19/10/2023
Düşmənin başını 44 günlük Vətən müharibəsində dəmir yumruğumuzla əzərək tarixi torpaqlarımızı işğaldan azad etdik və indi də bu torpaqlarda quruculuq işləri ilə məşğul olunur. Erməni vandalizminin ucbatından viran qalmış şəhər və kəndlərimizi yenidən dirçəldilməsi, bərpası həyata keçirilir. Dövlət başçımızın may ayının əvvəllərində işğaldan azad olunmuş ərazilərimizə növbəti səfəri zamanı Qarabağda və Şərqi Zəngəzurun müxtəlif istiqamətlərində 10-dan çox kəndin təməlini qoyub, eyni zamanda bir sıra açılış mərasimlərində iştirak etməsi bunun əyani sübutudur". Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatlarının köməyi olmadan minalanmış əraziləri təmizləyir və paralel olaraq bərpa-quruculuq işləri aparır. Və heç şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün bu işlər Azərbaycanın iqtisadi gücünü, potensialını göstərir.
Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin sürətlə həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olmaqdır. Həmçinin, məqsədimiz illərdir haq səsimizi eşitməməyə çalışan dünya ölkələrini bu sürətli inkişafın qarşısında aciz duruma salmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə davamlı səfəri edərək mühüm layihələrə start verməklə, əhəmiyyətli layihələrin reallaşması istiqamətində tədbirlər planı davam etdirilir.
Böyük Qayıdışın baş tutması üçün görülən işlərin sürətləndirilməsi bu gün dövlət və xalq olaraq əsas prioritetlərimizdən biridir. Keçmiş məcburi köçkünlərimiz hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini böyük razılıq hissilə təqdir edirlər. Onlar yenidən qurulan doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. İnşAllah 2023-2025-ci illər Böyük Qayıdışın mərhələ-mərhələ gerçəkləşəcəyi dövr kimi ən yeni tariximizin parlaq səhifələrindən birinə çevriləcək. Köçkün soydaşlarımız azad olunmuş ərazilərə qayıdaraq, Qarabağ və Şərqi Zəngəzura ikinci nəfəs verəcəklər. Dünya birliyi qurucu azərbaycanlılarla vandal ermənilərin fərqini hələ çox görəcək".
İlham Əliyevin iştirakı ilə Ölkəmizdə keçirilən Ağdamda və Zəngilannın Milli Şəhərsalma Forumundan sonra 17 oktyabr tarixində isə Füzulidə təşkil olunmuşdur. Həmçinin şürətlə aparılan bərpa-quruculuq işləri, başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını ön plana çəkir. Bu gün insanlarımızın öz yurdlarına qayıtması və rahat yaşamaq.
İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır ki, bu gün bunun bariz nümunəsini Füzulinin yenidən bərpası yönümündə görmək mümkündir ki, hələ genişmiqyaslı yenidənqurma və tədbirlər planı davam etdirilməkdədirüçün bütün infrastruktur, şərait yaradılıbdır.Onu qeyd etməliyik ki, Füzuli işğaldan azad olunandan sonra bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq, erməni vəhşiliyi və vandalizmi bax budur.
Ölkə Prezidenti “Füzuli Şəhəri Günü” ndə çıxışında qeyd edib ki, Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür.
Füzuliyə hazırda 800-dən çox insan artıq yerləşdirilibdir. Həmçinin İlham Əliyev çıxışında qeyd edib ki, ilin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Beləliklə, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaqdır.
Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə, infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha səmərəli olmasına kömək edir. Bütün bu görülən işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.
Digər qürurverici hadisə isə Füzuli və digər işğaldan azad edilmiş torpaqlara qayıdışda gənc nəsilin üstünlüyüdür. Bu da onu göstərir ki, xalqımızın öz doğma diyarına bağlılığı belə gənc nəsili formalaşdırıb. Ümumiyyətlə Azərbaycanda çox güclü, savadlı, Vətənini sevən gənc nəsil yetişib və bu minvalda da davam etməkdədir.
Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir. İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır. Vahid Azərbaycan dövləti inamla inkişaf edir və bərpa-quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir.
Gülüstan Fərəcova,
Gəncə Dövlət Universitetinin müəllimi, YAP - ın üzvü.