Xaçmaz rayonu üzrə gənclər və idman sektoru

Xaçmaz rayonu üzrə gənclər və idman sektoru Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektoru

Xaçmaz rayon Gənclər və İdman İdarəsi dövlətin gənclər və idman siyasətini rayonda həyata keçirən orqandır. İdarə rayon ərazisində gənclərlə işləyən təşkilatları, o cümlədən bədən tərbiyəsi və idman kollektivlərini koordinasiya edir. Xaçmaz rayon Gənclər və İdman İdarəsi dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası

Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının fərman və sərəncamlarını, əmrlərini, qərar və göstərişlərini, idarənin tədbirlər planını rəhbər tutaraq müəyyən işlər görür və silsilə tədbirlər həyata keçirir.

Uşaqlar həyatımızın ən dəyərli sərvəti, gələcəyimizin ən böyük ümididir. Bütün balaları 1 İyun – Uşaqların Beynəlxalq Mü...
01/06/2026

Uşaqlar həyatımızın ən dəyərli sərvəti, gələcəyimizin ən böyük ümididir. Bütün balaları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzu edirik. 🎈

Xaçmazda    keçiriləcək. 🚵🚵🚵 Dünya Velosiped Günü münasibətlə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz ra...
31/05/2026

Xaçmazda keçiriləcək.

🚵🚵🚵 Dünya Velosiped Günü münasibətlə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə rayonunda kütləvi idman tədbiri - veloyürüş təşkil ediləcək.

Heydər Əliyev Mərkəzinin qarşısından Zəfər parkı marşrutu üzrə start götürəcək yarış 2 km məsafəni əhatə edəcək. İyunun 4-də saat 11:00-da start götürəcək tədbirdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Beynəlxalq yarışdan müvəffəqiyyətlə dönən Xaçmaz güləşçisinin qarşılanma mərasimi keçirilib.✅ 29 may 2026-cı il tarixind...
30/05/2026

Beynəlxalq yarışdan müvəffəqiyyətlə dönən Xaçmaz güləşçisinin qarşılanma mərasimi keçirilib.

✅ 29 may 2026-cı il tarixində Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə U-17 Avropa çempionatında gümüş medal qazanan Xaçmaz güləşçisi Elvin Hacıquliyevin (80 kq) qarşılanma mərasimi keçirilmişdir.

✅ Xaçmaz şəhəri “Çənlibel” parkında keçirilən qarşılanma mərasimində sakinlər, idmançılar, məşqçilər, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov və yerli sektorun əməkdaşları iştirak ediblər.

✅ Qalib böyük coşqu və təntənə ilə qarşılanmışdır.

Yeniyetmə atletimiz ölkə birinciliyində ikinci yeri tutub.✅ 29 may 2026-cı il tarixdə Bakı şəhərində atletika idman növü...
29/05/2026

Yeniyetmə atletimiz ölkə birinciliyində ikinci yeri tutub.

✅ 29 may 2026-cı il tarixdə Bakı şəhərində atletika idman növü üzrə ölkə birinciliyi keçirilmişdir.

2011-2012-ci il təvəllüdlü yeniyetmələrin 1500 metr məsafəyə qaçış yarışında idmançımız Sayadova Marina Bəxtiyar qızı🥈II yeri qazanmışdır.

Bu nailiyyət münasibətilə idmançımızı və onun məşqçisi Məhəmməd Əlipaşayevi təbrik edirik!

28/05/2026
28/05/2026
"Şimal" futbol komandası  əzmkar qələbə ilə 1-ci liqada qaldı. Mayın 27-də növbəti mövsüm üçün Azərbaycan 1-ci liqasına ...
28/05/2026

"Şimal" futbol komandası əzmkar qələbə ilə 1-ci liqada qaldı.

Mayın 27-də növbəti mövsüm üçün Azərbaycan 1-ci liqasına vəsiqə uğrunda pley-off matçı keçirilib. Pley-off oyununda Xaçmaz təmsilçisi "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən matçda komandamız əzmkar oyun nümayiş etdirərək 90+3-cü dəqiqədə vurduğu qolla qalib gələrək 1-ci liqadakı yerini qoruyub.
Oyunda VAR sistemi də tətbiq edilib.
Qolları komandamızın heyətində Rüstəm Hümbətov, 85 (1:1) və Rəvan Abasov, 90+3 dəqiqələrində vurublar. "Şimal" - "Qaradağ Lökbatan"- 2:1.

Komandamızın bütün heyətini möhtəşəm qələbə münasibətilə təbrik edir, yeni mövsümdə uğurlar arzu edirik.

Xaçmazlı yeniyetmə güləşçi Avropa çempionu oldu – Yusuf Abdullayev doğma rayonda coşqu ilə qarşılanıb. Bolqarıstanın Sam...
28/05/2026

Xaçmazlı yeniyetmə güləşçi Avropa çempionu oldu – Yusuf Abdullayev doğma rayonda coşqu ilə qarşılanıb.

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-15 Avropa çempionatında Xaçmaz güləş məktəbinin yetirməsi Yusuf Abdullayev möhtəşəm uğura imza atıb.

38 kiloqram çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançı final görüşündə Gürcüstan təmsilçisi Rezi Yobidzeyə 10:0 hesabı ilə tam üstünlüklə qalib gələrək U-15 Avropa çempionu adına sahib olub.

Yusuf Abdullayev finala gedən yolda da rəqiblərinə şans verməyib. O, ukraynalı İvan Vasilkovu 10:0, ermənistanlı Norayr Gevorqyanı 11:0, belçikalı Mohammad Bisultanovu isə 13:1 hesabı ilə məğlub edərək inamla finala yüksəlib.

Avropa çempionunun doğma Xaçmaz rayonunda təntənəli qarşılanma mərasimi keçirilib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, rayon ictimaiyyəti, məşqçilər və gənc idmançılar Yusuf Abdullayevi böyük coşqu və qürur hissi ilə qarşılayıblar.

Xaçmaz idmanının növbəti böyük uğuru kimi qiymətləndirilən bu nəticə rayon sakinləri tərəfindən sevinc hissi ilə qarşılanıb. Mütəxəssislər Yusuf Abdullayevin gələcəkdə Azərbaycan güləşinin aparıcı idmançılarından biri olacağına inandıqlarını bildiriblər.

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿
28/05/2026

28 May - Müstəqillik Gününüz mübarək! 🇦🇿

27/05/2026

‼️Oyun CBC Sport ( ) telekanalında və "birinciikinci" yutub kanalında canlı yayımlayacaq ☑️
_____

Address

Hacı Zeynalabdin Tağıyev Küçəsi 10
Küçəsi
AZ2700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

(02332) 5-16-49

Website

Alerts

Be the first to know and let us send you an email when Xaçmaz rayonu üzrə gənclər və idman sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Xaçmaz rayonu üzrə gənclər və idman sektoru:

Share