Kəlbəcər rayon 28 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 28 nömrəli tam orta məktəb Kəlbəcər rayon 28 nömrəli tam orta məktəb - Azərbaycan Respublikasının Goranboy rayonunda ümumi təhsil müəssisəsi

🇦🇿 Məktəbimizdə 28 May - Müstəqillik Günü böyük qürurla qeyd olundu!
26/05/2026

🇦🇿 Məktəbimizdə 28 May - Müstəqillik Günü böyük qürurla qeyd olundu!

25 may 2026-cı il tarixdə məktəbimizdə yuxarı sinif şagirdlərinin iştirakı ilə "İnsan hüquqlarının müdafiəsi" mövzusunda...
26/05/2026

25 may 2026-cı il tarixdə məktəbimizdə yuxarı sinif şagirdlərinin iştirakı ilə "İnsan hüquqlarının müdafiəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
​Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin hüquqi biliklərini artırmaq, onları fundamental insan hüquqları və azadlıqları, həmçinin uşaq hüquqları barədə məlumatlandırmaqdan ibarət olmuşdur.

22 aprel 2026-cı il tarixdə Kəlbəcər rayonu Polis Şöbəsinin əməkdaşları məktəbimizin yuxarı sinif şagirdləri ilə ​"Gəncl...
20/05/2026

22 aprel 2026-cı il tarixdə Kəlbəcər rayonu Polis Şöbəsinin əməkdaşları məktəbimizin yuxarı sinif şagirdləri ilə ​"Gəncliyimizi narkomaniyadan qoruyaq" mövzusunda maarifləndirici görüş keçirdilər.

18.05.2026-cı il tarixdə məktəbin 5-8-ci sinif şagirdlərilə Milli Kosmik Poçt Kartı Müsabiqəsi (National Space Poster/Po...
19/05/2026

18.05.2026-cı il tarixdə məktəbin 5-8-ci sinif şagirdlərilə Milli Kosmik Poçt Kartı Müsabiqəsi (National Space Poster/Postcard Contest) barədə maraqlı, interaktiv və ruhlandırıcı bir tədbir təşkil etdik. Belə bir tədbir şagirdlərin həm yaradıcılıq potensialını üzə çıxarır, həm də onlarda astronomiya və kosmos sahəsinə maraq oyadır. Tədbirdə məktəbin coğrafiya müəllimi Nuridə müəllimə Poçt Kart müsabiqəsi barədə şagirdlərə məlumat verdi.

16/05/2026

📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat

🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!

16 may 2026-cı il tarixdə hərbi hazırlıq fənni çərçivəsində məktəbimizdə şagirdlərin iştirakı ilə maarifləndirmə tədbiri...
16/05/2026

16 may 2026-cı il tarixdə hərbi hazırlıq fənni çərçivəsində məktəbimizdə şagirdlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə şagirdlərə "mygov" platformasının imkanları, xüsusilə gənclərin hərbi xidmətə çağırış, qeydiyyat və digər elektron arayışların rəqəmsal qaydada əldə edilməsi mövzusunda ətraflı məlumat verildi."

10/05/2026

Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.

10/05/2026
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə şagirdlərin muzey ziyarətini təşkil etmək həm tərbiyəvi, h...
08/05/2026

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə şagirdlərin muzey ziyarətini təşkil etmək həm tərbiyəvi, həm də maarifləndirici baxımdan çox əhəmiyyətlidir.
​​Şagirdlər Ulu Öndərin həyat yolu və dövlətçilik fəaliyyəti ilə yaxından tanış oldular.

Address

Yeni Qəsəbə
Goranboy

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 28 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəlbəcər rayon 28 nömrəli tam orta məktəb:

Share