Şabran Rayon İcra Hakimiyyəti

Şabran Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi

Şabran rayon İcra Hakimiyyətinin fəaliyyəti, Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən tənzimlənir.

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian...
03/06/2026

İyunun 1-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirildi. Tədbir çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Son üç onillikdə “Bakı Enerji Həftəsi” regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev açılış mərasimindəki çıxışında bu kimi mühüm məqamları bir daha iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı.

Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın son otuz ildən artıq dövrdə enerji sektorunda keçdiyi inkişaf yolunun, beynəlxalq aləmdə qazandığı nüfuzun aydın mənzərəsini təqdim etdi. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Çıxışında “Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu. Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Azərbaycan uğurlu enerji siyasəti nəticəsində dünyanın aparıcı enerji layihələrinin təşəbbüskarı və iştirakçısına çevrilib. Regional çərçivədə başlayan əməkdaşlıq hazırda beynəlxalq səviyyədə uğurla inkişaf etdirilir, yeni əməkdaşlıq formatları yaradılır, dövrün çağırışlarına uyğun olaraq yaşıl enerjiyə keçid prosesi uğurla həyata keçirilir. Azərbaycan artıq ənənəvi enerji istehsalçısı olmaqla yanaşı, bərpaolunan enerji sahəsində də mühüm layihələr həyata keçirir. Günəş, külək və hidroenerji potensialının inkişaf etdirilməsi gələcək enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışında səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycanın uğurlu enerji siyasəti iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artırılmasında, əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Hər il ənənəvi keçirilən Bakı Enerji Həftəsi bu imkanların təqdimatında öz sözünü deyir, Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert tədbiri keçirilmişdir.Tədbirdə iştirak edən Şabran Ray...
02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert tədbiri keçirilmişdir.
Tədbirdə iştirak edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov bayram münasibətilə bütün uşaqları təbrik etmiş, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulamışdır. Asif Hüseynov qeyd etdi ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.
Asif Hüseynov bildirdi ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minib.
Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların könlünü alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən şəkillər uşaqların ömrünün əziz xatirəsinə dönür.
Tədbir öz işinə məktəbəqədər və ümumtəhsil müəssisələri tərəfindən hazırlanan rəqs və müsiqi nömrələri ilə davam etmişdir.

Şabran rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yaradıcılıq sərgisi təşkil edilib.Tədbirdə ...
01/06/2026

Şabran rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yaradıcılıq sərgisi təşkil edilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və şagirdlər iştirak etmişlər.
​Azərbaycan Respublikasında uşaq siyasəti hər zaman dövlət fəaliyyətinin ən mühüm və prioritet istiqamətlərindən birini təşkil etmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti gənc nəslin fiziki və mənəvi baxımdan sağlam, vətənpərvər rəhbər prinsiplər əsasında yetişməsinə xidmət edir.
​1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin, eləcə də gənc istedadların əl işlərindən ibarət rəsm və yaradıcılıq sərgisi keçirilmişdir.
​Sərginin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin bədii-estetik zövqünü formalaşdırmaq, onların xüsusi istedad və bacarıqlarını aşkar etmək, habelə yaradıcılıq potensialının inkişafına dəstək verməkdir.
​Sərgidə nümayiş olunan mövzular:
​1. Dövlət rəmzləri və Vətən sevgisi: Uşaqların gözü ilə qüdrətli və bütöv Azərbaycan;
​2. Şabranın tarixi və təbiəti: Rayonun qədim tarixi keçmişi, mədəni irsi və füsunkar təbiəti;
​3. Ekologiya və yaşıl dünya: Ətraf mühitin qorunması və ekoloji mədəniyyətin təbliği.
​Şabran Rayon İcra Hakimiyyəti olaraq xalqımızın gələcəyi olan bütün azyaşlıları və yeniyetmələri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı və təhsildə yüksək nailiyyətlər arzulayırıq.

"Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı ...
01/06/2026

"Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram." - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qurban bayramı münasibətilə təbriki.
26/05/2026

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qurban bayramı münasibətilə təbriki.

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzi...
26/05/2026

Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi daim xüsusi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, bu sahənin inkişafı ölkənin iqtisadi təhlükəsizliyi, regionların tərəqqisi və əhalinin sosial rifahı baxımından strateji əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, hələ 2004-cü ildə prezident vəzifəsinə başladıqdan sonra irəli sürdüyü ilk təşəbbüslərdən biri regional inkişaf proqramı olmuşdur və həmin proqramın əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik regional inkişaf proqramı Azərbaycanın sosial-iqtisadi həyatında mühüm dönüş yaratdı. Həmin dövrdə ölkənin müxtəlif bölgələrində infrastruktur problemləri, işsizlik, kənd təsərrüfatında məhsuldarlığın aşağı olması və müasir texnologiyaların çatışmazlığı kimi məsələlər mövcud idi. Dövlət proqramı məhz bu problemlərin həllinə yönəldilmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqram nəticəsində bölgələrdə yollar çəkildi, elektrik, qaz və su təminatı yaxşılaşdırıldı, kənd təsərrüfatı üçün əlverişli şərait yaradıldı. Bu proqram yalnız iqtisadi layihə deyil, həm də sosial inkişaf modeli kimi çıxış etdi. Regionlarda yeni müəssisələrin yaradılması, fermerlərə dövlət dəstəyinin artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması proqramın əsas nəticələrindən oldu.

Aqrar sahədə müşahidə olunan durğunluğun müxtəlif səbəbləri mövcuddur. Bunlardan biri iqlim dəyişiklikləri və su ehtiyatlarının azalmasıdır. Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşməyib. Quraqlıq, su çatışmazlığı və torpaqların məhsuldarlığının azalması kənd təsərrüfatına mənfi təsir göstərən əsas amillərdəndir. Digər səbəblər sırasında bəzi bölgələrdə müasir texnologiyaların yetərincə tətbiq olunmaması, istehsalın səmərəliliyinin aşağı olması və özəl sektorun aqrar sahəyə investisiyalarının kifayət qədər olmaması göstərilə bilər. Bir çox hallarda fermerlər ənənəvi üsullarla fəaliyyət göstərir və bu da məhsuldarlığın artmasına mane olur. Prezident İlham Əliyev məhz bu problemlərin aradan qaldırılması üçün yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini qeyd etmişdir. Bu proqram kənd təsərrüfatının yeni inkişaf mərhələsinə keçidini təmin etməlidir. Hazırlanan yeni Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması, məhsuldarlığın artırılması və aqrar sektorun müasir standartlara uyğunlaşdırılmasıdır. Dövlət başçısının çıxışından aydın olur ki, proqram yalnız dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmayacaq, burada özəl sektorun iştirakı da mühüm rol oynayacaq.

Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, özəl sektora ciddi mesaj verilməlidir. Sahibkarlar kənd təsərrüfatının inkişafında daha fəal iştirak etməli, bu sahəyə daha çox investisiya yatırmalıdırlar. Dövlət isə bunun üçün əlverişli şərait yaratmağa davam edəcək. Bu yanaşma onu göstərir ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət büdcəsinin hesabına deyil, dövlət və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilməlidir. Müasir iqtisadi modeldə özəl investisiyalar inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur.

Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün son illərdə genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, texnika təminatı yaxşılaşdırılır, güzəştli kreditlər ayrılır və aqrar sahədə innovativ texnologiyaların tətbiqi genişləndirilir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, kənd təsərrüfatı neftdənkənar sektorun əsas istiqamətlərindən biridir. Bu siyasətin məqsədi ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsidir. Aqrar sektor həm daxili bazarın yerli məhsullarla təmin olunmasına, həm də ixrac potensialının artmasına mühüm töhfə verir. Fermerlərə göstərilən dövlət dəstəyi nəticəsində taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq kimi sahələrdə ciddi inkişaf müşahidə olunur. Müasir suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı texnikasının yenilənməsi məhsuldarlığın artmasına səbəb olmuşdur.

Son illərdə kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi də geniş vüsət almışdır. Elektron kənd təsərrüfatı sistemi vasitəsilə fermerlərin fəaliyyəti daha şəffaf və səmərəli şəkildə təşkil olunur. Aqroparkların yaradılması isə müasir kənd təsərrüfatı modelinin formalaşmasına xidmət edir. Azərbaycanda yaradılan aqroparklar həm istehsalın artırılmasına, həm də yeni iş yerlərinin açılmasına imkan verir. Burada müasir texnologiyalar tətbiq olunur, məhsulun keyfiyyəti yüksəlir və ixrac imkanları genişlənir. Dövlətin məqsədi kənd təsərrüfatını ənənəvi üsullardan çıxarıb müasir və rəqabətqabiliyyətli sahəyə çevirməkdir.

Regional inkişaf proqramları kənd yerlərində yaşayan insanların həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və sosial obyektlər tikilmiş, minlərlə insan işlə təmin olunmuşdur. İnfrastruktur layihələri kəndlərdə yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Kənd təsərrüfatının inkişafı regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına da kömək edir. İnsanlar doğma bölgələrində iş və gəlir imkanları əldə etdikcə kəndlərin sosial həyatı canlanır. Bu isə ölkədə balanslı regional inkişaf siyasətinin uğurla həyata keçirildiyini göstərir.

Müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir dövlət üçün strateji məsələ hesab olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar siyasət Azərbaycanın özünü əsas ərzaq məhsulları ilə təmin etməsinə və idxaldan asılılığın azalmasına yönəlib. Eyni zamanda Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istiqamətində də mühüm addımlar atır. “Made in Azerbaijan” brendi altında yerli məhsullar xarici bazarlarda tanıdılır. Meyvə-tərəvəz, pambıq, şərab və digər məhsullar bir çox ölkələrə ixrac edilir. Bu da ölkəyə əlavə valyuta gəlirləri qazandırır və kənd təsərrüfatının iqtisadi əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə xüsusi diqqəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir. 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafına güclü təkan vermiş, regionların simasını dəyişmiş və ölkənin iqtisadi potensialını artırmışdır. Bu siyasət nəticəsində Azərbaycan kənd təsərrüfatında müasir texnologiyaların tətbiq olunduğu, rəqabətqabiliyyətli və ixracyönümlü aqrar ölkəyə çevrilməkdədir. Dövlət dəstəyi, fermerlərin fəaliyyəti və düzgün iqtisadi strategiya kənd təsərrüfatının gələcəkdə də ölkənin əsas inkişaf istiqamətlərindən biri olacağını göstərir.

Şabran Rayon İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komiss...
25/05/2026

Şabran Rayon İcra Hakimiyyətində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın 2026-cı ilin ilk 6 ayının yekununa dair hesabat iclası keçirilmişdir.

Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən regional idarəsinin rəisi Teyyub Hüseynov, İdarə rəisinin müavini Rasim Nəzərov və aidiyyəti yerli qurumların rəhbərləri iştirak etmişlər.

28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də  ...
25/05/2026

28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. 107 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi - bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir.

Şabran Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ekologiya ...
21/05/2026

Şabran Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ekoloji təhlükəsizlik məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Flora Valisli və aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər.

Address

Heydər Əliyev Prospekti 60
Dävächi
1700

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994233532245

Alerts

Be the first to know and let us send you an email when Şabran Rayon İcra Hakimiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Şabran Rayon İcra Hakimiyyəti:

Share