Kəlbəcər rayon 58 nömrəli tam orta məktəb

Kəlbəcər rayon 58 nömrəli tam orta məktəb Kəlbəcər rayonu 58 nömrəli tam orta ümumtəhsil məktəbi - Azərbaycan Respublikasının Göygöl rayonunda ümumi təhsil müəssisəsi

17/04/2026
Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli...
31/03/2026

Azərbaycanlılara qarşı törədilmiş soyqırımından 108 il ötür. 🥀

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanına əsasən, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.

Məktəbdə Həyat bilgisi dərsində şagirdlərlə sağlamlıq, təhlükəsizlik və zərərli vərdişlərdən qorunma mövzusunda praktik ...
18/03/2026

Məktəbdə Həyat bilgisi dərsində şagirdlərlə sağlamlıq, təhlükəsizlik və zərərli vərdişlərdən qorunma mövzusunda praktik məşğələ keçirildi. Məşğələ zamanı şagirdlər sağlam qidalanma, şəxsi gigiyena qaydaları, gündəlik rejimin əhəmiyyəti barədə məlumatlandırıldı. Təhlükəsizlik qaydaları çərçivəsində yol hərəkəti, məktəbdaxili davranış və fövqəladə hallarda düzgün davranış yolları izah edildi.
Eyni zamanda zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri müzakirə olundu, şagirdlər bu kimi hallardan uzaq durmağın vacibliyini praktiki nümunələr əsasında öyrəndilər. Məşğələ interaktiv formada təşkil edilərək şagirdlərin mövzuya marağı və fəallığı artırıldı.

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱
17/03/2026

Torpaq çərşənbəsi yurdumuza gözəl günlər, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! 🌱

Bu gün məktəbimizdə qarşıdan gələn Novruz bayramı münasibətilə ibtidai sinif şagirdləri üçün maraqlı və yaradıcı fəaliyy...
16/03/2026

Bu gün məktəbimizdə qarşıdan gələn Novruz bayramı münasibətilə ibtidai sinif şagirdləri üçün maraqlı və yaradıcı fəaliyyət təşkil olundu. Şagirdlər Novruz bayramının atributlarını əks etdirən müxtəlif şəkillərin yer aldığı kağızları böyük həvəslə rənglədilər. Səməni, tonqal, xonça, yumurta və digər Novruz rəmzlərini təsvir edən şəkilləri rəngləyən uşaqlar həm bayramın ab-havasını hiss etdilər, həm də yaradıcılıq qabiliyyətlərini nümayiş etdirdilər.

Bu fəaliyyət şagirdlərdə milli adət-ənənələrimizə sevgi və marağın artırılması, Novruz bayramının mahiyyəti barədə onların daha dolğun məlumat əldə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Balacalar böyük həvəslə iştirak edərək bayram sevincini bölüşdülər və ortaya bir-birindən rəngarəng, gözəl işlər qoydular.

Belə tədbirlər şagirdlərin həm yaradıcılıq bacarıqlarının inkişafına, həm də milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasına xidmət edir. 🌸🌿🔥

Bu gün məktəbimizdə 6-cı sinif şagirdlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə Azərbaycan dili, riyaz...
16/03/2026

Bu gün məktəbimizdə 6-cı sinif şagirdlərinin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə Azərbaycan dili, riyaziyyat və təbiət fənləri üzrə növbəti monitorinq təşkil edildi. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin fənlər üzrə əldə etdikləri bilik səviyyəsini müəyyənləşdirmək, mövcud nəticələri təhlil etmək və tədrisin keyfiyyətinin daha da artırılması üçün müvafiq tədbirlərin görülməsinə imkan yaratmaqdır.

Monitorinq zamanı şagirdlərə müvafiq proqram mövzularını əhatə edən suallar təqdim olundu və onların bilikləri obyektiv şəkildə yoxlanıldı. Nəticələr təhlil edilərək müəllimlər tərəfindən şagirdlərin güclü və inkişaf etdirilməsi zəruri olan tərəfləri müəyyən ediləcəkdir.

Bu cür qiymətləndirmələr tədris prosesinin daha səmərəli təşkilinə, şagirdlərin fənlərə marağının artırılmasına və onların gələcək nailiyyətlərinin daha da yüksəldilməsinə xidmət edir. Məktəb rəhbərliyi və müəllim kollektivi şagirdlərin uğurlu nəticələr əldə etməsi üçün bundan sonra da sistemli şəkildə monitorinq və qiymətləndirmə tədbirlərini davam etdirəcəkdir.

İdman həftəsi keçirilib 02–07 mart 2026-cı il tarixlərində məktəbimizdə “İdman həftəsi” çərçivəsində müxtəlif idman növl...
11/03/2026

İdman həftəsi keçirilib

02–07 mart 2026-cı il tarixlərində məktəbimizdə “İdman həftəsi” çərçivəsində müxtəlif idman növləri üzrə maraqlı və əyləncəli yarışlar təşkil olunub. Həftə ərzində şagirdlər futbol, şən starlar , qaçış və digər idman növlərində öz bacarıqlarını nümayiş etdiriblər.
Tədbirlər çərçivəsində sağlam həyat tərzinin təşviqi məqsədilə şagirdlərin iştirakı ilə səhər gimnastikası da keçirilib. Bu fəaliyyətlər şagirdlərdə idmana marağın artırılmasına, komanda ruhunun gücləndirilməsinə və sağlam həyat vərdişlərinin formalaşmasına xidmət edib.
İdman həftəsi şagirdlərin böyük həvəslə iştirak etdiyi, yüksək əhval-ruhiyyə və rəqabət şəraitində baş tutan tədbirlərlə yadda qalıb.

Xocalı soyqırımından 34 il ötür. Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀
26/02/2026

Xocalı soyqırımından 34 il ötür.

Bu faciəni unutmadıq, unutmayacağıq. 🥀

21 fevral Beynəlxalq Ana Dili Günüdür. Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.
21/02/2026

21 fevral Beynəlxalq Ana Dili Günüdür.

Ana dili sərvətimiz, dəyərimiz və tariximizdir.

10/02/2026

📍 Rayon təhsil sektorlarında vətəndaşların qəbulu həyata keçirilir

---

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə rayon təhsil sektor müdirləri tərəfindən vətəndaş müraciətlərinin operativ və yerində araşdırılması məqsədilə qəbul günləri təşkil olunur.

🤝 Qəbul görüşlərinin keçirilməsində əsas məqsədi müraciətlərin çevik şəkildə həlli, açıq dialoq mühitinin yaradılması, məktəb və icma əlaqələrinin gücləndirilməsi, idarəetmədə əlçatanlığın artırılmasıdır.

Vətəndaşlar müvafiq sektorların inzibati binalarında qeydiyyatdan keçərək qəbula yazıla bilərlər.

Address

Çaykənd Kəndi
Göygöl

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+994505512268

Website

Alerts

Be the first to know and let us send you an email when Kəlbəcər rayon 58 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share