Bərdə rayonu Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbi

Bərdə rayonu Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbi Təhsilə aid hər şey . Məktəbin fəaliyyəti və digər işlər haqqinda

Məktəbimizdə "Son zəng" tədbiri böyük coşqu və sevinc hissi ilə qeyd olundu. Tədbirdə məzunlar, müəllimlər, valideynlər ...
14/06/2026

Məktəbimizdə "Son zəng" tədbiri böyük coşqu və sevinc hissi ilə qeyd olundu. Tədbirdə məzunlar, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər. Şagirdlər məktəb illərini əks etdirən çıxışlar, şeirlər və musiqi nömrələri təqdim etdilər. Son zəng məzunlar üçün yeni həyata açılan qapının, gələcəyə inamla atılan ilk addımın rəmzi oldu. Məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq.



Məktəbin psixoloqu Qələndərova Hicran Yuxarı sinif şagirdləri ilə İnsan alveri və onun təhlükələri haqqında tədbir təşki...
09/06/2026

Məktəbin psixoloqu Qələndərova Hicran Yuxarı sinif şagirdləri ilə İnsan alveri və onun təhlükələri haqqında tədbir təşkil etdi. Tədbir zamanı insan alverinin mahiyyəti, onun yaratdığı təhlükələr, risk faktorları və bu cür hallardan qorunma yolları barədə şagirdlərə ətraflı məlumat verildi. Mövzu ilə bağlı slayd təqdimatı nümayiş etdirildi, maarifləndirici videoçarx izlənildi.

Daha sonra şagirdlərlə fəal müzakirələr aparıldı, onların mövzu ilə bağlı fikirləri dinlənildi və ünvanladıqları suallar ətraflı şəkildə cavablandırıldı.

Tədbirin əsas məqsədi şagirdlərin insan alveri barədə məlumatlılığının artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və onları qarşılaşa biləcəkləri risklərdən qorumaq istiqamətində maarifləndirmək olmuşdur.

"Məlumatlı olmaq təhlükəsizliyin ilk addımıdır."

Bərdə rayon Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbində 1İyun uşaqların müdafiəsi gününə həsr olunmuş tədbir keçiril...
01/06/2026

Bərdə rayon Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbində 1İyun uşaqların müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi.

Bərdə rayonu Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbi -in coğrafiya müəllimi Əliyev Azər , Ümumdünya Şəhərsalma və M...
01/06/2026

Bərdə rayonu Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbi -in coğrafiya müəllimi Əliyev Azər , Ümumdünya Şəhərsalma və Memarlıq ili çərçivəsində 7ci sinifdə açıq dərs təşkil etdi. Dərs zamanı şagirdlərə keçmişdən bu günə qədər tikilən memarlıq nümunələri, şəhərsalma qaydaları , işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurma və abadlıq işləri haqqında məlumat verdi , fikir mübadiləsi aparıldı.

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi26 May 2026-cı il tarixdə Bərdə rayon Qazıqurdalı kənd tam ort...
26/05/2026

🇦🇿 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi

26 May 2026-cı il tarixdə Bərdə rayon Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi və milli dəyərlərimizi əks etdirən çıxışlar təqdim edildi.

Tədbirin əsas məqsədi şagirdlərdə vətən sevgisi, milli ruh və tariximizə bağlılıq hissinin daha da gücləndirilməsi idi.

🇦🇿 Yaşasın müstəqil Azərbaycan!

Məktəbimizin İnformatika müəllimi Ağayeva Vüsalə , 6- sinifdə "Alqoritmin növləri" mövzusunda ustad dərs təşkil etdi.  D...
26/05/2026

Məktəbimizin İnformatika müəllimi Ağayeva Vüsalə , 6- sinifdə "Alqoritmin növləri" mövzusunda ustad dərs təşkil etdi. Dərsdə yeni üsullardan istifadə olunmaqla yekunda dərsin məqsədi reallaşdırıldı.

20/05/2026

Prezident İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında çıxışı barədə

- 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var.
Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar;

- Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub.
Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz - vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır.
Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş XIX əsrə aid binalar var. Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir;

- Bu il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.
Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və Forumun 13-cü Sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik.

"Açıq dərs keçirildi"_____  Azərbaycan dili müəllimi Nərgiz İsmayılova tərəfindən 10 cu sinifdə  açıq dərs keçirilmişdir...
18/05/2026

"Açıq dərs keçirildi"
_____
Azərbaycan dili müəllimi Nərgiz İsmayılova tərəfindən 10 cu sinifdə açıq dərs keçirilmişdir. Dərs zamanı müasir təlim metodlarından və interaktiv üsullardan istifadə olunaraq şagirdlərin mövzuya fəal şəkildə cəlb olunması təmin edilmişdir.
Şagirdlər dərs prosesində müxtəlif tapşırıqlar yerinə yetirmiş, sual-cavab, müzakirə və qrup işlərində fəal iştirak etmişlər. Dərsdə şagirdlərin dinləmə, danışıq, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilmişdir.
Belə dərslər tədrisin keyfiyyətinin artırılmasına və müəllimlərin təcrübə mübadiləsinə mühüm töhfə verir.

09/05/2026

Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edildi . Onun həyat yolu haqqında şagirdlərə ətraflı məlumat verildi . Xatirəsi böyük ehtiramla yad olundu .

,

28/04/2026

🛑 Bullinqə birlikdə "YOX" deyirik!

___________________________________________

27 aprel tarixində məktəb psixoloqu Qələndərova Hicran şagirdlərlə bullinqlə mübarizə və qarşılıqlı hörmət mövzusunda maarifləndirici tədbir təşkil etdi. ✨

Məqsədimiz hər bir uşağın özünü güvəndə və dəyərli hiss etdiyi bir mühit yaratmaqdır. Unutmayın: Güclü olmaq incitmək deyil, dəstək olmaqdır! 🤝🤍

Address

Qaradəmirci Kəndi
Barda

Telephone

+994202080200

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə rayonu Qazıqurdalı kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category