Kəlbəcər Rayon İcra Hakimiyyəti

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov Şəki rayonu, Qaratorpa...
05/06/2026

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov Şəki rayonu, Qaratorpaq kəndi, Qaratorpaq kənd ümumi orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.

Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışdır.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.
Qəbulda iştirak edən Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov ona ünvanlanan müraciətlərə qanunamüvafiq qaydada baxılacağını, qaldırılan məsələlərin səlahiyyətləri daxilində həllinə çalışacağını bildirib.

“İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir”mövzusunda  dəyirmi masa keçirilib.Kəlbəcər rayon İcra Hakimiyyətinin...
04/06/2026

“İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir”
mövzusunda dəyirmi masa keçirilib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının təmini dövlətin ali məqsədidir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, sektorun əməkdaşları, Kəlbəcər rayon Təhsil sektorunun əməkdaşları və Kəlbəcər rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, sektorun baş məsləhətçiləri Hikmət Şahmuradov, Faiq Kamranzadə, və Kəlbəcər rayon 3 nömrəli tam orta məktəbin tarix müəllimi Kamal Abdullayev çıxış edərək insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan huquq və azadlıqlarından,qanunun aliliyinin təmin edilməsindən, vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

İlham Əliyevin Çıxışı: Enerji əməkdaşlığının yeni üfüqləri...Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, dünyanın enerji...
02/06/2026

İlham Əliyevin Çıxışı: Enerji əməkdaşlığının yeni üfüqləri...
Bakı Enerji Həftəsi artıq uzun illərdir ki, dünyanın enerji gündəmini müəyyənləşdirən mühüm beynəlxalq platformalardan biri kimi tanınır. 2026-cı il iyunun 1-də keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə ölkəmizin enerji siyasətinin strateji istiqamətlərini və beynəlxalq əməkdaşlıq baxışını bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi qazandığı nüfuzu xüsusi vurğuladı. Bildirildi ki, ölkəmiz uzun illər ərzində həyata keçirdiyi uğurlu enerji layihələri sayəsində Avropa və Asiyanın enerji xəritəsində mühüm mövqeyə sahib olub. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq layihələr regionda iqtisadi əməkdaşlığın genişlənməsinə, enerji marşrutlarının şaxələndirilməsinə və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsinə əhəmiyyətli töhfələr verib.
Dövlət başçısı enerji sektorunda əldə olunan nailiyyətlərlə yanaşı, yaşıl enerji sahəsində görülən işlərdən də bəhs etdi. Qeyd olundu ki, Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olmaqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafını da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ölkənin enerji balansının daha da güclənməsinə və ekoloji dayanıqlılığın təmin edilməsinə xidmət edir.
Çıxışda beynəlxalq tərəfdaşlıq məsələlərinə də geniş yer ayrıldı. Prezident vurğuladı ki, enerji sahəsində uğurlar yalnız qarşılıqlı etimad, səmərəli əməkdaşlıq və uzunmüddətli strateji tərəfdaşlıq əsasında mümkün olur. Azərbaycan bu prinsiplərə sadiq qalaraq müxtəlif ölkələr və beynəlxalq şirkətlərlə əməkdaşlığını davam etdirir, yeni layihələrin reallaşdırılması üçün əlverişli mühit yaradır.
Bakı Enerji Həftəsi çərçivəsində verilən mesajlar göstərdi ki, Azərbaycan enerji siyasətində təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyan təşəbbüslərin fəal iştirakçısıdır. Prezident İlham Əliyevin çıxışı ölkənin enerji strategiyasının gələcək hədəflərini aydın şəkildə ortaya qoymaqla yanaşı, beynəlxalq əməkdaşlığın yeni üfüqlərini də müəyyənləşdirdi.
Bu gün Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, dayanıqlı inkişafı, yaşıl keçidi və beynəlxalq tərəfdaşlığı təşviq edən mühüm aktora çevrilib. Bakı Enerji Həftəsi isə bu uğurların nümayiş olunduğu və gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi nüfuzlu platforma kimi öz əhəmiyyətini daha da artırır.

AZƏR XANKİŞİYEV
KƏLBƏCƏR SMSİİ-NİN RƏİSİ

Prezident cənab  İlham Əliyev  Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək bildirib ki, Xəzər Neft və Q...
02/06/2026

Prezident cənab İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edərək bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu.Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.
“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.Dünya faydalı qazıntı olmadan yaşaya bilməz.Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!.
Hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.
Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.
Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir.Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə p*s məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı.
30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.
Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.
Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir.Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “ItalianaPetroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.
Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.
Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik.Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.
Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.
Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.
Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq;
Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.
Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır.

Nərmin Səfərova
Kəlbəcər rayon 4 nömrəli körpələr evi-uşaq baxçasının tərbiyəçisi, Yeni Azərbaycan Partiyasının üzvü

Enerji diplomatiyasından yaşıl enerjiyə: Bakı Enerji Həftəsində verilən mühüm mesajlar        Cari ilin iyun ayının 1-də...
02/06/2026

Enerji diplomatiyasından yaşıl enerjiyə: Bakı Enerji Həftəsində verilən mühüm mesajlar

Cari ilin iyun ayının 1-də Bakı şəhərində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinin əsas istiqamətləri, beynəlxalq əməkdaşlıq əlaqələri və gələcək inkişaf prioritetləri barədə əhatəli çıxış edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın enerji siyasətinin əsasında etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq prinsipləri dayanır. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz bu gün qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan dövlətlərdən birinə çevrilib.
Prezident İlham Əliyev qeyd edib ki, Bakı Enerji Həftəsinin təməlini təşkil edən Xəzər Neft və Qaz Sərgisi müstəqil Azərbaycanın enerji tarixində mühüm dönüş nöqtəsi olub. İllər ərzində bu platforma inkişaf edərək dünyanın nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri ölkənin strateji əhəmiyyətini artırmaqla yanaşı, regionun və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə də mühüm töhfələr verir. Bu gün Azərbaycan etibarlı neft və qaz təchizatçısı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb.
Çıxışda enerji sektorunda yeni dövrün prioritetləri kimi yaşıl enerji və enerji keçidi məsələlərinə xüsusi diqqət ayrılıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, zəngin bərpaolunan enerji potensialına da malikdir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr, xüsusilə Xəzər dənizinin külək enerjisi imkanlarından istifadə istiqamətində görülən işlər ölkənin yaşıl enerji mərkəzinə çevrilməsi məqsədinə xidmət edir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycan həm mövcud enerji resurslarından səmərəli istifadə edir, həm də alternativ enerji mənbələrinin inkişafını sürətləndirərək dayanıqlı inkişaf strategiyasını uğurla həyata keçirir.
Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın bundan sonra da enerji siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacağını vurğulayıb. Bildirilib ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ixrac imkanlarının genişləndirilməsi, yaşıl enerji layihələrinin reallaşdırılması və yeni tərəfdaşlıqların qurulması Azərbaycanın strateji hədəfləri sırasındadır. Bu istiqamətdə atılan addımlar ölkənin iqtisadi inkişafına, regional əməkdaşlığın güclənməsinə və beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir.
Beləliklə, nəticə etibarilə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji diplomatiyasının uğurlarını, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və yaşıl enerji sahəsindəki gələcək hədəflərini əks etdirən mühüm proqram xarakterli çıxış kimi yadda qalıb. Çıxışda səsləndirilən fikirlər Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərlə yanaşı, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi strateji inkişaf kursunu da aydın şəkildə ortaya qoyub.

Malik Mustafayev
Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP Kəlbəcər Rayon Təşkilatının 58 saylı ƏPT-nın sədri

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.Kəlbəcər rayon 4 nömrəli körpələr evi-uşaq bağçasında 1 İyun – ...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

Kəlbəcər rayon 4 nömrəli körpələr evi-uşaq bağçasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə bağçanın kollektivi, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə, Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov, YAP Kəlbəcər rayon təşkilatının məsləhətçisi Anar Əhmədov, Vətən Müharibəsi qazisi Elvin Hüseynov və şəhid İlham Fərzəliyevin qızı Nuranə Fərzəliyeva iştirak edib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndililib.
Çıxış edən natiqlər uşaqları təbrik edərək bildiriblər ki, uşaqlar bizim sevincimiz, fəxrimiz və sabahımızdır. Ulu Öndərimiz Heydər Əliyev hər zaman vurğulayırdı ki: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, dövlətimizin fəaliyyəti də ondan asılı olacaqdır.” Məhz Ümummilli Liderin əsasını qoyduğu uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ölkə başçımızın rəhbərliyi ilə uşaqların hüquqlarının qorunması, onların müasir standartlara uyğun təhsil və tərbiyə alması üçün hər bir şərait yaradılır.
Bu sahədə Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etməliyik. Mehriban xanımın uşaqlara olan sonsuz sevgisi, qayğısı, ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş Qarabağımızda və Şərqi Zəngəzurda yeni bağçaların, ən müasir məktəblərin inşası sahəsindəki fəaliyyəti hər bir azərbaycanlı uşağın daha xoşbəxt böyüməsinə xidmət edir. Bu gün Ağdamda, Füzulidə, Şuşada, Zəngilanda, Cəbrayılda və doğma Kəlbəcərimizdə tikilən, uşaqlarımızın ixtiyarına verilən o müasir təhsil ocaqları dövlətimizin gələcəyimizə verdiyi ən böyük töhfədir. Artıq o torpaqlarda uşaq gülüşləri, məktəb zənginin sədaları eşidilir!
Bu gün bizim uşaqlarımız tamamilə fərqli, başıuca və məğrur bir nəsil kimi böyüyürlər. Çünki onlar Müzəffər Azərbaycanın bəxtiyar uşaqlarıdırlar! 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Zəfər uşaqlarımızın gələcəyini tamamilə dəyişdi. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılan bu qələbə uşaqlarımıza qorxusuz, azad və dinc bir gələcək bəxş etdi. Bu gün fidanlarımız Qarabağ adlı böyük bir dastanın, şanlı bir tarixin varisləri olaraq böyüyürlər.
Daha sonra tədbir Kəlbəcər rayon 4 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı bədii hissə ilə davam edib.

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Hörmətli həmvətənlər!Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı mün...
27/05/2026

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı şəhər 347 nömrəli...
26/05/2026

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakı şəhər 347 nömrəli tam ümumtəhsil məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib.

Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev ,Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin düşmənə ağ bayraq qaldırtdıraraq qondarama dövlət qurumlarının ləğvinə, ərazi bütövlüyümüzün tam bərpasına səbəb olan lokal antiterror əməliyyatından, uğurla icra edən “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açmışdır.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırmışdır.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilmişdir.

Aqrar İnkişafa Yeni Baxış: Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Məsələlərinə Həsr Olunmuş Müşavirədə Çıxışı        ...
26/05/2026

Aqrar İnkişafa Yeni Baxış: Prezident İlham Əliyevin Kənd Təsərrüfatı Məsələlərinə Həsr Olunmuş Müşavirədə Çıxışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxış ölkənin aqrar siyasətinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm proqram xarakterli çıxışlardan biri kimi qiymətləndirilir. Dövlət başçısı çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatında strateji rolunu vurğulayaraq bu sahənin həm ərzaq təhlükəsizliyi, həm məşğulluq, həm də qeyri-neft sektorunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. Prezident bildirib ki, son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilmiş, fermerlərə dövlət dəstəyi artırılmış, subsidiyalar genişləndirilmiş və müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilmişdir. Dövlət başçısı vurğulamışdır ki, aqrar sektorun inkişafı yalnız iqtisadi məqsədlərə xidmət etmir, eyni zamanda regionların sosial rifahına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir.
Çıxış zamanı Prezident İlham Əliyev suvarma sistemlərinin yenilənməsi, torpaq resurslarından səmərəli istifadə və su ehtiyatlarının qorunması məsələlərinə xüsusi diqqət çəkmişdir. Qeyd edilmişdir ki, iqlim dəyişiklikləri və quraqlıq riskləri fonunda su ehtiyatlarının düzgün idarə olunması kənd təsərrüfatının dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. Bu məqsədlə yeni su anbarlarının tikintisi, meliorasiya layihələrinin genişləndirilməsi və müasir damcı suvarma sistemlərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Müşavirədə kənd təsərrüfatında innovasiyaların tətbiqi də geniş müzakirə olunmuşdur. Prezident qeyd etmişdir ki, rəqəmsal texnologiyaların, ağıllı kənd layihələrinin və müasir aqrotexniki metodların tətbiqi məhsuldarlığın artırılmasına, istehsal xərclərinin azaldılmasına və ixrac potensialının gücləndirilməsinə imkan yaradır. Dövlət başçısı aqroparkların fəaliyyətini yüksək qiymətləndirərək onların regionlarda müasir kənd təsərrüfatı modelinin formalaşmasına ciddi töhfə verdiyini bildirmişdir.
Prezident İlham Əliyev çıxışında işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına da toxunmuşdur. Bildirilmişdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin torpaq və su ehtiyatlarına malik olmaqla gələcəkdə ölkənin əsas aqrar mərkəzlərindən birinə çevriləcəkdir. Bu ərazilərdə ağıllı kənd konsepsiyasının tətbiqi, müasir fermer təsərrüfatlarının yaradılması və ekoloji təmiz məhsul istehsalının təşkili dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Çıxış zamanı fermerlərin problemlərinin operativ həlli, kənd təsərrüfatı texnikasına çıxış imkanlarının artırılması və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Prezident qeyd etmişdir ki, dövlət tərəfindən göstərilən dəstək tədbirləri daha da gücləndiriləcək və kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxış imkanları artırılacaqdır.
Müşavirədə həmçinin ərzaq təhlükəsizliyi məsələsi xüsusi vurğulanmışdır. Dövlət başçısı qeyd etmişdir ki, dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda hər bir ölkə öz ərzaq təminatını gücləndirməlidir. Azərbaycan da bu istiqamətdə daxili istehsalın artırılması, idxaldan asılılığın azaldılması və strateji məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəldilməsi siyasətini davam etdirir. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı bir daha göstərdi ki, aqrar sektor Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasında mühüm yer tutur. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, fermerlərə göstərilən dəstək və müasir texnologiyaların tətbiqi ölkənin kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.

Malik Mustafayev
Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP Kəlbəcər Rayon Təşkilatının 58 saylı ƏPT-nın sədri

Address

Kəlbəcər
Kälbäjär
AZ3200

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share