Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta məktəb

Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta məktəb Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta məktəbi

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Pakistan işğal dövründə Azərbaycana ...
18/06/2023

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir.
Pakistan işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir.Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır.Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır.44 günlük müharibə dövründə Türkiyə və Pakistan bizimlə bir yerdə idi.Artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq.Birgə ticarətin həcmi artacaqdır. Bu istiqamətdə anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır.Təhsil sahəsində əməkdaşlığın böyük potensialı var. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin önəmli mesajları-“Əməkdaşlıq əlaqələrimizdə qarşılıqlı anlaşma hökm sürür, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə mövqelərimiz üst-üstə düşür”, “Pakistan və Azərbaycan iki qardaş xalqdır”, “Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, “Pakistan xalqı Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq”, “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir”, “Azərbaycanın Ordusu çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir”. “Pakistan Ermənistanla diplomatik münasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimizdir”, “Biz bu regionda sülhü təşviq edirik ki, xalqlarımızın mənafelərini qoruya bilək”.
, ,

Bu gün məktəbimizdə, 2021-2022 ci tədris ilinin ilk Pedaqoji şura iclası, pandemiya qaydalarına əsasən açıq  havada keçi...
15/09/2021

Bu gün məktəbimizdə, 2021-2022 ci tədris ilinin ilk Pedaqoji şura iclası, pandemiya qaydalarına əsasən açıq havada keçirildi. Bütün müəllimlərə və şagirdlərə yeni dərs ilində uğurlar arzu edirik.

Address

Geran'boy
[email protected]

Telephone

+994222467340

Website

Alerts

Be the first to know and let us send you an email when Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Goranboy rayon Baxçakürd kənd T.Abbasov adına tam orta məktəb:

Share

Category