01/06/2026
Bayram günləri ərzində müşahidə olunan güclü külək nəticəsində kəndi elektrik enerjisi ilə təmin edən yüksəkgərginlikli elektrik verilişi xəttinin üzərinə irigövdəli quru ağac aşmışdır. Yaranmış qəzanın operativ şəkildə aradan qaldırılması məqsədilə tərəfimizdən əraziyə dərhal xüsusi texnika və işçi qüvvəsi cəlb edilmiş, həmçinin Oğuz REŞ-in əməkdaşları ilə birgə zəruri bərpa işləri həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış və elektrik enerjisinin verilişi tam bərpa olunmuşdur.