Cəlilabad rayonu Alar bələdiyyəsi

Cəlilabad rayonu Alar bələdiyyəsi Cəlilabad rayon Alar bələdiyyəsi

19/03/2026
03/02/2026
02/02/2026

Cəlilabad rayon Alar bələdiyyəsinin 2025-ci ilə aid
H E S A B A T I
“Bələdiyyənin statusu haqqında“ Azərbaycan Respublikası qanununun 52.2-ci maddəsinin 3-cü bəndinə əsasən hər ilin yanvar ayının 3-cü həftəsi ərzində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və mülkiyyətinin istifadəsi haqqında bələdiyyə üzvlərinə, ictimaiyyətə hesabat verilir.
Bildiririk ki, 2025-ci il də Alar bələdiyyəsinin 35 iclası keçirilmişdir. Keçirilən iclaslarda 1 nəfərə; Alar kənd sakini Uruşanova Sərafət Adış qızına 0,1192 ha həyətyanı torpaq sahəsinin satılması barədə son qərar ( 17.11.2025-ci il tarixli 28 nömrəli qərar) qəbul edilmışdir. Ümumilikdə hesabat dövrü ərzində bələdiyyəyə 27 məktub, 35 ərizə daxil olmuşdur. Müxtəlif məsələlərlə bağlı bələdiyyə sədri tərəfindən 47 vətəndaş qəbul edilmişdir. Müraciətlərin əsas mövzuları aşağıdakılardan ibarət olmuşdur:
1. Torpaq və əmlak məsələləri;
2. Sosial problemlər;
3. Kommunal xidmətlərlə bağlı müraciətlər.
Müraciətlərin əksəriyyəti qanunvericiliyə uyğun şəkildə müsbət həll edilmişdir.
İl ərzində bələdiyyə ərazisində abadlıq və kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə aşağıdakı işlər görülmüşdür:
1. Mütəmadi olaraq küçə və məhəllələrin təmizlənməsi. 2. Daxili yolların təmiri 3. Yaşıllaşdırma və ağacəkmə aksiyaları. 4. Küçə işıqlandırma sisteminin bərpası və yenilənməsi.
4. Məişət tullantılarının ərazidən daşınması işlərinin həyata keçirilməsi.
Onu da qeyd edirik ki, görülən işlər ərazinin ümumi görünüşünün və yaşayış şəraitinin yaxşılaşmasına müsbət təsir göstərmişdir.
Ələt-Astara magistral yolunun kəndin mərkəzindən keçən hissəsində hər iki kənarlarda zibil yeşikləri qoyulmuş və vaxtaşırı daşınmışdır.
Həmçinin, kəndin mərkəzi küçəsində müasir tələblərə cavab verən işıqlandırma sistemləri quraşdırılmışdır.
Alar kəndi ərazisində Alar bələdiyyəsi tərəfindən müasir tipli istirahət parkının salınmasına başlanmış, 2026-cı ilin mart ayında yekunlaşacağı və sakinlərin istifadəsinə veriləcəyi nəzərdə tutulmuşdur. Layihənin məqsədi kənd sakinlərinin asudə vaxtlarının daha səmərəli keçirməsi, uşaqlar üçün oyun zonalarının yaradılması və yaşıl ərazilərin artırılmasıdır. Parkda gəzinti yolları, oturacaqlar, uşaq oyun meydançaları, fəvvarə və sakinlərin bütün hava şəraitində istirahət etmələri üçün çardaqlar quraşdırılacaqdır.

Alar kəndinin daxili küçələrinin 3,5 kilometrlik asfalt örtüyü təmir edilmiş, kənddaxili yolara qum-çınqıl tökülərək vaxtaşırı bərpa işləri aparılmışdır.
Qeyd edirik ki, hesabat dövrü ərzində bələdiyyə büdcəsinə 81134 manat vəsait daxil olmuşdur.
01.01.2025-ci ilə 7694 manat qalıq qalmışdır. Ümumilikdə isə büdcə aşağıdakı mənbələrdən formalaşmışdır.
Torpaq vergisindən 26586 manat, əmlak vergisindən 5706 manat, icarə haqqından 31625 manat, torpaq alqı-satqısından 2523 manat vəsait büdcəyə daxil edilmişdir. Bundan əlavə dövlət büdcəsindən 7000 manat dotasiya bələdiyyənin hesabına daxil olmuşdur.
Beləliklə 2025-ci ildə Alar bələdiyyəsinin hesabına cəmi 81134 manat vəsait daxil olmuşdur.
Daxil olmuş vəsait aşağıdakı istiqamətlərə xərclənmişdir:
1. Bələdiyyənin hesabına daxil olmuş vəsaitin 20657 manatı bələdiyyə qulluqçularının əmək haqqına;
2. Dövlət Sosial Müdafiə Fonduna işçilərin əmək haqqından tutulmuş 3% və 10% əmək haqqı üstəliyi 22% və 15% - 10614 manat;
3. 2024-cü il bələdiyyə sənədlərinin yoxlanılmasına görə “LC Audit MMC” audit xidmət haqqına- 1100 manat;
4. Kənd Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqına 420 manat;
5. Cəlilabad Poçt filialına xidmət haqqı - 989 manat;
6. “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Səs“, “Bakinskiy raboçi” qəzetlərinə abunə haqqı və kitabların alınması üçün ödənilən vəsait- 690 manat;
7. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) 3% xidmət haqqı- 2420 mant;
8. Alar kəndinin daxili yolların asfalt örtüyün təmirinə- 10300 manat və küçələrin qum- çınqıl ilə təmirinə isə 5100 manat, cəmi -15400 manat;
9 .Ələt-Astara magistral yolunun kəndin mərkəzindən keçən hissəsində küçə işıqlandırma sisteminin quraşdırılmasına - 7358 manat;
10. Bələdiyyə qulluqçularının Həmkarlar İttifaqına üzvlük haqqı - 373 manat;
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə çıxarış almaq üşün xidmət haqqı və dövlət rüsumu- 1028 manat;
12. Dəftərxana xərclərinə, “Kanon”MF printer və “ ACER” kompüterin alınması üçün- 1980 manat;
13. “RB GROUP” MMC-yə torpaqların qiymətləndirilməsi üçün xidmət haqqı -1440 manat;

16. 01 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ətraf mühitin mühafizəsi məqsədilə 100 manat;
17. Əmlak Məsələləri Dövlət Xidmətinə Alar bələdiyyəsinin inzibati binasının icarə haqqı - 93 manat;

18.Ələt-Astara magistral yolunun Alar kəndinin mərkəzindən keçən hissəsində Alar bələdiyyəsi tərəfindən quraşdırılmış küçə işıqlandırma sisteminin sərfiyyat elektrik enerjisi haqqının ödənişi üçün - 600 manat;
Alar bələdiyyəsi 2025-ci idə bələdiyyə büdcəsindən cəmi 65262 manat vəsait xərcləmişdir. Onu da xüsusilə qeyd etmək istərdik ki, bu vəsaitlərin xərclənməsi zamanı şəffaf münasibətlər daim ön planda saxlanılmış, aidiyyatı üzrə sərf edilən vəsaitlər üzrə müvafiq işlərin keyfiyyətlə yerinə yetirilməsi də nəzərə alınmaqla maksimum həssaslıq və qənaətlər həyata keçirilmişdir. Məhz, bu baxımdan 01.01.2026-cı il tarixə Alar bələdiyyəsinin büdcə üzrə qalıq məbləği 15872 manat təşkil etmişdir. Xatırladırıq ki, “Ölkə üzrə kənd bələdiyyələrinin 2024-cü ilə nisbətən 2025-ci ildəki vergi daxilolmaları” üçün statistik göstəricilərə əsasən Alar bələdiyyəsi Respublikamız üzrə uğurlu nəticə əldə edərək 22-ci yerdə qərarlaşmışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizin dinamik inkişafı yolundakı çalışmaları, məhz, bu müsbət keyfiyyətlər fonunda Respublikamızdakı ictimai-siyasi sabitlik, iqtisadi inkişaf və demokratik şərait, habelə ölkəmizdə fəaliyyət göstərən bütün bələdiyyələrə göstərilən böyük qayğı və diqqət Cəlilabad rayonunun Alar bələdiyyəsinin də çevik idarəetmə qurumuna çevrilməsi, həmçinin, qanunvericiliyimizin tələbləri əsasında həyata keçirilən fəaliyyətlərində böyük uğurun əldə edilməsinə münbit şərait yaratmışdır. Bütün bunlar isə bələdiyyə sahəsində çalışan bütün əməkdaşlarımızın məsuliyyətini, işgüzarlığını artırararaq onların böyük inamla uğura doğru məqsədyönlü fəaliyyət göstərmələrinə səbəb olmuşdur.
2025-ci ilə şamil olunan hesabatımızda yekun olaraq qeyd edirik ki, ərazimizdə yaşayan sakinlərimizin problemlərini öyrənmək, onlara lazımı qayğının, diqqətin göstərilməsi, həmçinin, ərazimizdə abadlıq-quruculuq istiqamətindəki səylərimizi artırmaq meyarları daim diqqət mərkəzimizdədir və ümidvarıq ki, sakinlərimizin dəstəyi, qarşılıqlı inam və sədaqətli xidmət yolundakı fəaliyyətimizi daha da genişləndirərək bu şərəfli missiyamızı uğurla davam etdirəcəyik.

01/02/2026

1. Gender Bərabərliyi Nədir?
İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bu o demək deyil ki, hər iki cins eynidir, bu, daha çox “hər ikisi eyni hüquqa və ləyaqətə malikdir” deməkdir. Bərabərlik olan yerdə:
- Hər kəsin qərarvermə prosesində səsi eşidilir.
- Təhsil və iş imkanları cinsiyyətə görə deyil, bacarığa görə təqdim olunur.
2. Gender Zorakılığı Nədir?
Şəxsə qarşı yalnız cinsiyyətinə görə edilən hər hansı fiziki, psixoloji, cinsi və ya iqtisadi təzyiqdir. Bu, sadəcə fərdi problem deyil, cəmiyyətin inkişafını ləngidən ağır bir maneədir.
2. Bələdiyyənin Rolu Nədir?
Bələdiyyə sakinlərinə ən yaxın qurumdur. Bizim hədəfimiz sadəcə yolların təmiri və abadlıq deyil, həm də təhlükəsiz və ədalətli yaşayış mühiti yaratmaqdır.
Göytəpə bələdiyyəsi olaraq biz: Qadınların yerli layihələrdə və sahibkarlıqda iştirakını dəstəkləyirik.
Maarifləndirici görüşlər keçirərək hər bir sakinin hüquqlarını qoruyuruq.
Unutmayın! Gender bərabərliyi təmin olunan cəmiyyətdə zorakılığa yer yoxdur.
Gender bərabərliyi mədəniyyətinin təbliği, cəmiyyətdə qadın və kişilərin bərabər hüquq və imkanlara malik olması barədə məlumatlılığın artırılması, gender stereotiplərinin aradan qaldırılması və qanunvericiliyin tələblərinin təşviqi məqsədi daşıyır.
Bu, təlimlər, maarifləndirici kampaniyalar və dövlət vəzifələri vasitəsilə həm iş yerlərində, həm də sosial həyatda bərabərliyin təmin edilməsinə yönəlib.
Gender bərabərliyi mədəniyyətinin təbliği çərçivəsində atılan əsas addımlar:
Maarifləndirmə və təlimlər: Dövlət qurumları və təşkilatlarda işçilər üçün gender bərabərliyi, qadın və kişilərin bərabər hüquqları mövzusunda təlimlərin təşkili.
Stereotiplərin qırılması: Cəmiyyətdəki ənənəvi və mənfi gender stereotiplərinin (məsələn, "qadın işi", "kişi işi" bölgüsü) təbliğat yolu ilə aradan qaldırılması.
Hüquqi maarifləndirmə: Gender bərabərliyinin təminatları haqqında qanunvericiliyin ictimaiyyətə çatdırılması.
Bərabər imkanların yaradılması: Təhsil, məşğulluq və qərarvermə proseslərində hər iki cinsin nümayəndələrinin bərabər iştirakının təşviqi.
Bu fəaliyyətlərin məqsədi, cəmiyyətin bütün sahələrində gender bərabərliyini bir mədəniyyət norması kimi formalaşdırmaqdır.

28/01/2026

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 2026-ci ilin fevral ayında keçirəcəyi səyyar qəbulların qrafiki

Address

Alar Kəndi
Jälilabad
1512

Website

Alerts

Be the first to know and let us send you an email when Cəlilabad rayonu Alar bələdiyyəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category