Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Government Organization, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 1969-cu məhəllə, Baku.

Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilmişdirStrateji ...
05/06/2026

Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilmişdir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.

İclasda BP Azərbaycan Əməliyyat Şirkətinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri iştirak etmişlər.

Komissiyanın iclasında ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risklərin, o cümlədən mümkün yanğın hadisələrinin, terror və təxribat aktlarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət barədə müzakirələr və fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.

02/06/2026

01/06/2026
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçuların ilkin hazırlıq kursu başa çatmışdır2026-cı ilin ...
01/06/2026

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçuların ilkin hazırlıq kursu başa çatmışdır

2026-cı ilin 27 aprel – 26 may tarixlərində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçular üçün ilkin hazırlıq kursu təşkil olunmuşdur.

Kursun proqramına uyğun olaraq şəxsi heyətə silah və döyüş sursatları ilə davranış zamanı təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində nəzəri və praktiki məşğələlər keçirilmiş, silahların taktiki-texniki göstəriciləri, işləmə prinsipləri, əsas hissə və mexanizmləri, həmçinin fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqinin hüquqi əsasları tədris edilmiş, strateji obyektlərin, o cümlədən ixrac neft və qaz boru kəmərlərinin və onlara aid infrastrukturun etibarlı mühafizəsi qaydaları izah olunmuşdur.

Təlimləri uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim edilmişdir.

Gecə və gündüz xidmətdəyik və xidmətimizlə qürur duyuruq
29/05/2026

Gecə və gündüz xidmətdəyik və xidmətimizlə qürur duyuruq

27/05/2026
Şəmkir və Kürdəmir Rayon İcra Hakimiyyətlərində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilm...
25/05/2026

Şəmkir və Kürdəmir Rayon İcra Hakimiyyətlərində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilmişdir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “BP Caspian Sea Exploration LTD”-nin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 sentyabr tarixli 558s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”-nın tələblərindən irəli gələn vəzifələrə dair fikir mübadiləsi aparılmış, məruzələr dinlənilmişdir.

İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətində iclas keçirilmişdirStrateji ...
22/05/2026

İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətində iclas keçirilmişdir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Abşeron Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.

İclasda Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri iştirak etmişlər.

Komissiyanın iclasında ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risklərin, o cümlədən mümkün yanğın hadisələrinin, terror və təxribat aktlarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət barədə müzakirələr və fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.

Address

Nərimanov Rayonu, Akademik Ziya Bünyadov Prospekti, 1969-cu Məhəllə
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share