Şamaxı Rayon Məhkəməsi

Şamaxı Rayon Məhkəməsi Şamaxı rayon Xalq məhkəməsi (indiki Şamaxı Rayon Məhkəməsi) 1930-cu ildə yaradılmışdır.

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmi...
18/12/2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edilmişdir.
Şamaxı Rayon Məhkəməsinin kollektivi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində tədbir təşkil edilmişdir. İlk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülmüş, xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra məhkəmənin kollektivi Səhidlər Xiyabanında olmuş, şəhid olmuş qəhrəmanlarımızın məzarları ziyarət edilmiş, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra tədbir Şamaxı rayonunda yerləşən orta məktəbin şagirdləri və Şamaxı Dövlət Regional Kollecin tələbələri ilə görüşlər davam etdirilmiş, onlarla söhbət aparılmış, Konstitusiya və Suverenliyin mahiyyəti, eyni zamanda məhkəmə hakimiyyəti və hakimlərin seçilməsi prosesi barədə geniş məlumat verilmişdir. Ardınca dəvət olunmuş gənclər Şamaxı Rayon Məhkəməsinin inzibati binası ilə tanış olmuş, onları maraqlandıran suallara cavab verilmişdir.

Sumqayıt Məhkəmə Kompleksində Konstitusiya Məhkəməsinin rəhbərliyinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”çərçi...
22/10/2025

Sumqayıt Məhkəmə Kompleksində Konstitusiya Məhkəməsinin rəhbərliyinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”çərçivəsində tədbir keçirilib
Xəbərlər

2025
Oct
17.10.2025

Oktyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Məhkəmə Kompleksində tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının nümayəndələri, Sumqayıt Apellyasiya Məhkəməsinin və yurisdiksiyasına daxil olan məhkəmələrin hakimləri, eləcə də gənc hüquqşünaslar iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Sumqayıt Məhkəmə Kompleksinin binası ilə tanış olublar.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev açılış nitqində qeyd edib ki, bu tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətçiliyimizin hüquqi əsaslarını, milli Konstitusiyamızın yaranma tarixini və bu sahədə əldə edilən nailiyyətləri bir daha nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi təminatını formalaşdıraraq ölkəmizin inkişafında dönüş nöqtəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində dövlət suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunub.

Daha sonra Konstitusiyanın hazırlanması prosesi və dövlət suverenliyimizin bərpasına dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qəbulu Ulu Öndər Heydər Əliyevin dövlətçilik iradəsinin və uzaqgörən siyasətinin təntənəsidir. Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilən bu ali hüquqi sənəd müstəqil dövlətçiliyimizin bünövrəsini möhkəmləndirib, insan hüquq və azadlıqlarının təminatına, demokratik cəmiyyətin qurulmasına hüquqi zəmin yaradıb. Sədr vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ideyalar yeni inkişaf mərhələsinə yüksəlib, həyata keçirilən islahatlar, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə və suverenliyimizin tam bərpası Konstitusiyamızın dayanıqlığının, Ulu Öndərin müəyyən etdiyi yolun və milli birliyimizin parlaq təcəssümüdür.

Sədr Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, həyata keçirilən hüquqi islahatların konstitusion əsasları, həmçinin Məhkəmənin qəbul etdiyi qərarların hüquq sisteminin inkişafında və qanunvericilik təcrübəsində rolu barədə ətraflı məlumat verib. Sədr qeyd edib ki, konstitusiya nəzarəti hüquqi dövlətin əsas atributlarından biri kimi insan hüquq və azadlıqlarının təminatı və müdafiəsində mühüm əhəmiyyət kəsb edir.

Fərhad Abdullayev, həmçinin, Sumqayıt Məhkəmə Kompleksində yaradılmış şəraitdən danışaraq bildirib ki, burada müasir məhkəmə sisteminin tələblərinə cavab verən infrastruktur qurulub, ədalət mühakiməsinin həyata keçirilməsi üçün bütün zəruri texniki və təşkilati imkanlar təmin olunub, hakim və məhkəmə personalı üçün müasir iş şəraiti yaradılıb, vətəndaşların rahatlığı, şəffaflıq və ədalət prinsipinin təmin edilməsi məqsədilə ən son innovativ həllər tətbiq olunub.

Çıxış edən digər tədbir iştirakçıları Konstitusiyanın hüquq sistemində ali qüvvəyə malik olmasını və məhkəmə fəaliyyətində konstitusion dəyərlərin tətbiqinin ədalət mühakiməsinin keyfiyyətinə birbaşa təsirini qeyd ediblər.

Tədbirdə iştirakçılar Konstitusiya Məhkəməsinin fəaliyyəti, qəbul etdiyi qərarların hüquq sistemində rolu və tətbiqi ilə bağlı suallar ünvanlayıb, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Sonda belə görüşlərin hüquq ictimaiyyəti, o cümlədən gənc hüquqşünaslar arasında konstitusion dəyərlərin təbliği, hüquqi biliklərin artırılması və məhkəmə sistemində peşəkar yanaşmanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

14/10/2025

Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ - International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.
Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində qurumun idarəetmə orqanlarına seçkilər keçiriləcək, müxtəlif dövlətlərin məhkəmə-hüquq sistemindəki vəziyyət, mövcud problemlər və müsbət təcrübələr müzakirə olunacaq. Həmçinin ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi ilə tanışlıq da nəzərdə tutulur.
Assambleyanın açılış mərasimində dünyanın 71 ölkəsindən 300-ə yaxın nümayəndə - hakimlər, vəkillər, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də tanınmış hüquqşünas-ekspertlər iştirak ediblər.
Qeyd edək ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas məqsədi dünyada məhkəmə hakimiyyətlərinin müstəqilliyinin qorunmasıdır. Hazırda təşkilat öz sıralarında 93 ölkənin hakimlər birliklərini birləşdirir və illik toplantılarını yalnız qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunduğu ölkələrdə keçirir.
Baş Assambleyanın 2025-ci ildə Bakıda keçirilməsi barədə qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində təşkilat üzvlərinin gizli səsverməsi yolu ilə qəbul edilib.
Assambleya çərçivəsində, həmçinin Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti vəzifəsinə seçkilərin keçirilməsi planlaşdırılır.

20/09/2025

20 Sentyabr - Dövlət Suverenliyi Günü

NOVRUZ BAYRAMINIZ MÜBARƏK.
20/03/2025

NOVRUZ BAYRAMINIZ MÜBARƏK.

xanımlar, gününüz mübarək!
08/03/2025

xanımlar, gününüz mübarək!

02/02/2025
Xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siya...
12/12/2024

Xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə ba...
14/07/2024

14 iyul - ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Heydər Əliyevin birinci katib seçilməsindən 55 il ötürHeydər ...
14/07/2024

Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Heydər Əliyevin birinci katib seçilməsindən 55 il ötür

Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir.

Address

Şamaxı Rayonu, Gənclər Küçəsi, 22
Küçəsi
AZ-5600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Şamaxı Rayon Məhkəməsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share