Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru

Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, Government Organization, Goranboy şəhəri, H. Əliyev Prospekti 27, Geran'boy.

Goranboy - Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində 62 tam orta, 11 ümumi orta, 7 ibtidai məktəb, 3 məktəbdənkənar təhsil müəssisəsi və 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 6 mərkəzdə Lütfi Zadə adına riyaziyyat...
02/03/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 6 mərkəzdə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələri keçirilib.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, Fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunub. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak ediblər.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Qeyd edək ki, Fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansı əldə edirlər.

Şagirdlərimizə uğurlar arzulayırıq!

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bütün  ümumi təhsil müəssisələrində "S...
27/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik" ayı çərçivəsində yarışlar, seminarlar,maarifləndirmə xarakteri daşıyan görüşlər və tədbirlərin keçirilməsi mütəmadi olaraq davam etdirilir. Goranboy -Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin səhər gimnastikası keçirilib.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bütün  ümumi təhsil müəssisələrində "S...
27/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik " ayı çərçivəsində tədbirlərin, görüşlərin və yarışların keçirilməsi mütəmadi olaraq davam etdirilir. "Sağlamlıq və Təhlükəsizlik " ayı ilə əlaqədar Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə direktor Fuad Zamanov, məktəbin digər rəhbər işçiləri və müəllimlərin iştirakı ilə valideynlərlə görüş keçirilib.

27/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik" ayı çərçivəsində tədbirlərin, yarışların və maarifləndirici seminarların keçirilməsi davam edir. "Sağlamlıq və Təhlükəsizlik" ayı ilə əlaqədar olaraq Goranboy rayon Kəhrizli kənd R.Əliyev adına tam orta məktəbin şagirdləri arasında "zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirilib.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlı...
27/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik" ayı ilə əlaqədar tədbirlərin və yarışların keçirilməsi mütəmadi olaraq davam etdirilir. "Sağlmalıq və Təhlükəsizlik" ayı çərçivəsində Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında " sürətli qaçış" adlı yarış keçirilib.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlı...
27/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik" ayı ilə əlaqədar tədbirlərin və yarışların keçirilməsi mütəmadi olaraq davam etdirilir. "Sağlamlıq və təhlükəsizlik" ayı ilə əlaqədar olaraq Goranboy rayon Şadılı kənd R.Cabbarov adına tam orta məktəbin şagirdləri arasında " şən startlar" adlı yarış keçirilib.

Goranboy -Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlaml...
27/02/2025

Goranboy -Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Sağlamlıq və Təhlükəsizlik" ayı ilə əlaqədar tədbirlərin və şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsi davam edir. Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbdə kimya dərsində zərərli və hazır qidalarla bağlı tədqiqat işlərinin aparılması ilə əlaqədar şagirdlər arasında maarifləndirici tədbir keçirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində " sağlamlıq və təh...
27/02/2025

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində " sağlamlıq və təhlükəsizlik" ayı çərçivəsində tədbirlər keçirilməkdə davam edir. Goranboy -Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən Eyvazlılar kənd ümumi orta məktəbində şagirdlər arasında "Sağlamlıq və Təhlükəsizlik" ayı ilə əlaqədar dama yarışı keçirilib.

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə  Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun...
26/02/2025

Goranboy rayon Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəbdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Əli Cəfərov, təhsil sektorunun digər əməkdaşları, Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rüstəm Məmmədov və şəhid ailələrinin iştirakı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir zamanı şagirdlər tərəfindən Xocalı soyqırımına aid səhnəciklər, şeir kompozisyaları nümayiş etdirilib və tədbir iştirakçıları üçün Xocalı soyqırımına aid qısametrajlı film təqdim edilib.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Əli Cəfərov, sektorun digər əməkdaşları və Goranboy Rayon İcra...
24/02/2025

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Əli Cəfərov, sektorun digər əməkdaşları və Goranboy Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rüstəm Məmmədovun iştirakı ilə, 24.02.2025-ci il tarixində Goranboy rayon Şadılı kənd Rauf Cabbarov adına tam orta məktəbdə Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 21.02.2025-ci il tarixində Goranboy-Naftalan rayonları ü...
23/02/2025

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 21.02.2025-ci il tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun təşkilatçılığı ilə VIII-XI sinif şagirdləri arasında basketbol üzrə oğlanlar və qızlar ayrı-ayrılıqda olmaqla rayon turniri keçirilib. Yarışda oğlanlar arasında Alpoud kənd Ə.İsgəndərov adına tam orta məktəbin şagirdləri, qızlar arasında isə Goranboy şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri 1-ci yerə layiq görülüblər.

Natalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Fevral ayının "Sağlamlıq və təhlükəsizlik ayı" elan edilməsi il...
13/02/2025

Natalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Fevral ayının "Sağlamlıq və təhlükəsizlik ayı" elan edilməsi ilə bağlı dəyirmi masa təşkil edilib.

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması, onların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevral ayı sağlamlıq və təhlükəsizlik ayı elan olunub.

Tədbirlər Planına uyğun olaraq növbəti günlərdə sağlam qidalanma,sağlam həyat tərzi,zərərli vərdişlərə qarşı mübarizə,təhlükəsizlik və sair tədbirlər davam etdiriləcək.

Address

Goranboy şəhəri, H. Əliyev Prospekti 27
Geran'boy
AZ2200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru:

Share