Qaradağ rayon Heydər Əliyev mərkəzi

Qaradağ rayon Heydər Əliyev mərkəzi 🏛️ Qaradag rayon Heydər Əliyev Mərkəzi
📍Bakı şəhəri
🕘 09:00- 18:00
☎️ 012 445 64 00

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində Qaradağ rayon Heydər Əliyev Mərkəzində 3 iyun 2026-cı il tarixində Tikinti Qur...
03/06/2026

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində Qaradağ rayon Heydər Əliyev Mərkəzində 3 iyun 2026-cı il tarixində Tikinti Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün mərkəzin kiçik elmi işçisi Nuranə Davrinbəyova tərəfindən “Ulu Öndər Heydər Əliyev və Azərbaycan memarlığının intibahı” adlı açıq dərs keçirilib.
Açıq dərsin məqsədi iştirakçılara Heydər Əliyevin Azərbaycan memarlığının, şəhərsalmanın və mədəni irsin qorunmasındakı xidmətlərini çatdırmaq, onlarda milli memarlıq nümunələrinə maraq və vətənpərvərlik hissini gücləndirmək olub.
Dərsdə bildirilib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə tarixi-memarlıq abidələrinin qorunmasına xüsusi diqqət yetirilib, İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi abidələrin bərpası istiqamətində mühüm addımlar atılıb. 1970–1980-ci illərdə Bakıda və respublikanın digər bölgələrində çoxsaylı mədəniyyət sarayları, parklar, muzeylər və yaşayış kompleksləri inşa olunub, şəhərlərin memarlıq siması müasirləşdirilib. Həmçinin qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şuşa, Ağdam və Füzuli şəhərlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Açıq dərs zamanı mövzuya uyğun olaraq hazırlanmış PowerPoint təqdimatı vasitəsilə Azərbaycan memarlığının incilərini əks etdirən slaydlar nümayiş olunub. Slaydlarda tarixi abidələr, müasir memarlıq nümunələri və Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat təqdim edilib.
Daha sonra iştirakçılara mövzu ilə bağlı test sualları təqdim olunub. Tələbələr sualları cavablandıraraq mövzu üzrə biliklərini nümayiş etdiriblər. Tədbirin sonunda Mərkəz əməkdaşları tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan memarlığı” adlı videoçarxa baxış keçirilib.

1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Qaradağ rayon Heydər Əliyev Mərkəzini 7 Nömrəli Uşaq -Gənclər ...
01/06/2026

1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Qaradağ rayon Heydər Əliyev Mərkəzini 7 Nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin, 139 və 166 nömrəli tam orta məktəbin şagirdləri və rayon sakinləri ziyarət ediblər.
Mərkəzin əməkdaşı qonaqları Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu ekspozisiya zalı ilə tanış edib.

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı v...
01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

25-26 may tarixlərində Qaradağ rayon Heydər Əliyev Mərkəzində 3 ekskursiya baş tutub.                                   ...
29/05/2026

25-26 may tarixlərində Qaradağ rayon Heydər Əliyev Mərkəzində 3 ekskursiya baş tutub. Ekskursiyalarda 233 nömrəli tam orta məktəbin və 7 Nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin şagirdləri,N saylı hərbi hissənin hərbiçiləri iştirak ediblər. Mərkəzin əməkdaşları tərəfindən qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti əks olunan ekspozisiya zalı haqqında ətraflı məlumat verilib.

28- May Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28- May Azərbaycanın Müstəqillik Günü

Mayın 26-da Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə...
27/05/2026

Mayın 26-da Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə “Uşaqlarımızı qoruyaq, gələcəyimizi quraq” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Çərkəz Əliyeva, 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva və mərkəzin kollektivi, 233 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zenfira Zeynalova və şagirdləri iştirak ediblər.
Çıxışçılar Beynəlxalq Uşaqlar Gününün tarixindən, uşaqların hüquqlarının qorunması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərdən və gələcəyimizin etibarlı təminatı olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Tədbir çərçivəsində 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Bədii hissədə “Milli rəqs” dərnəyinin “Arzu” rəqs ansamblının üzvlərinin ifasında rəqslər təqdim edilib, 233 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Yaşa Azərbaycan” mahnısı səsləndirilib, həmçinin şeirlər təqdim olunub.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı fikirləri səsləndirilib.

Mayın 26-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində  28 May – Müstəq...
27/05/2026

Mayın 26-da Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş “1918-dən Zəfərə: Azərbaycan Dövlətçiliyinin Memarlığı” mövzusunda dəyirmi masa keçirilmişdir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirdə rayon rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutduğunu qeyd etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika kimi tarixə düşdüyünü vurğulamışlar. Bildirilmişdir ki, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə nəticəsində bu gün güclü və nüfuzlu Azərbaycan dövləti formalaşmışdır.Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, Vətən müharibəsində qazanılmış tarixi Qələbədən və Azərbaycanın beynəlxalq nüfuzunun artmasından bəhs edilmişdir.
Həmçinin “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən danışılmış, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və abadlıq işlərinin müasir Azərbaycanın inkişaf strategiyasının mühüm göstəricisi olduğu qeyd edilmişdir.
Sonda iştirakçılar arasında dövlətçilik tariximiz, milli birlik və müstəqilliyimizin qorunmasının əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Mayın 26-da Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun bi...
26/05/2026

Mayın 26-da Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş, rayon ərazisində yerləşən hərbi hissələrin zabit və əsgərlərinin iştirakı ilə “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov və hərbi hissənin əməkdaşı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, dövlət müstəqilliyimizin bərpasından, eləcə də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan danışıblar.
Tədbir çərçivəsində Azərbaycan dövlətçiliyinə, Azərbaycan Xalq Cümhuriyyətinə və Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunmuş videoçarx nümayiş olunub.

Address

S. Orucov Küçəsi
Küçəsi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994124456400

Website

Alerts

Be the first to know and let us send you an email when Qaradağ rayon Heydər Əliyev mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qaradağ rayon Heydər Əliyev mərkəzi:

Share