Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Library, Beyləqan şəhəri, A. Əkbərov küçəsi, 5, küçəsi.

Beyləqan rayon kitabxanası 1946-cı ildə yaradılmışdır. 3 nəfərdən ibarət işçisi olub. 1975-ci ildən isə Beyləqan rayon kitabxanasının müdiri vəzifəsində Tağıyev Əzizağa Əliş oğlu işləmişdir. 1978-ci ildə Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmış, direktor Tağıyev Əzizağa Əliş oğlu təyin olunmuşdur. 2007-ci ildən MKS-nin direktoru vəzifəsinə Məmmədova Gültəkin Əkbər qızı təyin olunmuşdur.

02 fevral 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Beyləqan rayon Mədəniyyət Mərkəzinin Birinci Şa...
03/02/2026

02 fevral 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Beyləqan rayon Mədəniyyət Mərkəzinin Birinci Şahsevən kənd diyarşünaslıq evinin, Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Birinci Şahsevən kənd 2 saylı kitabxana filialının və Gəray Əsədov adına Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə 2 Fevral – Ümumrespublika Gənclər Günü münasibətilə Birinci Şahsevən kənd diyarşünaslıq evində “Qüdrətli Azərbaycanın gəncləri” adlı dəyirmi masa və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Əmirzeyidli kənd kitabxana filialı, Əmirzeyidli kənd klubu və Əmirzeyidli kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gəncliyimiz qürurumuzdur” adlı söhbət təşkil edilib.

Beyləqanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.2 fevral 2026-cı il tarixdə “Səhərsalma və ...
02/02/2026

Beyləqanda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

2 fevral 2026-cı il tarixdə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbirlərə uyğun olaraq Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncliyi Günü münasibətilə tədbir keçirilib.
Beyləqan rayon Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayon üzrə mədəniyyət müəssisələrinin, Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, rayonun tam orta ümumtəhsil məktəblərinin müəllimləri və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər bu əlamətdar günün dövlət səviyyəsində qeyd olunmasının gələcəyimiz olan gənclərə Ulu öndər Heydər Əliyev tərəfindən bəxş edilməsindən, bu əlamətdar günün müasir tariximizdə ən əhəmiyyətli tədbirlərdən biri olaraq gənclərin bir araya gəlməsindəki mühüm rolundan, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən də gənclərə daim diqqət və qayğı göstərməsindən, göstərilən qayğı nəticəsində gənclərin cəmiyyətin, dövlətin ictimai-siyasi, sosial-iqtisadi və təşkilati-hüquqi həyatında yaxından iştirak etməsindən geniş bəhs ediblər.
Bədii hissə ilə davam etdirilən tədbirdə Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbinin hazırladığı bir-birindən şən musiqilər və rəngarəng rəqslər təqdim edilib.
Sonda 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Dövlət gənclər siyasətinin həyata keçirilməsindəki fəaliyyətinə və rayonun mədəni həyatında fəal iştirakına görə ‎bir qrup gəncə MİHİ-nin Beyləqan rayon Komitəsi tərəfindən Fəxri-Fərmanlar təqdim olunub.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər sabahımızdır” adlı söhbət  təşkil edilib.  2 fevral 2026-cı il...
02/02/2026

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər sabahımızdır” adlı söhbət təşkil edilib.

2 fevral 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Bolsulu kənd kitabxana filialında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Gənclər sabahımızdır” adlı söhbət təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd gənclərin cəmiyyətimizdəki rolunu vurğulamaq, onların intellektual və mənəvi inkişafını təşviq etmək, həmçinin vətənpərvərlik ruhunu gücləndirmək olub. Tədbir zamanı Azərbaycan gənclərinin ölkənin sosial, mədəni və ictimai həyatındakı fəal iştirakından bəhs edilib, gənclərin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğu qeyd edilib.
Çıxış edənlər gəncləri daha fəal olmağa, elmə, mütaliəyə və milli-mənəvi dəyərlərə bağlı qalmağa çağırıblar. Tədbir gənclərin fəal iştirakı və maraqlı müzakirələrlə yadda qalıb.

“Gənclər sabahımızdır” adlı tədbir keçirilib.2 fevral 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqa...
02/02/2026

“Gənclər sabahımızdır” adlı tədbir keçirilib.

2 fevral 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yuxarı Aran qəsəbə kitabxana filialı və Yuxarı Aran qəsəbə S. Mehdiyev adına tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümumrespublika Gənclər Günü münasibətilə “Gənclər sabahımızdır” adlı dəyirmi masa keçirilib.
Tədbirdə məktəblilər, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər. Əvvəlcə Ümumrespublika Gənclər Gününün tarixi və əhəmiyyəti barədə məlumat verilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, onların təhsil, elm, mədəniyyət və idman sahələrində qazandıqları uğurlardan danışılıb.
Çıxış edənlər gənclərin cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu vurğulayaraq, onların bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinin vacibliyini qeyd ediblər. Dəyirmi masa zamanı gəncləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb, onların təklif və rəyləri dinlənilib.
Tədbirin sonunda gənclərin fəallığının artırılmasının əhəmiyyəti bir daha vurğulanıb, belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyi qeyd olunub.

2 Fevral-Gənclər Günü münasibətilə MKS-nin əməkdaşı fəxri fərmanla təltif olunub.30 yanvar 2026-cı il tarixdə Beyləqan r...
30/01/2026

2 Fevral-Gənclər Günü münasibətilə MKS-nin əməkdaşı fəxri fərmanla təltif olunub.

30 yanvar 2026-cı il tarixdə Beyləqan rayon MKS-nin əməkdaşı Hafiz Əzimli 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən fəxri fərmanla təltif olunub.
Gənclərə göstərdiyi diqqət və qayğıya görə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, fəaliyyəti və məsuliyyəti ilə seçilən həmkarımızı isə ürəkdən təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

“Narkomaniya – qorxulu xəstəlikdir” adlı məruzə keçirilib.26 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İ...
26/01/2026

“Narkomaniya – qorxulu xəstəlikdir” adlı məruzə keçirilib.

26 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mil qəsəbə kitabxanası və Mil qəsəbə Diyarşünaslıq Evinin birgə təşkilatçılığı ilə “Narkomaniya – qorxulu xəstəlikdir” adlı maarifləndirici məruzə keçirilib.
Tədbirin məqsədi narkomaniyanın insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu zərərli təsirlər barədə iştirakçıları məlumatlandırmaq, xüsusilə gənclər arasında bu zərərli vərdişlərə qarşı mübarizənin vacibliyini diqqətə çatdırmaq olub. Məruzə zamanı narkotik maddələrin yaratdığı fəsadlardan, asılılığın doğurduğu sosial və psixoloji problemlərdən bəhs edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, sağlam həyat tərzinin təbliğinin əhəmiyyəti vurğulanıb və gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi qeyd edilib.

“Tarixin zərif qələmi” adlı tədbir keçirilib.26 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləq...
26/01/2026

“Tarixin zərif qələmi” adlı tədbir keçirilib.

26 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Allahyarlı kənd kitabxana filialında görkəmli tarixçi alim, şərqşünas, akademik Sara xanım Aşurbəylinin anadan olmasının 120 illiyinə həsr olunmuş “Tarixin zərif qələmi” adlı maarifləndirici tədbir təşkil edilib.
Tədbir zamanı Sara Aşurbəylinin zəngin həyat yolu, elmi fəaliyyəti və Azərbaycan tarixşünaslığına verdiyi əvəzsiz töhfələr barədə geniş məlumat verilib. Xüsusilə onun Azərbaycan xalqının orta əsrlər tarixi, Bakı şəhərinin və Şirvanşahlar dövlətinin tarixi ilə bağlı apardığı fundamental tədqiqatlar diqqətə çatdırılıb.
Bildirilib ki, Sara Aşurbəyli uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışmış, çoxsaylı elmi əsərləri ilə milli tarix elminin inkişafında mühüm rol oynamışdır. Onun “Bakı şəhərinin tarixi”, “Şirvanşahlar dövləti” kimi əsərləri bu gün də öz elmi əhəmiyyətini qoruyub saxlayır.
Tədbir iştirakçıları görkəmli alimimizin zəngin irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edərək, onun xatirəsini ehtiramla yad ediblər.

19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin...
19/01/2026

19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qaralılar kənd kitabxanası, Mil qəsəbə kitabxanası, Əmirzeyidli kənd kitabxana filialı, Eyvazalılar kənd kitabxana filialı, Yuxarı Aran qəsəbə kitabxana filialı, Baharabad kənd kitabxana filialı, Kəbirli kənd kitabxana filiallarında 20 Yanvar — Ümumxalq Hüzn Günü münasibətilə “Qürur Günümüz” adlı anım tədbiri keçirilib.

20 Yanvar - Hüzn Günü ilə əlaqədar olaraq məruzə təşkil edilib.19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniy...
19/01/2026

20 Yanvar - Hüzn Günü ilə əlaqədar olaraq məruzə təşkil edilib.

19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəfəq qəsəbə kitabxana filialında 20 Yanvar - Hüzn Günü ilə (1990) əlaqədar olaraq "Şəhid qanı ilə yazılan tarix" adlı məruzə təşkil edilib.
Tədbirdə Hüsaməddin İsmayılov adına tam orta məktəbin tarix müəllimi, uşaq birliyinin rəhbəri, bir qrup şagirdi, qəsəbə sakinləri və kitabxananın əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 20 Yanvar bizim üçün yalnız bir tarix deyil , xalqımızın yaşadığı dərin ağrı və eyni zamanda böyük qürurdur. O gecə azadlıq arzusu ilə küçələrə çıxan, Vətən yolunda canından keçən şəhidlərimizi bu gün də kədər və hörmətlə xatırlayırıq. Onların fədakarlığı sayəsində bu torpaqda azad nəfəs alırıq.
Bütün şəhidlərimizin ruhu şad olsun, xatirələri daim qəlbimizdə yaşayacaq.

“Uşaqların inkişafı və rifahı üzrə milli strategiya” mövzusunda maarifləndirici söhbət keçirilib.19 yanvar 2026-ci il ta...
19/01/2026

“Uşaqların inkişafı və rifahı üzrə milli strategiya” mövzusunda maarifləndirici söhbət keçirilib.

19 yanvar 2026-ci il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2-ci Sahsevən kənd kitabxanasının təşkilatçılığı ilə Dayandur Əliyev adına tam orta məktəbdə “Uşaqların inkişafı və rifahı üzrə milli strategiya” mövzusunda maarifləndirici söhbət keçirilib.
Tədbirin əsas məqsədi uşaqların hüquqlarının qorunması, onların sağlam inkişafı, təhsilə cəlb olunması və sosial rifahının yüksəldilməsi istiqamətində qəbul olunmuş milli strategiyanın mahiyyəti barədə şagirdləri məlumatlandırmaq olub. Söhbət zamanı uşaqların cəmiyyətin gələcəyi olduğu vurğulanıb, onların fiziki, mənəvi və intellektual inkişafının vacibliyindən bəhs edilib.
İştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir şagirdlər tərəfindən maraqla qarşılanıb.

“Azadlığa gedən yol” adlı sərgi və məruzə təşkil edilib.19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İda...
19/01/2026

“Azadlığa gedən yol” adlı sərgi və məruzə təşkil edilib.

19 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Beyləqan Rayon Mədəniyyət Mərkəzinin Birinci Şahsevən kənd Diyarşünaslıq Evi, Beyləqan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Birinci Şahsevən kənd 2 saylı kitabxanası və Gəray Əsədov adına Birinci Şahsevən kənd 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “Azadlığa gedən yol” adlı sərgi və məruzə təşkil edilib.
Tədbirdə məktəblilər həmin gecənin hadisələrini əks etdirən səhnəciklər nümayiş olunub. Daha sonra çıxış edənlər vurğulanıb ki, 20 Yanvar 1990-cı il xalqımız üçün ağır gün oldu. Həmin vaxt Sovet ordusu Bakıya hücum edərək dinc insanlara qarşı amansızlıq göstərdi. Minlərlə günahsız insan şəhid oldu, lakin xalqımızın azadlıq arzusu sönmədi.
20 Yanvar həm qəhrəmanlıq, həm də müstəqillik simvoludur. Şəhidlərimizi hörmətlə yad edirik, onların əziz xatirəsi önündə baş əyirik !

15 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemin...
15/01/2026

15 yanvar 2026-cı il tarixində Mil-Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Eyvazallılar və Mil kitabxanaları görkəmli şairə Mədinə Gülgünün anadan olmasının 100 illiyi (1926-2026) ilə əlaqədar Eyvazallılar və Mil kitabxanalarında söhbət və sərgi keçirilib.

Address

Beyləqan şəhəri, A. Əkbərov Küçəsi, 5
Küçəsi

Alerts

Be the first to know and let us send you an email when Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category