Naxçıvan Qaz İstismar Xidməti

Naxçıvan  Qaz İstismar Xidməti Devlet Kurumu

Şərur rayon Çomaxtur və Xələc kəndlərin korroziyaya uğramış yeraltı borunun yerüstü boru ilə əvəzlənməsiylə əlaqədar saa...
05/02/2026

Şərur rayon Çomaxtur və Xələc kəndlərin korroziyaya uğramış yeraltı borunun yerüstü boru ilə əvəzlənməsiylə əlaqədar saat 16:00-dək 973 abonentin qaz təchizatında məhdudiyyət olacaq.

Naxçıvan şəhəri Qaraçuq kəndində korroziyaya uğramış yeraltı borunun yerüstü boru ilə əvəzlənməsilə əlaqədar saat 15:30-...
05/02/2026

Naxçıvan şəhəri Qaraçuq kəndində korroziyaya uğramış yeraltı borunun yerüstü boru ilə əvəzlənməsilə əlaqədar saat 15:30-dan 17:00-dək 980 abonentin təbii qaz təchizatında məhdudiyyət olacaq.

❗️Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik.

Sədərək rayon sakinlərinin nəzərinə !!!Sədərək rayon Sədərək kəndində korroziyaya uğramış yeraltı borunun yerüstü boru i...
02/02/2026

Sədərək rayon sakinlərinin nəzərinə !!!

Sədərək rayon Sədərək kəndində korroziyaya uğramış yeraltı borunun yerüstü boru ilə əvəzlənməsi ilə bağlı saat 15:00-17:00 arası 553 abonentin qaz verilişi dayandırılacaq.

❗️Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş edirik.

20 Yanvar faciəsinin ildönümü münasibətilə “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cava...
20/01/2026

20 Yanvar faciəsinin ildönümü münasibətilə “Azəriqaz” İB-nin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov və kollektivi xalqımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. 🇦🇿

Babək rayon sakinlərinin nəzərinə !!!21.01.2026 tarixində Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Ha...
20/01/2026

Babək rayon sakinlərinin nəzərinə !!!
21.01.2026 tarixində Qahab, Naxışnərgiz, Nəhəcir, Göynük, Nəcəfalidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad kəndlərində təmir bərpa işləri ilə əlaqədar olaraq 10:30-dan 11:30-dək 2179 abonentin qaz verilişində məhdudiyyət olacaq.

Bu gün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi və kollektivi Naxçıvanın ilk polis şəhidi Şəfiyev Rasim Vəl...
20/01/2026

Bu gün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi və kollektivi Naxçıvanın ilk polis şəhidi Şəfiyev Rasim Vəli oğlunun ailəsini ziyarət edib. Onun xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Görüş zamanı şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. “Şəhidlərimizin əziz xatirəsini daim uca tuturuq. Şəhid ailələrinin yanında olmaq bizim həm vəzifəmiz, həm də mənəvi borcumuzdur”, – deyə Regional İdarənin məsul şəxsləri qeyd ediblər. Məlumat üçün bildirək ki, şəhid Rasim Şəfiyevin oğlu Elvin Şəfiyev “Azəriqaz” İB-nin Naxçıvan RQİİ-nin Şərur xidmət sahəsində çalışır.

Birlik rəhbərliyi əmək fəaliyyətində fərqlənən əməkdaşları mükafatlandırdıSOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş ...
17/01/2026

Birlik rəhbərliyi əmək fəaliyyətində fərqlənən əməkdaşları mükafatlandırdı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov və baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayev Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində əmək fəaliyyətində fərqlənən əməkdaşlarla görüş keçiriblər. Birlik rəhbərliyi hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb, Naxçıvan Muxtar Respublikasında qaz təsərrüfatının dayanıqlı və təhlükəsiz fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Əməkdaşların məsuliyyətli və peşəkar fəaliyyətinin göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edən rəhbərlik kollektivin əməyini yüksək qiymətləndirib. Daha sonra 10 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Görüşdən sonra rəhbərlik inzibati binaya baxış keçirərək əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə yaxından tanış olub. Texniki təminat, iş otaqları və ümumi infrastruktur nəzərdən keçirilib.

Baş direktor bu dəfə Naxçıvanda vətəndaşları dinlədiSOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədo...
17/01/2026

Baş direktor bu dəfə Naxçıvanda vətəndaşları dinlədi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Naxçıvan Muxtar Respublikasında baş tutub. Birlik rəhbəri Ordubad, Babək, Şahbuz rayonlarından və Naxçıvan şəhərindən üz tutan 15 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, iş yerinin dəyişdirilməsi və qapı keçidinin quraşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izah verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Naxçıvan RQİİ-də Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib“Azəriqaz” İstehsalat Birliyinin Naxçı...
16/01/2026

Naxçıvan RQİİ-də Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib

“Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsinin inzibati binasında Həmkarlar İttifaqı təşkilatının hesabat-seçki konfransı keçirilib. Konfransda “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndəsi Şahin Qulamov, həmçinin Birliyin Naxçıvan RQİİ-nin məsul şəxsləri iştirak ediblər. Görüş çərçivəsində təşkilatın 9 nəfərdən ibarət idarə heyəti seçilib. İdarə heyətinin üzvü Elyar Əliyev “Azəriqaz” İB-nin Naxçıvan RQİİ üzrə Həmkarlar Təşkilatının sədri seçilib. Tədbirdə çıxış edən Ədalət Qurbanov Həmkarlar İttifaqının əməkdaşların sosial hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması və kollektivin rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb, yeni seçilən idarə heyətinə və sədrə fəaliyyətlərində uğurlar arzulayıb.

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşübCulfa rayon Milax  kəndində avtomobi...
16/01/2026

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb

Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib. Təhlükəsizlik səbəbilə 5 kənddə (Milax Teyvaz Ərəfədə Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qazın verilişi dayandırılıb. Saat 18:00-da qazın verilişinin bərpa olunması planlaşdırılır.

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.“Azəriqaz” İB-nin ba...
14/01/2026

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovun Naxçıvan şəhərindəki vətəndaş qəbulu 16 yanvar saat 15:00-da Naxçıvan şəhər icra hakimiyyətinin inzibati binasında baş tutacaq.

Address

Naxçıvan şəhəri, N Tusi Küçəsi 7
Küçəsi

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan Qaz İstismar Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share