Kəlbəcər rayon 5 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 5 nömrəli tam orta məktəb Kəlbəcər rayon 5 nömrəli tam orta məktəb - Azərbaycan Respublikasının Gəncə şəhərind?

İbtidai siniflər arasında keçirilən şahmat oyunu!
18/03/2026

İbtidai siniflər arasında keçirilən şahmat oyunu!

İdman həftəsi çərçivəsində "Ən sürətli şagird qaçış yarışı".
12/03/2026

İdman həftəsi çərçivəsində "Ən sürətli şagird qaçış yarışı".

İdman həftəsi çərçivəsində görülən işlər:"Səhər gimnastikası".
12/03/2026

İdman həftəsi çərçivəsində görülən işlər:"Səhər gimnastikası".

İdman həftəsi çərçivəsində görülən işlərdən:"Esse yazı".
12/03/2026

İdman həftəsi çərçivəsində görülən işlərdən:"Esse yazı".

İdman həftəsi çərçivəsində görülən işlərdən "Qol güləşi".
12/03/2026

İdman həftəsi çərçivəsində görülən işlərdən "Qol güləşi".

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Bakı ilə Vaşinqton arasında dialoqda həlledici strateji add...
12/02/2026

Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Bakı ilə Vaşinqton arasında dialoqda həlledici strateji addım sayılır

Azərbaycan-Amerika münasibətləri son zamanlar dinamik şəkildə inkişaf etməyə başlayıb. Bu inkişafın əsas səbəblərindən biri odur ki, artıq Amerika siyasətində Azərbaycana münasibətdə real dəyişikliklər hiss olunur. Görünən odur ki, Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanla daha praqmatik və uzaqgörən bir siyasət aparmaq niyyətindədir. Bu yanaşma da təsadüfi deyil, çünki iki ölkə arasında münasibətlər strateji maraqlara əsaslanır.
Bu gün Cənubi Qafqazda yeni dönəm başlayır. Aparıcı ölkəsi olduğumuz bu bölgənin geosiyasi reallıqları artıq kökündən dəyişir və ABŞ-la sıx müttəfiqlik, strateji tərəfdaşlıq faktoru önə çıxır. Məhz buna görə də dünyanın bir nömrəli supergücü sayılan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri regionda böyük maraqları olan digər güclər tərəfindən xüsusi diqqətlə izlənilir. Çünki qlobal siyasətin əsas aktoru olan ABŞ-ın ikinci şəxsinin İrəvan və Bakıya səfəri sadəcə 8 avqust razılaşmalarının icrası prosesi ilə tanış olmaq və "TRIPP Marşrutu"nun gerçəkləşdirilməsini sürətləndirmək baxımından deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcək taleyini yenidən şəkilləndirmək baxımından böyük önəm daşıyır.Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması Azərbaycan-ABŞ münasibətlərində tarixi dönüş nöqtəsidir. Belə bir mühüm strateji sənədin imzalanması onu göstərir ki, bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır. Birləşmiş Ştatlarla Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri Cənubi Qafqazda sülhün bərqərar olması üçün olduqca vacibdir.
Azərbaycanla Amerika Birləşmiş Ştatları uzun müddətdir ki, çoxşaxəli müstəvidə sıx əməkdaşlıq edirdilər. Lakin bu münasibətlər heç də həmişə normal və maneəsiz olmayıb. Xüsusən də qlobalist dairələrin maraqlarına xidmət edən Bayden-Blinken administrasiyası Azərbaycana qarşı açıq şəkildə ədalətsiz münasibəti ilə yadda qalıb. Lakin Donald Trampın ikinci dəfə prezident seçilməsindən sonra ABŞ-Azərbaycan münasibətləri müsbətə doğru kökündən dəyişib. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında məhz bu məqama toxunaraq Azərbaycanla ABŞ arasında yeni səhifələrin açıldığını vurğuladı və Prezident Donald Tramp ilə Prezident İlham Əliyevin sayəsində əlaqələrimizin çox inkişaf edəcəyini bildirdi.
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Bakı ilə Vaşinqton arasında dialoqda həlledici strateji addım sayılır. Prezident İlham Əliyev Cey Di Vens ilə mətbuata birgə bəyanatında bu addımın mahiyyətinə toxunaraq bildirdi ki, bizim üçün böyük şərəfdir ki, strateji tərəfdaşlığımızı dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatları ilə qururuq. Sözügedən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması heç şübhəsiz ki, Azərbaycanın regional və qlobal rolunun güclənməsinə ciddi təkan verəcək. Bu sənəddə yer alan müddəaların gerçəkləşməsi Azərbaycanın bütün Avrasiyanın enerji və logistika sistemində həlledici söz sahibi statusunu daha da möhkəmləndirəcək. Vensin Bakıya səfərinin gündəliyi və eləcə də Strateji Xartiyanın imzalanması Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini bir daha təsdiqləyir və ölkəmizin qlobal nəqliyyat, enerji və informasiya dəhlizləri ilə bağlı gələcək baxışını ortaya qoyur. Beləliklə, Azərbaycan regionun açar ölkəsi kimi ABŞ-ın qlobal tərəfdaşı səviyyəsinə yüksəlir. ABŞ rəhbərliyi Azərbaycanın Orta Dəhlizin və bu dəhlizin ən önəmli tərkib hissəsi olan "TRIPP marşrutu"nun aparıcı subyekti olduğunu və ümumən, regional dəhlizlərdə mərkəzi mövqeyə sahib olduğunu qəbul edir. ABŞ-la Azərbaycan arasında imzalanan Strateji Xartiya Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırır və eyni zamanda, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu ön plana çıxarır. Bu isə öz növbəsində Azərbaycanın yeni beynəlxalq münasibətlər düzənində əsas aktorlardan birinə çevrilməsinə yol açır.
İmzalanmış Strateji Xartiya həmçinin ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcını qoyur. Azərbaycan–ABŞ münasibətləri çoxşaxəlidir və bizim əlaqələrimiz sülh, təhlükəsizlik, texnologiya, iqtisadi əməkdaşlıq və humanitar sahələrdə bir-birini tamamlayır. Bundan sonra təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq daha da genişlənəcək. Azərbaycan regional və qlobal təhlükəsizliyin əsas təminatçılarından birinə çevriləcək və yeni beynəlxalq koalisiyalarda (xüsusən də Sülh Şurasında) fəal rol oynayacaq. Bu sənəd həm ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə, həm də regionda və dünyada sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Bakı ilə Vaşinqtonun çoxvektorlu əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin təsdiqi kimi iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası qarşılıqlı-faydalı əməkdaşlıq sahələrinin əhatə dairəsini daha da genişləndirir. Prezident İlham Əliyev də Cey Di Vens ilə mətbuata birgə bəyanatında məhz bu amili nəzərdə tutaraq bildirdi ki, biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq, eləcə də süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir, bu sahədə Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr də var. Eyni zamanda, kibertəhlükəsizlik, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Sənəddə regional bağlantı və təhlükəsizlik məsələləri ilə yanaşı, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb. Əməkdaşlıq sahələrinin əhatə dairəsinin bu qədər genişliyi onu göstərir ki, ABŞ-ın hazırkı administrasiyası regionda əsas əməkdaşlıq tərəfi kimi məhz Azərbaycanı seçib. Bu, ədalətli seçimdir və Azərbaycan diplomatiyasının qələbəsidir. Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığa tam hazırdır. Təsadüfi deyil ki, ötən ilin avqustunda Vaşinqtonda dövlət başçılarının iradəsi sayəsində münasibətlərin daha dinamik inkişafına münbit zəmin yaranıb. Bunu Prezident İlham Əliyev də ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuata bəyanatında vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Beləliklə ,qeyd edə bilərik ki, Prezident Donald Trampın vasitəçiliyi ilə regionda sülh prosesinə verilən dəstək Azərbaycanla Ermənistan arasında sülhü daha da yaxınlaşdırıb. Strateji Xartiyanı imzalamaqla Bakı və Vaşinqton davamlı sülhün təmininə töhfə vermək öhdəliklərini bir daha təsdiqləmiş oldular. Beləliklə, Ağ Evin hazırkı rəhbərliyi regionda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın həlledici rolunu birmənalı olaraq qəbul edir. Məhz buna görə də Cey Di Vens 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanmasına görə Prezident Əliyevə xüsusi təşəkkür etdi. Vensin təşəkkürü İlham Əliyevin sülh diplomatiyasının uğurluluğunun təsdiqidir.

Malik Mustafayev
Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP Kəlbəcər Rayon Təşkilatının 58 saylı ƏPT-nın sədri

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi ...
12/02/2026

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirib ki, Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq.Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.
Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı ööyrənirik. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir.Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.
Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir.Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.
Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.
Nərmin Səfərova
Kəlbəcər rayon 4 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi.
Yeni Azərbaycan Partiyasının üzvü.

4-cü və 6-cı sinif şagirdlərimiz "Monitorinq" imtahanına hazırlaşır.
23/01/2026

4-cü və 6-cı sinif şagirdlərimiz "Monitorinq" imtahanına hazırlaşır.

30/12/2025

Məktəbimizin Yeni il şənliyindən.

"Ailə dəyərlərinin təbliği,sağlam həyat tərzi,zərərli vərdişlərə yox deyək,narkomaniyaya yox deyək,reproduktiv saǧlamlıq...
22/12/2025

"Ailə dəyərlərinin təbliği,sağlam həyat tərzi,zərərli vərdişlərə yox deyək,narkomaniyaya yox deyək,reproduktiv saǧlamlıq,erkən nikaha qarşı mübarizə,gender bərabərliyi."mövzusunda məktəbimizin biologiya müəllimi Aygün Alışanovanın keçirdiyi tədbirdən.

07/11/2025
"Uşaq Hüquqları Aylığı "çərçivəsində məktəbimizdə keçirilən tədbirdən.
31/10/2025

"Uşaq Hüquqları Aylığı "çərçivəsində məktəbimizdə keçirilən tədbirdən.

Address

Gülüstan Qəsəbəsi ADAU-6 ətrafı
Gandza

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 5 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kəlbəcər rayon 5 nömrəli tam orta məktəb:

Share