Gədəbəy Rayon Məhkəməsi

Gədəbəy Rayon Məhkəməsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gədəbəy Rayon Məhkəməsi, Government Organization, Heydər Əliyev pr. 1, Kedabek.

17/11/2025
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və S...
23/07/2025

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Bununla əlaqədar olaraq məhkəmələrdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümünün, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün, habelə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər çərçivəsində 22 iyul 2025-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq qapı günü keçirilmişdir.
Tədbirin məqsədi vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi, eləcə də məhkəmə-hüquq sisteminə olan ictimai etimadın artırılması olmuşdur.

Görüş zamanı vətəndaşların sualları cavablandırılmış, məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, şəffaflıq və ədalətlilik prinsipləri ön plana çəkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə ...
18/07/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsində tədbir keçirilmişdir. Tədbirdə məhkəmə kollektivi iştirak etmişdir.

Çıxış edən Gədəbəy Rayon Məhkəməsinin sədri Zamiq Rəsulov bu təşəbbüsün dövlətimizin hüquqi və siyasi suverenliyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, Konstitusiyanın ali hüquqi qüvvəsini, dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin əsasını təşkil etdiyini qeyd etmişdir.

Məhkəmə sədri çıxışında həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbəyə də toxunaraq bildirmişdir ki, bu Zəfər xalqımızın birliyi, dövlətimizin gücü və milli suverenliyimizin təminatçısı olan Silahlı Qüvvələrimizin şücaəti nəticəsində əldə olunub. Bu gün müstəqil məhkəmə sistemi də həmin suverenliyin qorunmasında önəmli rol oynayır.

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılmış, Konstitusiya və Suverenlik İlinin mahiyyəti barədə geniş məlumat verilmişdir. Məhkəmənin kollektivi bu il çərçivəsində nəzərdə tutulan maarifləndirici tədbirlərin davamlı olacağını vurğulamışdır.

Vətəndaşların nəzərinə!Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə 2025-ci il ölkəm...
17/07/2025

Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il tarixli 28 dekabr Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir.

Bununla əlaqədar olaraq məhkəmələrdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümünün, Vətən müharibəsində Qələbənin 5-ci ildönümünün, habelə dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər çərçivəsində 22 iyul 2025-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq qapı günü elan edilmişdir.

Address

Heydər Əliyev Pr. 1
Kedabek
AZ-2100

Alerts

Be the first to know and let us send you an email when Gədəbəy Rayon Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gədəbəy Rayon Məhkəməsi:

Share