Azərbaycanın sovet dövrü tarixi şöbəsi

Azərbaycanın  sovet  dövrü tarixi şöbəsi fakt ortada

29/01/2026

НЕМЕЦКИЕ КОЛОНИИ НА КАВКАЗЕ (КОНЕЦ XVIII - середина XX вв.).Монография.504 стр. (на азербайджанском языке).

29/01/2026
Şöbə müdir, tarix elmləri doktoru, professor İkram Kərim oğlu Ağasiyev səmərəli fəaliyyətinə görə AMEA-nın FƏXRİ FƏRMANI...
29/01/2026

Şöbə müdir, tarix elmləri doktoru, professor İkram Kərim oğlu Ağasiyev səmərəli fəaliyyətinə görə AMEA-nın FƏXRİ FƏRMANI ilə təltif olunub.Təbrik edirik!

22/01/2026
“20 YANVAR – MİLLİ QÜRUR TARİXİMİZ”mövzusunda DƏYİRMİ MASA 19 yanvar 2026-cı il tarixində  Azərbaycan Milli Elmlər Akade...
19/01/2026

“20 YANVAR – MİLLİ QÜRUR TARİXİMİZ”
mövzusunda DƏYİRMİ MASA

19 yanvar 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “20 YANVAR – MİLLİ QÜRUR TARİXİMİZ” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözu ilə Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev açmışdır. Dəyirmi masa iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Sonra Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri t.e.d., prof. İ.K.Ağasiyev “20 Yanvar - tariximizin qanlı və şanlı səhifəsi”adlı məruzə ilə çıxış edərək 20 yanvar 1990-cı il hadisələrinin Azərbaycanın müasir tarixində həm böyük bir faciə, həm də milli azadlıq ruhunun zirvəsi hesab olunmaqla bərabər bu hadisələrin baş verməsinə səbəb olan amillər barədə danışdı.
Çıxışçılar sırasında “Azərbaycan tarixinin tarixşünaslığı” şöbəsinin müdiri Vaqif Abışov “20 Yanvar: reallıqlar və uydurmalar” adlı məruzə ilə çıxış etdi.
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin elmi işçisi Aybəniz Osmanova “20 Yanvarın alim şəhidləri” adlı məruzə ilə çıxış edərək 20 Yanvar faciəsi zamanı həyatını itirən, Azərbaycan elminin inkişafında böyük iz qoymuş alimlərimiz Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun həm elmi fəaliyyəti, həm də vətənpərvərlikləri haqqında dərin hörmət və rəğbət hissi ilə danışdı. Azərbaycanın sovet dövrü tarixi şöbəsinin a.e.i. İlham Həsənov “Poeziyamızda 20 Yanvar şəhidləri mövzusu” adlı məruzəsi ilə çıxış etmişdir.
Tədbirdə Institutun əməkdaşları Rərvin Axançi, Aslan Şirəliyev şahid olduqları maraqlı faktlarla çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini yad etmişlər.
Tədbir maraqlı diskussiya ilə yadda qalmışdır.

“Azərbaycanın görkəmli tarixçi-alimi Zülfəli İmaməli oğlu İbrahimov -115”, “İsmayıl Hüseynov -115”, “Səlvər Aslanov - 95...
29/12/2025

“Azərbaycanın görkəmli tarixçi-alimi Zülfəli İmaməli oğlu İbrahimov -115”, “İsmayıl Hüseynov -115”, “Səlvər Aslanov - 95” mövzularında
DƏYİRMİ MASA

29 dekabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Sovet dövrü tarixi və Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın görkəmli tarixçi-alimi Zülfəli İmaməli oğlu İbrahimov -115”, “İsmayıl Hüseynov -115”, “Səlvər Aslanov - 95” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözu ilə Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev açmışdır.
Sonra Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri t.e.d., prof. İ.K.Ağasiyev sözü a.e.i., t.ü.f.d., dos., Raisa Cəfərovaya vermişdir. Raisa Cəfərova “Zülfəli İbrahimovun həyat və fəaliyyəti”, Azərbaycan Cümhuriyyəti tarixi şöbəsinin a.e.i., t.ü.f.d., dos. Aygün Əzimova “Zülfəli İbrahimovun tədqiqatlarında Azərbaycanın 1917-1918-ci illər tarixi məsələlərinə dair”, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin a.e.i., t.ü.f.d., dos., Aypara Rüstəmova “İsmayıl Hüseynovu həyat və yaradıcılığı”, Azərbaycanın sovet dövrü tarixi şöbəsinin a.e.i., t.ü.f.d., dos., Əzizə Nəzərli “Səlvər Aslanovun həyat və fəaliyyəti” adlı məruzələri ilə çıxış etmişlər.
Tədbir maraqlı disskyssiyaları ilə yadda qalmışdır.

"Azərbaycanın sovet dövrü tarixi"şöbəsinin sevimli əməkdaşı, t.ü.f.d., dos., a.e.i. Rüstəmova Aypara Sədi qızının yubile...
15/12/2025

"Azərbaycanın sovet dövrü tarixi"şöbəsinin sevimli əməkdaşı, t.ü.f.d., dos., a.e.i. Rüstəmova Aypara Sədi qızının yubileyi ilə bağlı şöbənin müdiri İkram Ağasiyev və şöbənin bütün əməkdaşları onu təbrik edir, ona çan sağlığı, uzun ömür, xoşbəxtlik və yeni-yeni elmi nailiyyətlərlə dolu yaradıcılıq uğurları arzulayirlar!

AMEA-da dünya şöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib09.12.2025-ci ildə...
10/12/2025

AMEA-da dünya şöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

09.12.2025-ci ildə AMEA-nın Rəyasət Heyətində dünya şöhrətli görkəmli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş “Minilliklərin riyaziyyat ahəngi Kainatla dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdən öncə Liu Huinin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.
Konfransı giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açıb. O, son illərdə Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin ikitərəfli münasibətlərimizə böyük önəm verdiklərini söyləyib.
Akademik İsa Həbibbəyli ölkələrimiz arasında siyasi, iqtisadi sferalarda yüksək əlaqələrin mövcud olduğunu qeyd etmiş, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini, öz növbəsində Çinin də Zəngəzur dəhlizinin açılması ilə bağlı ədalətli mövqe nümayiş etdirdiyini bildirmişdir.
AMEA rəhbəri vurğulayıb ki, hələ sovet hakimiyyəti illərində Azərbaycan şairləri Çin liderlərinə, dünyanın yeddi möcüzəsindən biri olan Çin səddinə həsr olunmuş maraqlı şeirlər yazıblar. Həmçinin çinli şairlər də öz növbələrində Azərbaycana, Qafqaz dağlarına həsr edilmiş şeirlər ərsəyə gətiriblər.
Son illərdə Azərbaycan ilə Çin arasında elmi, ədəbi əlaqələrin də yüksək səviyyədə olduğunu deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini, həmin müəssisələrlə əməkdaşlıq memorandumlarının imzalandığını diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan və Çin alimləri birgə konfranslar, simpoziumlar keçirir, hər iki ölkədə təşkil olunan konfranslarda aktiv iştirak edirlər. Çindən geniş nümayəndə heyətinin AMEA-nın 80 illik yubiley yığıncağı münasibətilə ölkəmizə səfər etdiyini deyən akademik İsa Həbibbəyli həmin alimlərin həm azərbaycanlı, həm də dünyanın bir çox ölkəsindən gəlmiş həmkarları ilə səmərəli görüşlər keçirdiklərini söyləyib.
AMEA rəhbəri vurğulayıb ki, dünya şöhrətli görkəmli Çin alimi Liu Hui riyaziyyata və həndəsəyə dair tədqiqatları ilə dünya riyaziyyat elminin əsaslarını təşkil edib, maraqlı və ciddi elmi əsərlər ortaya qoyub.
“Liu Pifaqor teoreminə bənzər bir teoremin sübutunu təqdim edib. Liu Hui həm Çində riyaziyyat elminin əsaslarını qoyanlardan biri olmuşdur, həm də dünya riyaziyyat elminə misilsiz töhfələr vermişdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Akademik İsa Həbibbəyli bugünkü konfransın təşkilatçılarından olan Çin Elm və Texnologiya Assosiasiyası ilə də əməkdaşlıq münasibətlərinin qurulmasına başlandığını, həmçinin mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığın nəzərdə tutulduğunu söyləyib və Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş tədbirin Azərbaycan-Çin elmi, ədəbi, mədəni əlaqələrində yeni üfüqlər açacağını bildirərək konfransın işinə uğurlar arzulayıb.
Konfransda Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao çıxış edərək ölkəmizdə və Azərbaycan Milli Elmlər Akademiyasında olmaqdan məmnunluğunu dilə gətirmiş, konfransın təşkilinə göstərdiyi dəstəyə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirmişdir. Ruan Cao ölkəmizin Avropa ilə Asiya arasında körpü rolunu oynadığını söyləmişdir.
Liu Huinin 1800 il öncə yazıb-yaratdığını deyən direktor həmin dövrün Çin tarixində elmin, mədəniyyətin intellektual çiçəklənmə dövrü kimi qəbul edildiyini vurğulayaraq, konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Liu Huinin tədqiqatları nəzəriyyə ilə təcrübənin vəhdətini təşkil edib, xüsusilə “Riyazi sənətin doqquz fəsli” əsərində mühüm yeniliyə imza atıb, pi (π)-nin dəyərini təxmini olaraq tapmaq üçün çoxbucaqlını dairəyə yazmaq metodundan istifadə edib. Həmçinin bu əsərində bərk həndəsə teoremləri, Arximedin π yaxınlaşmasının təkmilləşdirilməsi və çoxlu naməlumlu xətti tənliklərin həlli üçün sistematik metod təklif edib.
Çin Elm və Texnologiya Assosiasiyasının direktoru Ruan Cao bu tədbirin rəhbərlik etdiyi təşkilatla AMEA arasında elmi əlaqələrin qurulması və inkişafına təkan verəcəyini söyləmişdir.
Konfransda çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov Komissiya adından tədbir iştirakçılarını salamlayaraq qeyd edmişdir ki, Liu Huinin 1800 illik yubileyinin qeyd olunması UNESCO-nun 2024-2025-ci illər üzrə tədbirlər planında əksini tapıb və bu, elmin, düşüncənin bəşəri dəyərinin ifadəsidir. Mustafa Şabanov bildirib ki, qərar UNESCO-da qəbul edilən zaman Azərbaycan buna öz dəstəyini ifadə edib, Çinlə həmrəylik nümayiş etdirib. Azərbaycanın Şərqlə Qərb arasında tarixən elmi, mədəni körpü rolunu oynadığını deyən Mustafa Şabanov bu gün də bu ənənələrin davam etdiyini deyib.

Çıxışlardan sonra “Minilliklərin riyaziyyat ahəngi. Kainatla dialoq – Liu Hui silsilə yubiley tədbirləri” adlı tanıtım videosu nümayiş etdirilib.

Daha sonra açılışın rəmzi lenti kəsilib.

Açılış mərasimizindən sonra tədbir öz işini “Sivilizasiyalararası aialoq və akademik mübadilələr üzrə çıxışlar” mövzusunda sessiya ilə davam etdirib. Sessiya iclasında Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun aparıcı tədqiqatçısı Zou Dahai, İç Monqolustan Müəllimlər Universitetinin professoru, Beynəlxalq Elm Tarixi Akademiyasının müxbir üzvü Cuo Shirong, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutunun dosenti Chen Wei, ETN Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Əli Babayev, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Rövşən Əliyev, AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Röya Mirzəbəyova çıxış ediblər.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu¬nun “Azərbaycanın Sovet dövrü tarixi” şöbənin elmi işçisi Osmanova Aybəniz Həmzə qızı da iştirak etmişdir.

“Akademik Yusif Məmmədəliyev - 120 il”Görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşk...
05/12/2025

“Akademik Yusif Məmmədəliyev - 120 il”

Görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2025-ci il tarixli Sərəncamı”na əsasən 28 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “Akademik Yusif Məmmədəliyev - 120 il” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözu ilə Tarix və Etnologiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, t.e.d., dosent İlqar Niftəliyev açmışdır.
Sonra Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Y.Məmmədəliyevin ictimai-siyasi fəaliyyəti” adlı məruzə ilə çıxış edərək alimin ictimai-siyasi, elmi fəaliyyətindən, dünya elminə verdiyi əvəzsiz töhfələrdən danışdı.
Tədbirdə iştirak edən “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, t.ü.f.d., dosent Bəhrəmov Cəbi “Y.Məmmədəliyevin sovet ordusunun döyüş qabiliyyətinin artırılmasında rolu”, “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin elmi işçisi Aybəniz Osmanova “Azərbaycanda astrofizika rəsədxanasının yaradılmasında Y.Məmmədəliyevin rolu” mövzularında çıxışlarını təqdim etdilər.
Tədbir Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edən maraqlı disskyssiyaları ilə yadda qaldı.

Address

Azerbaycan
Baku
AZE1118

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanın sovet dövrü tarixi şöbəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share