Kürdəmir rayon Mədəniyyət Nümayəndəliyi

Kürdəmir rayon Mədəniyyət Nümayəndəliyi Kürdəmir rayon Mədəniyyət Nümayəndəliyi

17 yanvar 2024-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonunda fəaliyyət göstərən mədəniy...
18/01/2024

17 yanvar 2024-cü il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin seminar-müşavirəsi keçirilib.Tədbirdə 2023-cü ilin yekunları müzakirə edilib.
2024-cü ildə qarşıda duran vəzifələr təhlil olunub.

31/12/2023

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2023-cü il

13 dekabr 2023-cü il tarixində  Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürd...
14/12/2023

13 dekabr 2023-cü il tarixində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət nümayəndəliyinin təşkilatçılığı ilə şairə Yadigar Təvəkgülün yenicə çapdan çıxmış "Qisas əməliyyatı" kitabının təqdimat mərasimi keçirilib.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda 12 sentyabr 2022-ci il tarixində "Qisas əməliyyatı" zamanı şəhid olmuş xüsusi təyinatlı qüvvələrin qəhrəman döyüşçüsü, kürdəmirli Nəzər Ağacəlil oğlu Əzizovun xatirəsinə həsr olunmuşdur. Tədbirdə idarə,müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir sükutla yad olunub. Şəhid Nəzər Cəlilovun həyat və döyüş yolundan bəhs edən videoçarxlar tamaşaçılara təqdim olunub. Sonra şəhidin döyüş yoldaşları, qonaqlar, ailə üzvləri xatirələrini bölüşüblər.
Tədbirdə Mərkəzi Aran Regional İdarəsinin rəis müavini Qasım Qasımov iştirak edib.

Mədəniyyət müəssisələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
12/12/2023

Mədəniyyət müəssisələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

01/12/2023

Əziz kürdəmirlilər!

Hörmətli poeziya həvəskarları!

13 dekabr 2023-cü il tarixində saat 11:00-da Kürdəmir rayon Heydər Əliyev Mərkəzində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Kürdəmir rayon Mədəniyyət nümayəndəliyinin təşkilatçılığı ilə şairə Yadigar Təvəkgülün yenicə çapdan çıxmış "Qisas əməliyyatı" kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda 12 sentyabr 2022-ci il tarixində "Qisas əməliyyatı" zamanı şəhid olmuş xüsusi təyinatlı qüvvələrin qəhrəman döyüşçüsü, kürdəmirli Nəzər Ağacəlil oğlu Əzizovun xatirəsinə həsr olunmuşdur.
Hamını tədbirə dəvət edirik.

Təşkilat komitəsi

01/12/2023

Address

Kürdəmir Rayonu Aşıq Əhməd Küçəsi 36
Kjurdamir

Website

Alerts

Be the first to know and let us send you an email when Kürdəmir rayon Mədəniyyət Nümayəndəliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kürdəmir rayon Mədəniyyət Nümayəndəliyi:

Share