Qərbi Azərbaycan İcmasının Gorus Gənclər Şurası

Qərbi Azərbaycan İcmasının Gorus Gənclər Şurası Qərbi Azərbaycana Qayıdışın Beynəlxalq hüquq prinsipləri əsasında təmin edilməsi

LinklərFacebook https://www.facebook.com/share/p/1Fo5uxzfSY/Instagram https://www.instagram.com/p/DSaLryZiiq9/?igsh=NzY1...
20/12/2025

Linklər
Facebook
https://www.facebook.com/share/p/1Fo5uxzfSY/

Instagram
https://www.instagram.com/p/DSaLryZiiq9/?igsh=NzY1NjFuZDM3aWQ1

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü Gülçöhrə Məmmədova “Şərəf” ordeni ilə təltif edilib.

Qərbi Azərbaycan İcması bu ali dövlət mükafatını Gülçöhrə Məmmədovanın Azərbaycan elmi, ali təhsil sistemi və memarlıq sahəsində uzun illər ərzində göstərdiyi səmərəli fəaliyyətin, eləcə də milli-mənəvi dəyərlərin qorunması istiqamətində xidmətlərinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirir.

Gülçöhrə Məmmədova Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü kimi Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

Qərbi Azərbaycan İcması Gülçöhrə Məmmədovanın vətənpərvər mövqeyini, milli məsələlərə həssas və prinsipial yanaşmasını, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə saxlanılmasına verdiyi töhfələri yüksək qiymətləndirir.

Qeyd edək ki, Gülçöhrə Məmmədova 1953-cü il aprelin 23-də indiki Ermənistan Respublikasının Vedi rayonunun Vedi kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. Memarlıq doktoru, Əməkdar memardır. 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur. O, Fransa Respublikasının “Akademik Palma” ordeni ilə təltif edilib, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının və bir sıra digər beynəlxalq akademiyaların üzvüdür.

Qərbi Azərbaycan İcması Gülçöhrə Məmmədovanı “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi, pedaqoji və ictimai fəaliyyətində yeni uğurlar arzulayır.

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış a...
05/12/2025

Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfrans keçirilir.

Əvvəlcə Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Daha sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Konfransda Ermənistan ərazisindəki azərbaycanlılara məxsus mədəni irsin vəziyyəti, bu irsin qorunması və dirçəldilməsi, həmçinin qayıdış hüququnun beynəlxalq hüquq və mədəni irsin müdafiəsi kontekstində qiymətləndirilməsi müzakirə olunacaq.

Tədbirdə “Qayıdış hüququ və mədəni irs: hüquqi və mənəvi əsaslar”, “Maddi irs: qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması” mövzularında panellər keçiriləcək.

Qeyd edək ki, 60-dan çox ölkədən 100-dən artıq xarici qonaq və yerli ekspertlər müzakirələrdə iştirak edir.

Beynəlxalq konfransda Gorus Rayon İcması icma sədri Etibar Hasanov tərəfindən təmsil edilir.

05/12/2025

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2025-ci il dekabr ayının 5-də Bakıda “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçiriləcəkdir.

05/12/2025
05/12/2025

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir

Bu konfranslarda əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış hüququnu beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Bildiyiniz kimi, soydaşlarımız 37 il əvvəl sonuncu deportasiya zamanı tarixi yurdlarından - Qərbi Azərbaycan torpaqlarından qovulublar. Bu müddət ərzində Qərbi Azərbaycandakı mədəni irsimiz xeyli zərər görüb. Apardığımız monitorinqlər göstərir ki, min illər boyu yaradılmış mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb.

Bu sözləri jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərov söyləyib.

O bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesində irəliləyişlər var. Avqustun 8-də Vaşinqton görüşləri zamanı sazişin paraflanması prosesi həyata keçirilib. Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpası məsələsinin gündəmə gətirilməsi vacibdir və bugünkü konfransın mövzusu da məhz budur.

"Heç şübhəsiz, bu konfransların, xüsusilə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirlərin ən böyük əhəmiyyəti odur ki, dünya ictimaiyyəti regiondakı həqiqətləri, Qərbi Azərbaycanda gedən prosesləri və Azərbaycan mədəni irsinin vəziyyətini dolğun şəkildə öyrənsin. Ümid edirik ki, Ermənistan tərəfi də bu həqiqətləri nəzərə alacaq", - deyə Ə.Ələkbərov vurğulayıb.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının növbəti iclası keçirilmiş, iclasda Gorus rayon icması Gənclər üzrə məsul şəxs ...
27/11/2025

Qərbi Azərbaycan İcması Gənclər Şurasının növbəti iclası keçirilmiş, iclasda Gorus rayon icması Gənclər üzrə məsul şəxs Orxan Həsənli iştirak etmişdir.

27/11/2025
27/11/2025

Bu gün görkəmli dilçi-türkoloq Həsən Mirzəyevin anadan olmasının 98-ci ildönümüdür

Noyavrın 26-sı filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Həsən Mirzəyevin anadan olmasının 98-ci ildönümüdür.

Həsən Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1950-ci ildə Qovuşuq kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon Xalq Maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. 1959–1962-ci illərdə ADPU-nun Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin universitetdə çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində işləyib.
H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.
Azərbaycan filologiya elminin inkişafında Həsən Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınıb. Xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Görkəmli alimin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olub.
Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilib. 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.
Görkəmli türkoloq Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.
Böyük hörmət və ehtiramla anırıq.

Address

Bakı şəhəri, Gülarə Qədirbəyova Küçəsi 9
Küçəsi
AZ1008

Telephone

+994559951295

Website

Alerts

Be the first to know and let us send you an email when Qərbi Azərbaycan İcmasının Gorus Gənclər Şurası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qərbi Azərbaycan İcmasının Gorus Gənclər Şurası:

Share

Category