Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbində fəaliyyət göstərən idman bölmələri üzrə məşğul olan idmançı yeniyetm...
02/06/2026

Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbində fəaliyyət göstərən idman bölmələri üzrə məşğul olan idmançı yeniyetmələrin XFH və UFH qabiliyyətlərinin qiymətləndirilməsi, qəbul və qrupdan-qrupa keçid məqsədilə normativlərin götürülməsinə start verilmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy Rayon İcra HakimiyyətiGədəbəy rayonu üzrə təhsil sektoru

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq...
02/06/2026

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş atletika idman növü üzrə 100 metr məsafəyə qaçış üzrə təsnifat turniri keçirilmişdir.

🇦🇿 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Məktəbin rəhbərliyi və məşqçi-müəllim heyəti uşaqları bayram münasibətilə təbrik etmiş, onlara gələcək idman fəaliyyətlərində uğurlar arzulamışdır.

Yarışda ümumilikdə 52 nəfər idmançı (47 oğlan, 5 qız) iştirak etmişdir.

✨ Yarışın qalibləri:

🏃🏻 Oğlanlar (2009–2011)
🥇 Hüseynov Sadiq Məhəmməd
🥈 İsgəndərov Nihat Xəyyam
🥉 Abdullazadə Rasim Rövşən

🏃🏻 Oğlanlar (2012–2013)
🥇 Quluzadə Hüseyn Həsən
🥈 Abdullazadə Muhammed Elvin
🥉 Məmmədov Elcan Vüqar

🏃🏻 Oğlanlar (2014–2015)
🥇 Allahverdiyev Yusif Duman
🥈 Abdullayev Azad Etimad
🥉 Bağırov Həsən Seymur

🏃🏻‍♀️ Qızlar (2013–2015)
🥇 Rüstəmova Əsmər Cavid
🥈 Nuriyeva Nazlı Yusif
🥉 Rzayeva Aylin Elmir

Yarışda qalib gəlmiş idmançılar diplomlarla təltif olunmuşdur.

🇦🇿 Gənc idmançılarımızı təbrik edir, onlara gələcək yarışlarda da yeni uğurlar arzu

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy Rayon İcra HakimiyyətiGədəbəy rayonu üzrə təhsil sektoru

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

🏆 Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbində 28 May – Müstəqillik Gününə...
23/05/2026

🏆 Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş 64-xanalı dama üzrə məktəbdaxili birincilik keçirilmişdir.

21–23 may 2026-cı il tarixlərində məktəbin təqvim planına uyğun olaraq təşkil olunan yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışda ümumilikdə 33 şagird (21 oğlan, 12 qız) iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblər diplomlarla təltif olunmuşdur.

🥇 Qızlar (2013–2014 təvəllüdlü):
Səmədzadə Aysu Əfqan qızı
Abdullayeva Nigar Aqşin qızı
Yusibzadə Nəzrin Qalib qızı

🥇 Oğlanlar (2013–2014 təvəllüdlü):
Əliyev Hüseyn Sərxan oğlu
Abbasov Şamil Ramiz oğlu
Allahverdiyev Hakan Elşən oğlu

🥇 Qızlar (2016–2018 təvəllüdlü):
Alıyeva Dəniz Sabit qızı
Əliyeva Fidan Məmməd qızı
Rəsulzadə Nəzrin Ramin qızı

🥇 Oğlanlar (2016–2018 təvəllüdlü):
Əliyev Adəm Sərxan oğlu
Qurbanov Pərvin Zabil oğlu
Qasımov Toğrul Turxan oğlu

Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq! 🇦🇿

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiYeni Azərbaycan Partiyası/ New Azerbaijan PartyGədəbəy İdman Klubu İctimai BirliyiAzərbaycan Şahmat Federasiyası / Azerbaijan Chess FederationGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiGədəbəy rayonu üzrə Gənclər və İdman Sektoru

23.05.2026-cı il tarixdəQazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi tərəfind...
23/05/2026

23.05.2026-cı il tarixdə
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi tərəfindən Novo Saratovka kənd şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Tədbirdən əvvəl şəhid ailələri ilə birlikdə şəhidlərimizin məzarları ziyarət olunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Şəhid ailələri çıxış edərək bildiriblər ki, övladlarının adının belə tədbirlərlə yaşadılması onlar üçün böyük qürur və təsəllidir. Onlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə edib, yarışın təşkilatçılarına təşəkkürlərini çatdırıblar. Eyni zamanda iştirakçı idmançılara uğurlar arzulayıblar.

Məktəbin direktoru Beyrək Bağırov çıxışında şəhid ailələrinə minnətdarlığını bildirib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, belə yarışların gələcəkdə də davamlı şəkildə təşkili nəzərdə tutulur və iştirakçılara uğurlar arzulayıb.

Novo Saratovka kənd tam orta ümumi təhsil məktəbinin direktoru Niyazı Həmidov da çıxış edərək şəhid ailələrinə təşəkkürünü bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb və tədbirin təşkilinə görə şahmat məktəbinin kollektivinə minnətdarlığını ifadə edib.

Sonda şahmat məktəbinin direktoru tərəfindən Novo Saratovka kənd tam orta ümumi təhsil məktəbinin direktoru Niyazı Həmidova göstərdiyi qonaqpərvərliyə görə təşəkkür bildirilib.

Şahmat üzrə rapid turniri oğlan və qızlar arasında 4 kateqoriya üzrə, ümumilikdə 56 idmançının iştirakı ilə 7 turdan ibarət keçirilib. Qalib olan idmançılar Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən diplomlarla təltif olunublar.

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiAzərbaycan Şahmat Federasiyası / Azerbaijan Chess FederationQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu üzrə Gənclər və İdman SektoruGədəbəy İdman Klubu İctimai BirliyiYeni Azərbaycan Partiyası/ New Azerbaijan Party

20 may 2026-cı il tarixində Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində YAP Gədəbəy Rayon Təşkilatı tərəfindən Ü...
20/05/2026

20 may 2026-cı il tarixində Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində YAP Gədəbəy Rayon Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Turnirin qalibləri YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Həmçinin məktəbin direktoru Beyrək Bağırov Yeni Azərbaycan Partiyasının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə fəxri fərmanla təltif olunub.

Tədbirdə Gədəbəy rayon üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Ulduz Ələkbərov və Gədəbəy rayon Gənclər və İdman Sektorunun müdiri Röyal İsmayılov iştirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarından, Prezident cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

Sonda məktəbin direktoru Beyrək Bağırov idmançılara və məşqçi-müəllim heyətinə göstərilən diqqət və qayğıya görə YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyevə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiAzərbaycan Şahmat Federasiyası / Azerbaijan Chess FederationGədəbəy rayonu üzrə Gənclər və İdman SektoruGədəbəy İdman Klubu İctimai BirliyiYeni Azərbaycan Partiyası/ New Azerbaijan Party

Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə v...
15/05/2026

Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə velosiped bölmələrini yaratmışıq. Bu, Qazaxda da nəzərdə tutulur, həmin rayon idman paytaxtı seçilib. Orada da bizim idmana maraq böyükdür”. Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov dedi. Onun fikrincə, Bakı-Xankəndi velosiped yarışı bölgələrdə bu idman növünə marağı birə-beş artıracaq:

“Həvəs olan yerdə, bizsiz də bu işlər gedir. Balakən, Şəki və Qaxda keçirdiyimiz yarışlarda ürəkaçan mənzərə gördük. Yerli insanlar həvəslə gəlib velotura baxırlar. Bakı-Xankəndi yarışı da istisna deyil. Məsələn, xarici təşkilatçılardan biri mənə bir şəkil göstərdi. Yolun kənarında uzun saqqallı yaşlı bir kişi velosipedçiləri müşahidə edirdi. Dedi ki, bu gözəl görüntüdür, mütləq yaymaq lazımdır. Hər mərhələnin startında yerli velosipedçilər tərəfindən nümunəvi çıxışlarda da istedadlı uşaqlar gözə dəyir”.

2.1 dərəcəli Azərbaycan velosiped yarışının təşkilat komitəsinin sədri onu da əlavə etdi ki, Qarabağ universitetinə 100 ədəd velosiped hədiyyə olunub. Məqsəd, elm və təhsil nazirliyi ilə Azərbaycan həmkarlar ittifaqı konfederasiyasının maddi imkanları sayəsində bölgələrdə bu idman növünü inkişaf etdirməkdir: “Son 7-8 ayda 15 rayon-şəhər mərkəzində velosiped bölmələri yaratmışıq. Maraq çox böyükdür, amma təşkilatçılıq lazımdır. Ümidvaram ki, ildən-ilə bu idman növündə kütləvilik artacaq”.

Sahib müəllim yaxın gələcəkdə Azərbaycan velosiped yarışının coqrafiyasının genişləcəyini də dedi: “Bizim yollarımız əlverişli və təhlükəsizdir. Belə yarışlar üçün düz, dərə, enişli-yoxuşlu yollar lazımdır. Arzum budur ki, Azərbaycan velosiped yarışı ölkə üzrə dövrə vurub bir nöqtədə bitsin. Ola bilər, o zaman mərhələ daha çox oldu. Kəlbəcərdən sonra əsas hədəfimiz yürüşün Naxçıvana qədər uzanmasıdır. Zəngəzur dəhlizindən keçib yarışı Naxçıvanda bitirək”.

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiAzerbaijan Cycling FederationGədəbəy İdman Klubu İctimai Birliyi

Gədəbəydə şahmat üzrə rayon turniri keçirilibMayın 8–9-da Gədəbəy İdman Klubunda Azərbaycan xalqının Ümummilli Lideri He...
09/05/2026

Gədəbəydə şahmat üzrə rayon turniri keçirilib

Mayın 8–9-da Gədəbəy İdman Klubunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında şahmat üzrə rayon turniri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarış Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun, Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarış başlamazdan əvvəl hakimlər tərəfindən iştirakçılara turnirin məqsədi və qaydaları barədə ətraflı məlumat verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən rayon turnirində ümumilikdə 110 şahmatçı iştirak edib. Sonda qaliblər yaş qrupları üzrə diplom və medallarla təltif olunublar.

Turnirdə Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.

🏆 Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idmançılarının qazandığı nailiyyətlər:

🥇 Qızıl medalçılar:
🥇 Quliyev Mehdi Arzu — 8 yaş oğlanlar
🥇 Kərimli Leyla Vüsal — 8 yaş qızlar
🥇 Həsənli İlkin Tural — 10 yaş oğlanlar

🥈 Gümüş medalçılar:
🥈 Rzayev Hüseyn Fərxəddin — 8 yaş oğlanlar
🥈 Əhmədli Turan Elvin — 10 yaş oğlanlar
🥈 Hüseynova Aylin Mürvət — 10 yaş qızlar
🥈 Abdullayev Qiyas Hafiz — 12 yaş oğlanlar

🥉 Bürünc medalçılar:
🥉 Nəbiyeva Nilay Vadim — 8 yaş qızlar
🥉 Mustafalı Züleyxa Arzuman — 10 yaş qızlar
🥉 Bağırov Kamil Fazil — 12 yaş oğlanlar

Qalib idmançılarımızı və onların məşqçi-müəllimlərini ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!

https://s3.chess-results.com/tnr1413122.aspx?lan=1&SNode=S0

Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Respublikasının Gənclər və İdman NazirliyiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət AgentliyiQazax-Tovuz Regional Təhsil İdarəsiQazax - Tovuz Regional Gənclər və İdman İdarəsiAzərbaycan Şahmat Federasiyası / Azerbaijan Chess FederationGədəbəy rayonu üzrə təhsil sektoruGədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbiGədəbəy rayonu üzrə Gənclər və İdman SektoruGədəbəy İdman Klubu İctimai Birliyi

Address

Gədəbəy şəhəri, Mir Cəlal Paşayev Küçəsi, Giriş 11
Kedabek
AZ2100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 06:00
Wednesday 18:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 06:00
Saturday 09:00 - 06:00

Telephone

+994105100021

Website

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gədəbəy rayonu uşaq-gənclər idman-şahmat məktəbi:

Share