkəranın aqrar potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır. Bu proqram çərçivəsində rayonda ənənəvi təsərrüfat sahələrinin bərpası, məhsuldarlığın artırılması və kənd zəhmətkeşlərinin rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılır.
İcra başçısı istehsal olunan kənd təsərrüfatı məhsullarının itkisiz saxlanılması və ixrac potensialının artırılması üçün müasir soyuducu anbar komplekslərinin tikintisinin vacibliyini xüsusi vurğulayıb. Qeyd olunub ki, hazırda inzibati ərazi dairəsində kənd təsərrüfatı məhsullarının saxlanılması məqsədilə 2 soyuducu anbar fəaliyyət göstərir, yerli fermerlərin tələbatını daha dolğun qarşılamaq üçün isə bir yeni soyuducu anbarın tikintisi sürətlə davam etdirilir.
İcra başçısı qeyd edib ki, müasir dövrün çağırışlarına uyğun olaraq vətəndaş-məmur münasibətlərinin şəffaflaşdırılması və xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə "Rəqəmsal icra hakimiyyəti" yol xəritəsi uğurla icra olunmaqdadır. Bu rəqəmsal platforma sayəsində sakinlər icra hakimiyyətinə gəlmədən, öz müraciət və təkliflərini onlayn qaydada birbaşa ünvanlaya, yerli əhəmiyyətli məsələlərin həllində operativ iştirak edə bilərlər. Taleh Qaraşov vurğulayıb ki, rəqəmsal idarəetmənin tətbiqi kağız dövriyyəsini və vaxt itkisini azaldaraq, göstərilən xidmətlərin keyfiyyətini və operativliyini maksimum dərəcəyə çatdırır.
Sonda sakinlər tərəfindən qaldırılan fərdi və ümumi xarakterli müraciətlər qeydiyyata alınıb. İcra hakimiyyətinin başçısı qaldırılan problemlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə konkret tapşırıqlar verib.
Vilvan kənidinin sakinləri Lənkəranda aparılan genişmiqyaslı quruculuq işlərinin və icra olunan sosial layihələrin digər bölgələr üçün örnək olduğunu vurğulayıblar. Regionun hərtərəfli tərəqqisinə göstərilən bu yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, səyyar görüşdən sonra sakinlərə fərdi qaydada mygov və SİMA tətbiqlərindən istifadə qaydaları izah olunub.

YAP Lənkəran rayon təşkilatının XII konfransı keçirilib    Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran ray...
16/09/2026

YAP Lənkəran rayon təşkilatının XII konfransı keçirilib

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının XII konfransı keçirilib. Tədbirdən öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Konfransın rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev geniş hesabat məruzəsi ilə çıxış edib. Natiq hesabat dövründə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələr, rayonda baş tutan mühüm ictimai-siyasi hadisələr və partiya üzvlərinin regionun sosial-mədəni həyatındakı fəal rolu barədə ətraflı məlumat verib. İqbal Əmənullayev rayon təşkilatının sıralarının kəmiyyət və keyfiyyət baxımından durmadan böyüdüyünü, xüsusilə gənclərin və qadınların partiya fəaliyyətinə cəlb olunması istiqamətində uğurlu nəticələr əldə edildiyini vurğulayıb. Natiq, həmçinin qeyd edib ki, yerli strukturlar dövlət proqramlarının rayondakı icrasına yaxından dəstək verir və əhalinin gündəlik qayğılarının həllində fəal vasitəçi kimi çıxış edir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Yeni Azərbaycan Partiyasının yerli həyatda güclü bir sosial
institut kimi rolunu, hesabat dövründəki uğurlu fəaliyyətini yüksək qiymətləndirib. İcra başçısı gələcək prioritetlər kimi rayonun inkişafı naminə gənclərə idarəçilikdə praktiki imkanların daha da genişləndirilməsinin və qadınların ictimai-siyasi fəallığının artırılmasının vacibliyini xüsusi vurğulayıb. Taleh Qaraşov bildirib ki, bu konfrans keçilən yola nəzər salmaq, gələcək strategiyanı və hər bir üzvün məsuliyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır. İcra başçısının sözlərinə görə, YAP ölkəmizin aparıcı siyasi qüvvəsi və Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın rəhbər tutduğu ideologiya cəmiyyətdə sarsılmaz həmrəylik yaradıb və partiya sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə təşkilat öz inkişafının ən şərəfli mərhələsini yaşayır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İskəndərov çıxışında Yeni Azərbaycan Partiyasını Ümummilli Liderin əmanəti olaraq səciyyələndirib. O, bu əmanətin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini və ölkəmizi yeni zəfərlərə doğru inamla apardığını diqqətə çatdırıb. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları üzərində qurulan bu partiya Azərbaycanın dövlətçilik sütununu təşkil edir və onun qorunması hər bir vətəndaşın mənəvi borcudur.
YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması hər birimizdə böyük qürur yaradır. Bu uğurları qorumaq və daha da möhkəmləndirmək hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət və vəzifə qoyur.
YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov çıxışında qeyd edib ki, partiya yarandığı ilk illərdən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasında, dövlət müstəqilliyimizin
qorunmasında və milli həmrəyliyin gücləndirilməsində tarixi missiya yerinə yetirib. Həmçinin YAP xalqın ali iradəsini və maraqlarını rəhbər tutaraq Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına, eləcə də tarixi zəfərlərimizlə nəticələnən milli inkişaf strategiyasının uğurla reallaşdırılmasına misilsiz töhfələr verib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin (LDU) sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov, LDU nəzdində Sosial Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayon təhsil sektorunun müdiri Ağamməd Şəmmədov çıxış edərək hesabat dövrü ərzində görülən işləri yüksək qiymətləndiriblər.
Müzakirələrin yekunu olaraq YAP Lənkəran rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib və Yeni Azərbaycan Partiyasının növbəti VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatıb.

16/09/2026

Lənkəranda “Veteranlar Parkı” əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib

Lənkəranda “Veteranlar Parkı” əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilibCənab Prezident İlham Əliyevin tapşır...
15/09/2026

Lənkəranda “Veteranlar Parkı” əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib

Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Lənkəran şəhərində infrastrukturun müasirləşdirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. “Şəhərsalma və memarlıq ili” çərçivəsində Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində abadlıq işləri aparılır. Eyni zamanda Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq” və “Veteranlar” parkları yenidən qurulur. Şəhərin əsas giriş qapıları sayılan Girdəni və Sütəmurdov körpülərindən başlayaraq Ləvəngi dairəsi, Şəhidlər xiyabanı, Koroğlu və Fikrət Məmmədov küçələri də bu prosesə cəlb olunub. Sözügedən ərazilərdə piyada yolları yenidən qurulur, çoxmərtəbəli binaların fasadları təmir edilir, köhnəlmiş səkilər isə müasir üslubda yenidən inşa olunur.
Sentyabrın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təmiri tamamlanan “Veteranlar Parkı”na baş çəkib. Rayon ictimaiyyətinin, şəhid ailələrinin, veteranların və ağsaqqalların iştirak etdiyi görüşdə icra başçısı rayonda görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi üzrə tikinti-quraşdırma işləri artıq fəal fazaya keçib.
Rayon əhalisini narahat edən əsas məsələlərdən biri - "zibil poliqonu" problemi də həll olunmaq üzrədir. Təsdiq edilmiş “2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı”na Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də daxil edilib və yaxın müddətdə işlərə başlanılacaq.
Küçə və yolların abadlaşdırılması çərçivəsində səki daşlarının yenilənməsi, hasarların rənglənməsi və yaşıllıqlara qulluq işləri kompleks şəkildə icra olunur. Cari ildə 15 küçənin asfaltlanması nəzərdə tutulur; artıq 11 küçədə hazırlıq işlərinə başlanılıb, Ramin Rzayev, Barat Şükürov, Vaqif Hüseynov dalan1 və Hənifə Abdullayev dalan1 küçələrində isə asfaltlanma tam başa çatıb.
Görüşdə iştirak edən yerli sakinlər kanalizasiya sisteminin yenilənməsi, “zibil poliqonu” probleminin birdəfəlik həlli istiqamətində atılan əsaslı addımları, eləcə də yol infrastrukturunun müasirləşdirilməsini yüksək qiymətləndiriblər. Sakinlər rayona göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Lənkəranda iki müasir məktəb binası istifadəyə verilib15 sentyabr “Bilik Günü”ndə Lənkəran rayonu Viyən kənd tam orta və...
15/09/2026

Lənkəranda iki müasir məktəb binası istifadəyə verilib

15 sentyabr “Bilik Günü”ndə Lənkəran rayonu Viyən kənd tam orta və Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəblərinin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov,elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Ağamməd Şənmədov və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə başlayan açılış mərasimlərində giriş nitqi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov bildirib ki, təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir, ölkənin davamlı inkişafı, cəmiyyətin tərəqqisi və gələcək potensialı məhz savadlı, yüksək intellektli, peşəkar və vətənpərvər nəslin yetişdirilməsindən asılıdır. Onun sözlərinə görə, məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm tərbiyə ocağıdır. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin bütün fəaliyyəti boyu elmə, təhsilə və müəllim əməyinə böyük diqqət və qayğı göstərdiyini, Ulu Öndərin dövlətçilik fəlsəfəsində təhsilin insan kapitalının formalaşdırılmasının əsas vasitəsi hesab olunduğunu bildirib.
Taleh Qaraşov Ümummilli Liderin uğurlu təhsil siyasətinin cənab Prezident İlham Əliyevtərəfindən qətiyyətlə, uğurla və ardıcıl şəkildə davam etdirildiyini, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkənin bütün ərazilərində, o cümlədən Lənkəran rayonunda da ümumtəhsil müəssisələrinin təmirinin və yenidən inşasının həyata keçirildiyini ifadə edib.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev son illərdə ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin tikilməsi və əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, dövlət siyasətinin əsas məqsədi hər bir şagird üçün keyfiyyətli və müasir təhsil imkanları yaratmaqdır. Maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, təhsilin məzmununun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müəllimlərin peşəkarlığının artırılması da diqqət mərkəzindədir.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Lənkəran rayonunda da özünü aydın şəkildə büruzə verdiyini, rayonda bir sıra məktəblərdə tikinti, yenidənqurma və əsaslı təmir işlərinin davam etdirildiyini vurğulayıb.
Müdir müavini təhsilə qoyulan hər bir sərmayənin ölkəmizin gələcəyinə qoyulan investisiya olduğunu, bu gün sinif otaqlarında yetişdirilən şagirdlərin sabah ölkəmizin idarə olunmasında, elmində, iqtisadiyyatında və ictimai həyatında həlledici rol oynayacaqlarını bildirib.
Qeyd edək ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbi 240 şagird yerlikdir, müəllimlərin sayı 47 nəfərdir, 2026-cı ildə birinci sinfə gedən şagirdlərin sayı 21 nəfərdir. Məktəb ən müasir səviyyədə təmir olunub, müəllim və şagirdlər üçün bütün lazımi şərait yaradılıb, yeni məktəb müasir sinif otaqları, laboratoriyalar, idman və akt zalları, eləcə də fasiləsiz istilik sistemi ilə təchiz olunub.
Repetitor asılılığını azaltmaq məqsədilə tətbiq olunan yeni təhsil modeli əsasında formalaşdırılan 540 şagird yerlik Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi artıq regionun ən uğurlu təhsil ocaqlarından birinə çevrilib. 2026-cı ildə məzun olan 131 şagirddən 124-ü qəbul imtahanlarında yüksək bal toplayaraq müxtəlif ali təhsil məktəblərinə, digər şagirdlər isə orta ixtisas və peşə təhsili məktəblərinə qəbul olunublar.

Lənkəranda 2 küçədə asfaltlanma işlərinə başlanılıbLənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infras...
14/09/2026

Lənkəranda 2 küçədə asfaltlanma işlərinə başlanılıb

Lənkəran şəhərində əhalinin rahatlığının təmin edilməsi və yol infrastrukturunun müasirləşdirilməsi istiqamətdə genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. Cari ilin infrastruktur layihələrinə uyğun olaraq, şəhər ərazisindəki 15 küçədə əsaslı təmir və asfaltlanma işlərinin aparılması nəzərdə tutulub.
Yenidənqurma işləri çərçivəsində asfalt örtüyü döşənəcək küçələrin tam siyahısı müəyyənləşdirilib. Tədbilər Planına əsasən, Arif Bağırov, M.Maqomayev, Nizami, Ş.Xiyabanı döngə 4, Emil Qurbanov (bir hissəsi), Vaqif Hüseynov dalan 1, Şirəli Axundov dalan 1, M.Nəccar, Ramin Rzayev, Əyyub Bağırov, Hənifə Abdullayev dalan 1, Kamil Kazımov döngə 1, Barat Şükürov, Natiq Manafov və M.M.Axund küçələrində (bir hissəsi)təmir işləri həyata keçiriləcək.
Sentyabrın 14-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov asfaltlanması həyata keçirilən 2 küçədə Ramin Rzayev və Barat Şükürov küçələrində aparılan təmir-tikinti işlərinin gedişatı ilə yaxından tanış olub. İcra başçısı işlərin keyfiyyətlə yerinə yetirilməsi və müəyyən olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Yerli sakinlər aparılan bərpa və quruculuq işlərini, habelə yol infrastrukturunun yenilənməsini məmnuniyyətlə qarşılayır, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.

Address

Lənkəran şəhər Ş. Axundov Küçəsi, 33
Lankaran
AZ4200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994252554961

Alerts

Be the first to know and let us send you an email when Lənkəran Şəhər İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lənkəran Şəhər İcra Hakimiyyəti:

Shortcuts

Share