Qusar rayon Heydər Əliyev Mərkəzi

Qusar rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qusar rayon Heydər Əliyev Mərkəzi, Government Organization, Qusar şəhəri M. Vəliyev küçəsi, küçəsi.

28 May - Müstəqillik Günüdür
28/05/2026

28 May - Müstəqillik Günüdür

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
26/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilibQusar rayon Heydər Əliyev Mərkəzində 1...
26/05/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Qusar rayon Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhid və qazi övladları, həmçinin Qusar şəhər 2 və 3 saylı uşaq bağçalarının kollektivi və uşaqları iştirak edib. Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Rəsmi hissədə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi və Mərkəzin direktoru çıxış edərək uşaqları təbrik edib, dövlətin uşaqlara, xüsusilə də şəhid və qazi övladlarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Daha sonra tədbir çay süfrəsi arxasında bayram tortunun kəsilməsi ilə davam etdirilib. Proqram çərçivəsində balacaların ifasında rəqslər, şeirlər nümayiş olunub və şən klounun iştirakı ilə maraqlı oyunlar təşkil edilib. Sonda uşaqlara kiçik hədiyyələr təqdim olunub və Mərkəzin kinozalında maraqlı filmlər nümayiş etdirilib.

18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş regional konfrans keçirilib“18 May – Beynəlxalq Muzeylər Günü” münasibə...
19/05/2026

18 May – Beynəlxalq Muzeylər Gününə həsr olunmuş regional konfrans keçirilib

“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzində regional miqyaslı əhəmiyyətli konfrans keçirilib. Qusar, Quba və Xaçmaz rayonlarının mədəniyyət müəssisələrini bir araya gətirən “Heydər Əliyev və Tarixi İrsimiz” adlı konfrans çərçivəsində milli dəyərlərimizin qorunması, muzeylərin cəmiyyətin mənəvi yaddaşındakı əvəzsiz rolu və gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunması missiyası geniş şəkildə işıqlandırılıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir qonaqların səmimi çay süfrəsi arxasında qarşılanması ilə başlayıb. Bu xoş qarşılanma zamanı Qusar İncəsənət Məktəbinin peşəkar kollektivi tərəfindən ifa olunan canlı musiqi proqramı tədbirə xüsusi rəng qataraq qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Daha sonra konfrans iştirakçıları mərkəzin ekspozisiya zalı ilə yaxından tanış olublar. Qonaqlar Beynəlxalq Muzeylər Gününə özəl olaraq təşkil edilmiş “Muzeylərimiz tarixin aynasıdır” adlı fotoşəkil və kitablardan ibarət zəngin sərgi-ekspozisiyaya, həmçinin Qusar İncəsənət Məktəbi şagirdlərinin əl işlərindən ibarət rəngarəng rəsm sərgisinə baxış keçiriblər. Gənc istedadların vətənpərvərlik və milli irs mövzularını əks etdirən rəsmləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Baxışdan sonra konfrans zalında davam edən rəsmi hissədə ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimin davamında “18 May - Beynəlxalq Muzeylər Günü”nün yaranma tarixinə və mənəvi mahiyyətinə həsr olunmuş xüsusi videorolik nümayiş etdirilib.
Konfransın məruzələr hissəsində mövzu ətrafında geniş müzakirələr aparılıb və ardıcıllıqla Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Qusar rayon komitələrinin sədrləri, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru və Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, həmçinin şəhid anası çıxış ediblər. Natiqlər öz məruzələrində muzeylərin tariximizin və mənəviyyatımızın qorunmasındakı rolunu xüsusi qeyd edib, bu ocaqların gələcək nəsillər üçün əsl mənəvi xəzinə olduğunu vurğulayıb, mənəvi boşluğun yaranmaması və tarixi irsin qorunub saxlanılması fəlsəfəsindən bəhs ediblər.
Tədbir zamanı regional əməkdaşlığın bədii tərəfini əks etdirən və konfransa qatılan hər bir mərkəzin xüsusi olaraq ərsəyə gətirdiyi videoçarxlar nümayiş olunub. Yekunda regional əlaqələrin və bu əlamətdar günün xatirəsi olaraq tədbir iştirakçılarına mərkəz tərəfindən hazırlanmış kiçik hədiyyələr təqdim edilib və konfrans gələcək birgə layihələrin təməli olaraq yüksək ovqatla başa çatıb.

18 May – Beynəlxalq Muzeylər GünüMuzeylər milli-mədəni irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində m...
18/05/2026

18 May – Beynəlxalq Muzeylər Günü

Muzeylər milli-mədəni irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan elmi-mədəni ocaqlardır.
Bu əlamətdar gün münasibətilə bütün muzey əməkdaşlarını təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edəcək. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəet...
12/05/2026

Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2026-cı il mayın 22-də, saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti, 7) Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il mayın 18-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012)493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ...
10/05/2026

Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzinə həftə ərzində geniş tərkibli ziyarətlər təşkil olunub. Ziyarət proqramı çərçivəsində Qusarın ümumtəhsil məktəblərinin şagirdləri və “N” saylı hərbi hissənin hərbiçiləri Mərkəzin qonağı olub.
Mərkəzdəki ekspozisiya ilə tanışlıq zamanı ziyarətçilər dahi şəxsiyyətin dövlətçilik təfəkkürünü və milli tərəqqi strategiyasını əks etdirən materiallara nəzər salıb, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə yaxından tanış olub. Ziyarətçilər həmçinin Mərkəzdə nümayiş olunan sərgi ilə də tanış olub. Müstəqil Azərbaycanın formalaşma tarixinə işıq tutan bu ziyarət, dahi rəhbərin irsinin dərindən mənimsənilməsi və milli yaddaşın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Milli Dövlətçiliyin Strategiyası: Heydər Əliyev Fenomeni və Azərbaycanın İntibah FəlsəfəsiSosial-siyasi elmlərin fundame...
10/05/2026

Milli Dövlətçiliyin Strategiyası: Heydər Əliyev Fenomeni və Azərbaycanın İntibah Fəlsəfəsi

Sosial-siyasi elmlərin fundamental qanunauyğunluqları sübut edir ki, böhranlı keçid dövrlərində millətlərin taleyi bilavasitə liderin intellektual miqyası və strateji uzaqgörənliyi ilə şərtlənməkdədir. Azərbaycanın XX əsrin sonlarında qarşılaşdığı dövlətçilik imtahanı, dahi rəhbər Heydər Əliyevin siyasi arenaya qayıdışı ilə xaosdan nizama, tənəzzüldən tərəqqiyə doğru köklü bir transformasiya yaşadı. Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü qeyd edərkən, biz sadəcə bir təqvimi deyil, bütöv bir xalqın dövlətçilik təfəkkürünün institusallaşma tarixini təhlil edirik.
Heydər Əliyev irsinin ən mühüm sütunlarından biri milli özünüdərk fəlsəfəsidir.Ulu Öndər Heydər Əliyev dövləti sadəcə inzibati bir struktur kimi deyil, milli dəyərlər, dil və mədəniyyət üzərində ucalan mənəvi bir qala kimi görürdü. Onun müəllifi olduğu "Azərbaycançılıq" ideologiyası ölkəmizdə yaşayan bütün xalqları vahid dövlətçilik marağı ətrafında birləşdirən sosiokültürəl bir platformaya çevrildi. Məhz bu ideoloji baza Azərbaycanın daxili sabitliyini təmin edən və multikulturalizm modelimizi dünyaya nümunə göstərən əsas amildir. Heydər Əliyev sübut etdi ki, milli dövlət o zaman sarsılmaz olur ki, o, xalqın tarixi yaddaşına və mənəvi köklərinə söykənsin.İqtisadi Suverenlik və Enerji Diplomatiyasının Strateji Arxitekturası
90-cı illərin əvvəllərində iqtisadi iflic vəziyyətində olan bir ölkəni qlobal bazarda rəqabətə davamlı subyektə çevirmək misilsiz bir qəhrəmanlıq idi. Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" sadəcə bir enerji sazişi deyil, Azərbaycanın müstəqilliyinin iqtisadi və siyasi sığortası idi. Dahi rəhbər dərk edirdi ki, siyasi müstəqillik iqtisadi qüdrət olmadan müvəqqəti xarakter daşıyır. Onun uzaqgörən neft strategiyası nəticəsində ölkəyə daxil olan investisiyalar bu gün qeyri-neft sektorunun inkişafı, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəlməsi üçün fundamental resurs bazası rolunu oynayır.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətində hüquqi islahatlar xüsusi bir mərhələ təşkil edir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu, ölüm hökmünün ləğvi, məhkəmə-hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması dahi liderin humanist prinsiplərə və qanunun aliliyinə verdiyi önəmin bariz göstəricisidir. O, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün zəruri olan institusional islahatların əsasını qoyaraq, dövlət-vətəndaş münasibətlərində yeni bir demokratik mərhələ başlatdı.Vərəsəlik Prinsipi və Zəfərin Məntiqi Zirvəsi Siyasi elmlərdə "liderlik vərəsəliyi" anlayışı dövlətin dayanıqlılığı üçün həlledicidir. Heydər Əliyevin ən böyük uzaqgörənliyi ondan ibarət idi ki, o, qurduğu dövlət sistemini və milli strateji hədəfləri etibarlı və layiqli bir varisə — Prezident İlham Əliyevə ötürə bildi. 2020-ci ildə qazanılan möhtəşəm Qarabağ Zəfəri əslində Ulu Öndərin illər öncə təməlini qoyduğu ordu quruculuğu, güclü iqtisadiyyat və çevik xarici siyasətin məntiqi yekunudur. Şuşada dalğalanan bayrağımız Heydər Əliyevin ən böyük vəsiyyətinin yerinə yetirilməsi və onun siyasi kursunun sarsılmazlığının təntənəsidir.
Ulu Öndər Heydər Əliyevin 103 illik ömür və fəaliyyət yolu Azərbaycanın dünəni ilə bu günü arasında möhkəm bir körpü, gələcəyi üçün isə parlaq bir mayakdır. Ulu öndər Heydər Əliyev irsi bizim milli sərvətimizdir. Bu irsin öyrənilməsi və gənc nəslə ötürülməsi hər bir azərbaycanlının mənəvi borcu, dövlətimizin əbədiliyinin isə başlıca qarantıdır. Azərbaycan var olduqca, bu dahi şəxsiyyətin adı və əməlləri xalqımızın qəlbində və dövlətimizin sütunlarında yaşayacaqdır.

10 may müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.Azərbaycan dövl...
10/05/2026

10 may müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və milli mədəniyyətimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik.

Onun müəyyən etdiyi mədəniyyət siyasəti bu gün də Azərbaycanın mədəni inkişaf strategiyasının əsas ideoloji sütunlarından biri olaraq yaşayır və ölkəmizin zəngin irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdirHər bir x...
09/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

Hər bir xalqın taleyində elə tarixi şəxsiyyətlər olur ki, onlar misilsiz xidmətləri ilə əbədiyyət qazanır, qəlblərdə yaşayırlar. Azərbaycan xalqının müasir tarixində belə əbədiyaşar şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. O, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, dövlətçiliyimizi əbədi və dönməz edən dahi rəhbərdir.
Mayın 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev: Dövlətçilik, Mədəniyyət və Milli irs” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl Qusar Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Ziyarətçilər abidə önünə tər çiçək dəstələri düzərək Ümummilli Liderin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad etmişdir.
Tədbir Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbində davam etdirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müstəqil Azərbaycanın inkişafındakı rolundan və xalq qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir. İcra başçısı xüsusi vurğulamışdır ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də böyük mədəniyyət hamisi, incəsənətin dərin bilicisi idi. “Ulu Öndər teatrı, kinonu, musiqini - mədəniyyətin bütün qollarını hərtərəfli dövlət qayğısı ilə əhatə edirdi. Çünki o, bilirdi ki, mədəniyyəti olmayan xalqın gələcəyi yoxdur. Heydər Əliyev özü əsl mədəniyyət adamı, incə ruhlu, sənətə və sənətkara dəyər verən şəxsiyyət idi”, - deyə Sahir Məmmədxanov bildirmişdir.
Rayon rəhbəri Heydər Əliyev irsinin sistemli şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək təklif etmişdir ki, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və iqtisadiyyat” kimi mövzular hər bir sahə üzrə ayrıca elmi-praktik müstəvidə araşdırılmalı, gənc nəslə çatdırılmalıdır. Çünki Ulu Öndərin hər bir sahəyə aid dəyərli fikirləri, praktiki tövsiyələri və həyata keçirdiyi islahatlar bu gün də bizim üçün strateji rol xəritəsidir.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Heydər Əliyev siyasi irsinin fəlsəfi mahiyyətindən, onun Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən bəhs etmişdir. David İbramxəlilov çıxışında bildirmişdir: “Bu gün təqvimdə 8 Maydır. Bir zamanlar bu tarixi biz Şuşanın işğal günü kimi yad edirdik. Bu gün isə Şuşa azaddır, Qarabağ azaddır. Biz artıq qalib xalqıq. Əminəm ki, Ulu Öndər Heydər Əliyev bu Zəfəri görsəydi, qəlbi fərəh hissi ilə dolardı. Bu gün onun ruhu şaddır. Çünki layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi”. YAP sədri Heydər Əliyev irsinin yalnız tarix olmadığını, həm də bugünkü inkişafımızın ideya mənbəyi olduğunu xüsusi vurğulamışdır.
Tədbirdə Qusar şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi, “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyev müsabiqədə qalib gəldiyi təqdimatla çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı, çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında ətraflı məlumat vermiş, Heydər Əliyevin Qusar rayonu haqqında dəyərli fikir və düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rəsmi hissədən sonra tədbir Qusar Şəhər Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivinin, rayonun tanınmış incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilmişdir. Ulu Öndərin sevdiyi “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Küçələrə su səpmişəm”, “Tut ağacı” kimi ölməz musiqi əsərləri ifa olunmuşdur.
Tədbir çərçivəsində qusarlı Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyevin valideynlərinə Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri təqdim edilmişdir. Həmçinin “Ən yaxşı təqdimat: Heydər Əliyev – 103” müsabiqəsinin qalibi Elmir Ağamirzəyevə rayon icra hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyə təqdim olunmuşdur.
Sonda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yüksək səviyyəli tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, Uşaq İncəsənət Məktəbinin rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir.

Address

Qusar şəhəri M. Vəliyev Küçəsi
Küçəsi
AZ3800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233853601

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qusar rayon Heydər Əliyev Mərkəzi:

Share