Ədəbiyyat İnstitutu-rəsmi səhifə

Ədəbiyyat İnstitutu-rəsmi səhifə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Klassik irsin nəşri sahəsində 1920-30-cu illərdə başlayan geniş miqyaslı iş ardıcıl olaraq davam etdirilmişdir.

NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

Nizami adına Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq elmi sahəsində əsas elmi tədqiqat mərkəzi kimi tanınır. İnsititut yarandığı gündən başlayaraq xalqımızın ədəbi-mədəni tarixinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onun təbliği işində böyük fəaliyyət göstərmişdir.

İnsititut 1932-ci ilin yanvar ayından Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitut

u tərkibində Ədəbiyyat sektoru kimi fəaliyyət göstərmiş, Azərbaycan MİK-in 10 iyul 1933-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutundan ayrılaraq Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnsititutu tərkibində 1933-cü il sentyabrın 1-dən fəaliyyətə başlamışdır. Həmin İnsititutun əsas təşkilatçısı və ilk direktoru prof.V.M.Xuluflu (1894-1938) olmuşdur. İnsititutda ədəbiyyat problemləri ilə folklor şöbəsi (müdiri Hənəfi Zeynallı) və yazılı Azərbaycan ədəbiyyatı şöbəsi (müdiri Əli Nazim) məşğul olmuşdur. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yarandıqda Dil və Ədəbiyyat İnstitutu kimi onun tərkibində olmuş, 1969-cu ildən isə müstəqil Ədəbiyyat İnstitutu olaraq fəaliyyət göstərmişdir. Beləliklə, 1932-ci ildə Ədəbiyyat sektoru kimi formalaşan İnsititut ötən 70 ildən artıq müddət ərzində Azərbaycanda filalogiya elminin mərkəzinə çevrilmiş, milli-mənəvi mədəniyyətin, xalqın folklorunun , klassik və müasir ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı tarixi işlər görmüşdür. İnsititutda elmi və təşkilati işlərin yüksək səviyyədə qurulmasında və onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində Böyükağa Talibli, Bəkir Çobanzadə, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz, Səməd Vurğun, Məmməd Arif, Həmid Araslı, Məmməd Cəfər, Mirzə İbrahimov, Mirzağa Quluzadə, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Əli Sultanlı, Mir Cəlal və başqa görkəmli alimlər yaxından iştirak etmişlər.
İnstitut öz tarixinin müxtəlif dövrlərində zamanın tələblərinə uyğun yeni problemlərin, aktual məsələlərin tədqiqi ilə də məşğul olmuş və bütün hallarda bu qurumun strukturu həmin problemlərin həllinə imkan verən bir şəkildə müəyyənləşdirilmişdir.
Əvvələr İnstitutun əsas strukturu Azərbaycan ədəbiyyatının tarixinin, nəzəriyyəsinin, folklorun, ədəbi abidələrin tədqiqinə imkan verən «Ədəbiyyat tarixi», «Ədəbiyyat nəzəriyyəsi», «Folklor» və «Mətinşünaslıq» şöbələrini əhatə edən akademik qurumlardan ibarət olmuşdur. Bununla yanaşı, müxtəlif dövrlərdə zamanın tələbindən doğan şöbələr; məsələn, türk xalqlarının ümumi abidələrini, ədəbi-mədəni məsələlərini tədqiq edən «Ortaq türk ədəbiyyatı» və s. şöbələr fəaliiyyət göstərmişdir.

İNSTİTUTUN SABİQ DİREKTORLARI:
Vəli Xuluflu, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzağa Quluzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev. DİREKTOR MÜAVİNLƏRİ:
Kamal Talıbzadə, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Teymur Kərimli
ELMİ KATİBLƏR:
Timurçin Əfəndiyev, İmamverdi Həmidov, Arif Səfiyev, Nikpur Cabbarlı

ŞÖBƏLƏR VƏ ŞÖBƏ MÜDİRLƏRİ:
Son illərdə Akademiyada keçirilən islahatlarla bağlı olaraq İnstitutun strukturu da təkmilləşdirilmişdir. Hazırda İnstitutda 11 şöbə fəaliyyət göstərir.

İNSTITUTUN ƏSAS NƏŞRLƏRI:
İnstitutda nəşr işləri iki istiqamətdə aparılmışdır:
1.Azərbaycan ədəbi abidələrinin və klassiklərin əsərlərinin nəşri;
2.Elmi tədqiqat əsərlərinin nəşri. Demək olar ki, Azərbaycan ədəbiyyatının əksər klassiklərinin (Nizami, Xəqani, Fizuli, Zakir, Seyid Əzim, M.F.Axundov, C.Məmmədquluzadə, C.Cabbarlı, S.Vurğun və b.) əsərlərin bircildliyi və çoxcildliyi nəşr olunmuşdur. Həmçinin «Əkinçi» qəzeti, «Molla Nəsrəddin», «Fuyuzat» jurnalı kimi ədəbi-tarixi abidələrin, iyirmi cildlik «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın, dördcildlik «Cənubi Azərbaycan antologiyası»nın, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» ikicildliyinin nəşri də İnstitutun mühüm işlərindəndir.
İnstitut mövcud olduğu müddətdə ədəbiyyatşünaslıq elminin aparıcı problemləri ilə məşğul olmuş və mühüm nailiyyətlər qazanmışdır. Xüsusilə Azərbaycan ədəbiyyatı tarixinin araşdarılması sahəsində ciddi işlər görmüşdür. Bu məsələ iki istiqamətdə keçirilmişdir:
1.Ayrı-ayrı görkəmli klassiklərin həyat və yaradıcılığının, həmçinin ədəbi-bədii problemlərin öyrənilməsi,
2.Çoxcildli «Azərbaycan ədəbiyyatı tarixi»nin yaradılması.
İnstitutun mühüm elmi nəşrlər sahəsində gördüyü işlər sırasında görkəmli ədəbiyyatşünaslarımız Məmməd Arifin, Məmməd Cəfərin, Ə.Mirəhmədovun, M.Quluzadənin, M.Təhmasibin, M.Seyidovun, Y.Qarayevin və başqalarının öz elmi-nəzəri səviyyəsi ilə yalnız ölkəmizdə deyil, xaricdə də həmişə diqqət mərkəzində dayanır. Monoqrafik və problematik tədqiqatların əsas məziyyətlərindən biri də ədəbiyyat tarixçiliyinin yaranmasında mühüm əhəmiyyətə malik olmasıdır. Bunun nəticəsidir ki, İnstitutun kollektivi tərəfindən müxtəlif dövrlərdə çoxcildli «Ədəbiyyat tarixi» kitabları yazılmışdır. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (1943-1944), üçciildlik «Azərbaycan ədəbiyyatı tarixi» (1958-1960), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi»(1967) kimi fundamental əsərlərin yaradılması bu baxımdan böyük elmi əhəmiyyət kəsb edir. İnstitutun hazırladığı altıcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin birinci cildi artıq çapdan çıxmış, ikinci və üçüncü cildləri isə nəşr prossesindədir. Xaricdə yaşayan azərbaycanlılar üçün yazılmış «Azərbaycan ədəbiyyatı (Müxtəsər oçerk)» kitabı da işıq üzü görmüşdür. Fəaliyyət göstərdiyi dövrdə İnstitutda mindən artıq monoqrafiya və kollektiv elmi-tədqiqat işi hazırlamış və nəşr edilmişdir ki, bunların bir çoxu ölkədə, habelə xaricdə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

İNSTITUTUN BEYNƏLXALQ ƏLAQƏLƏRI:
İnstitut alimlərinin əsərləri tez-tez xarici ölkələrdə (İran, Türkiyə və s.) çap olunur, həmçinin xarici alimlərin əsərləri nəşr üçün İnstituta göndərilir. Eyni zamanda İnstitutun əməkdaşları xaricdə keçirilən beynəlxalq simpoziumların, regional elmi konfransların təşkilində və işində fəal iştirak edirlər. Xarici alimlər də İnstitutda keçirilən elmi simpozium və konfranslarda («Fizuli-500», «Kitabi-Dədə Qorqud-1300», «Azərbaycan mühacirət ədəbiyyatı» və s.) iştirak etmişlər. MDB ölkələri, Polşa, Almaniya, Yuqoslaviya, Bolqarıstan, Fransa, ABŞ, İngiltərə,Türkiyə, İran, İraq alimləri ilə elmi yaradıcılıq əlaqələri indi də müxtəlif istiqamətlərdə davam etdirilir. İnstitut ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində kompleks elmi-tədqiqat problemlərinin əlaqələndirilməsi üzrə də əsas mərkəzdir. Respublikamızın digər elmi-tədqiqat idarələrində və ali təhsil müəssisələrində bu sahədə aparılan tədqiqatların və dissertasiya mövzularının koordinasiyası, müəyyənləşdirilməsi və qeydə alınması İnstitutun nəzdindəki ədəbiyyatşünaslıq üzrə problem şurası tərəfindən həyata keçirilir.
Ümumiyyətlə, İnstitut fəaliyyət göstərdiyi 70 ildən artıq müddətdə ölkəmizdə ədəbiyyatşünaslıq elminin inkişafında, elmi-nəzəri fikrin müasir tələblər səviyyəsinə qaldırılmasında mühüm xidmətlər göstərmişdir. 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu elmin inkişafındakı xidmətlərinə görə 50 illik yubileyi ilə əlaqədar olaraq «Xalqlar Dostluğu ordeni» ilə təltif edilmişdir. İnstitutun əməkdaşlarından 16 nəfəri keçmiş SSRİ-nin və müstəqil respublikamızın orden və medalları ilə təltif edilmiş, 12 nəfər Əməkdar elm xadimi fəxri adı almış, 6 nəfər Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək29 iyun – 3 iyul tarixlərində A...
19/06/2026

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

29 iyun – 3 iyul tarixlərində Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək.
Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil ediləcək.
“Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyi birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçiriləcək.

https://www.instagram.com/p/DZw0iEUs4Py/?igsh=cDExdHJsbjR6dzd6

https://literature.az/?page=newsDetail&id=103

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkmənistanın Elm Günü tədbirlərində iştirak edibAMEA-nın prezidenti akadem...
18/06/2026

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkmənistanın Elm Günü tədbirlərində iştirak edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Aşqabad şəhərində Türkmənistanın Elm Gününə həsr edilmiş “Qüdrətli dövlətin yeni epoxasının dirçəlişi dövründə elm, texnologiya və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Türkmənistanın elm və dövlət nümayəndələri ilə yanaşı, Türkiyə, Çin, Rusiya, İtaliya, Çexiya, Bolqarıstan, Yaponiya, Cənubi Koreya, Özbəkistan, Qazaxıstan, Tacikistan Belarus və digər ölkələrin elmi qurumlarının rəhbərləri və nümayəndə heyətləri iştirak və çıxış ediblər.

Konfransın rəsmi açılış mərasimində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin plenar iclasında “Birinci Türkoloji Qurultay kontekstində Azərbaycan və Türkmənistan elmi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş və ortaq tarixi köklərə malik olan türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin kompleks tədqiqinə həsr edilmiş Birinci Türkoloji Qurultayda qardaş Türkmənistandan olan nümayəndələrin fəal iştirakı və ortaq latın əlifbasına keçidə göstərdikləri dəstək diqqətə çatdırılıb. Həmçinin, vurğulanıb ki, Azərbaycan və Türkmənistan Prezidentlərinin qarşılıqlı səfərləri, keçirilən rəsmi görüşlər və imzalanmış sənədlər əlaqələrimizin əhatə dairəsinin müasir dövrdə daim genişlənməkdə olduğunu nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən elmi tədbirlərin, xüsusilə türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin ədəbi irsi sahəsində Azərbaycanda aparılan tədqiqatların, çap olunan kitabların, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhtimqulu Fəraqi Mərkəzinin Azərbaycan-Türkmənistan elmi əlaqələrinin inkişafı istiqamətində əhəmiyyəti haqqında söz açılıb. Eyni zamanda, Türkmənistanın elm adamları tərəfindən böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi, əsərlərinin türkmən dilinə tərcüməsi və nəşrinin iki ölkə əlaqələrinin inkişafına böyük töhfələr verdiyi qeyd edilib.

Tədbir humanitar elmlər, təbiət elmləri, informasiya və kompüter texnologiyaları, nanotexnologiyalar, innovativ iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, tibb və digər elmi istiqamətlərə həsr edilmiş sessiyalar üzrə davam etdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində olub və Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib. AMEA rəhbəri tərəfindən həmçinin Türkmənistanın Milli Kitabxanasında yeni yaradılmış Azərbaycan guşəsinə Azərbaycan Milli Elmlər Akademiyasında çap olunmuş kitablar hədiyyə edilib.

https://www.instagram.com/p/DZuPypNDC75/?igsh=OTUwMTRrd3ZzbHhq

Milli nəğmələr” kitabı nəşr olunub ​AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədə...
17/06/2026

Milli nəğmələr” kitabı nəşr olunub

​AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Asif Rüstəmlinin transfoneliterasiya etdiyi “Milli nəğmələr” kitabı nəşr olunub.
​“Milli nəğmələr”in (poeziya toplusu) elmi redaktoru professor Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru Səhra Rzalıdır. Zaur Hüseynovun lahiyə rəhbərliyi ilə işıq üzü görən toplu ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək nəşr edilib.
​Kitabı nəşrə hazırlayan, ərəb qrafikasından çevirən, lüğət, qeydlər və “Cümhuriyyət ərməğanı” adlı ətraflı ön sözün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.
208 səhifədən ibarət almanaxda Azərbaycan və Türk ədəbiyyatının seçilmiş şeir nümunələri toplanıb. Hazırkı dövlət himnimizin ilk çap mətni olan Cəmo bəyin “Vətən marşı” da almanaxın ön sözündə incələnmiş, müəlliflə bağlı mübhəm məsələlərə aydınlıq gətirilmişdir. “Zərdabi-Nəşr” nəşriyyatında çap olunan kitabda anonim verilmiş 22 şeirin müəllifi müəyyən edilib, eyni zamanda kitabın ərəb qrafikasındakı əsli də yeni nəşrə əlavə olunub.

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri04-08 İyun 2026-cı il tarixlərində Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri çərç...
16/06/2026

Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri

04-08 İyun 2026-cı il tarixlərində Aşqabadda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Aşqabadda keçirilən türkmən və azərbaycanlı şairlərin – XVIII əsrin böyük söz ustaları Məhtimqulu Fəraqi və Molla Pənah Vaqifin ədəbi irsinə həsr olunmuş xüsusi tədbir Azərbaycan və Türkmənistanın mədəni əlaqələrinin inkişafında, türk dünyasının ortaq ədəbi və mənəvi irsinin tanıdılmasında önəmli rol oynadığı diqqət mərkəzində olmuşdur.
Tədbirdə Azərbaycan və Türkmənistan ədəbiyyatşünasları, alimlər, mədəniyyət xadimləri və tələbələr iştirak etmişlər. Məruzələrdə Məhtimqulu və Vaqifin yaradıcılığı, onların milli-mənəvi dəyərlərin qorunması və realizm-humanizm ənənələrinin formalaşmasında rolu müzakirə olunuş və şairlərin poeziyasının türk xalqları arasında ortaq ədəbi irs olaraq qiymətləndirilməsinə xüsusi diqqətyeirilmişdir.
Tədbir çərçivəsində poetik oxu və bədii qiraət sessiyaları təşkil olunuş, Məhtimqulu və Vaqifin seçilmiş əsərləri türkmən və azərbaycanlı ifaçılar tərəfindən səsləndirilmişdir. Tədbirdə, eyni zamanda onların həyat və yaradıcılığını əks etdirən sərgi və vizual təqdimatlar da nümayiş etdirilmişdir.
Açılış mərasimində çıxış edən rəsmi şəxslər belə tədbirlərin xalqlar arasında dostluq və mədəni əməkdaşlığı möhkəmləndirilməsində, gənc nəslin klassik ədəbiyyatımızla tanışlığınının artırılmasında böyük rol oynadığını xüsusi vurğulamışlar.
Konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nəşriyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbovanın “Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək səviyyədə – alqışlarla qarşılanmışdır. Töhfə Talıbova Azərbaycan və Türkmənistanın tarix, dil, adət-ənənə və milli dəyərlər baxımından bir-birinə yaxın olan dost və qardaş ölkələr olduğunu xüsusilə vurğulamışdır: “Hər iki xalq ortaq türk mədəniyyətinə mənsub olduğu üçün onların əlaqələri əsrlər boyu qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuşdur. Bu münasibətlərin daha da möhkəmlənməsində ədəbi-mədəni tədbirlərin xüsusi rolu vardır. Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri də bu baxımdan böyük əhəmiyyət daşıyır”.
Fil.f.d., dosent Töhfə Talıbova çıxışı zamanı on da qeyd etmişdir ki: “Vaqif və Məhtimqulu yalnız öz xalqlarının deyil, bütün türk dünyasının mənəvi sərvətinə çevrilmiş görkəmli şəxsiyyətlərdir. Onların yaradıcılığında vətən sevgisi, insanpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və yüksək bədii-estetik düşüncə öz əksini tapmışdır. Bu böyük sənətkarların əsərləri əsrlər keçsə də, öz aktuallığını qoruyub saxlayaraq, xalqlar arasında dostluq və qardaşlıq körpüsü rolunu oynadığına görə, onların yaradıcılığı təkcə Azərbaycan və Türkmənistan ədəbiyyatının deyil, bütövlükdə türk mədəniyyətinin inkişafında mühüm rol oynamışdır”.
Tədbir iştirakçıları Vaqif və Məhtimqulu irsinin gələcək nəsillərə çatdırılması, onların əsərlərinin beynəlxalq səviyyədə daha geniş təbliği və ortaq elmi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışlar.
Konfrans türk dünyasının ədəbi və mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm platforma kimi qiymətləndirilmişdir.
Tədbirin sonunda iştirakçılar Azərbaycan-Türkmənistan mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, iki ölkə arasında ortaq ədəbi irsin qorunması və təbliği istiqamətində yeni təşəbbüslərin həyata keçiriləcəyinə dair razılığa gəlmişlər.

15/06/2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən videoçarx hazırlanıb.

Həmin videoçarxı diqqətinizə təqdim edirik.

Aşıq yaradiciliği: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” adli beynəlxalq elmi konfrans keçiriləcək09-1...
10/06/2026

Aşıq yaradiciliği: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” adli beynəlxalq elmi konfrans keçiriləcək

09-10 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Mədəniy­yət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu və Azərbay­can Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əmək­dar Mədə­niyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubile­yinə həsr olunmuş “AŞIQ YARADICI­LIĞI: TƏŞƏK­KÜLÜ, İNKİŞAF MƏRHƏLƏLƏRİ VƏ MÜASİR İSTİQA­MƏTLƏ­Rİ” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Aşıq yaradıcılığı, söz, saz və sənət vəhdətini özündə birləş­dirən aşıq sənəti Azərbaycan xalqının əsrlər boyu formalaş­mış, min illər boyu cilalanmış, saflaşmış və hafizələrə, milli təfəkkürümüzə əbədi həkk olunmuş tarixi yaddaşını, zəngin mənəvi-mədəni irsini, mənəvi dəyərlərini, adət-ənənələrini və dünyagörüşünü nəsildən-nəslə ötürən ən mükəmməl və ən mühüm mədəni hadisəsi olmaqla yanaşı, həm də, ən qiymətli və dumduru xalq yaradıcılığının nümunəsidir. Bu yaradıcılıq sahəsi özündə həm poeziyanı, həm musiqini, həm də ifaçılıq məharətini birləşdirərək milli kimliyimizin qorunmasında və təbliğində əvəzsiz rol oynayır. Aşıq sənətinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması Azər­baycan mə­dəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Aşıq ənənəsi Azərbaycanla yanaşı, digər türk xalqlarının da folklor və ədəbi mühitində mühüm yer tutur. Qəhrəmanlıq, məhəbbət, vətənpərvərlik, humanizm kimi ümumbəşəri ideyaları özündə əks et­dirən aşıq yaradıcılığı türk dünyasının mədəni əlaqələrinin, ortaq ədəbi dəyərlərinin və milli kimliyinin qorunub saxlanılmasında mühüm rol oynayır. Bu baxımdan aşıq sənətinin öyrənilməsi Türk xalqları ədəbiyyatının tarixi inkişaf mərhələlərinin və qarşılıqlı mədəni təsirlərinin araşdırılması üçün geniş imkanlar yaradır.
Konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Almaniya, Orta Asiya respublikaları və digər dövlətlərdən alimlər iştirak edəcəklər. Konfrans çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında sazlı-sözlü ədəbi-bədii gecənin keçirilməsi və Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər nəzərdə tutulur.
Konfransın əhatə edəcəyi mövzular:
Azərbaycan aşıq mühiti; inkişaf yolu, xarakter və çağdaş durumu
Azərbaycan aşıq mühitində Borçalı aşıqlarının rolu
Azərbaycan aşıq məktəbləri və onların nümayəndələri
Azərbaycan aşıq sənəti və estetik düşüncə tərzi
Çağdaş ustad aşıqlar
Aşıq yaradıcılığı və aşıq sənətinin araşdırılması məsələləri
Türk xalqlarında aşıq sənəti və onun təzahür formaları
Türk xalqları aşıq yaradıcılığında oxşar və fərqli cəhətlər
Dastan yaradıcılığını inkişafında aşıqların rolu
Milli-mədəni irsimizin yaşadılmasında aşıq sənətinin mövqeyi
Aşıq yaradıcılığı və sənətinin elmi-nəzəri konteksti
Aşıq yaradıcılığının janr və formaları.
Aşıqlarımızın dili
Aşıqlarımızın əsərlərinin leksik-linqvistik xüsusiyyətləri
Aşıqlarımızın yaradıcılığında onomastik vahidlər

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus.

Konfransda iştirak forması: Canlı və onlayn

Konfransın təqvimi:
Tezislərin son göndərilmə tarixi – 15 sentyabr 2026-cı il.
Qəbul olunan tezislərin elan tarixi – 1 oktyabr 2026-cı il.
Məruzələrin son göndərilmə tarixi – 5 oktyabr 2026-cı il.
Konfransın tarixi – 9-10 oktyabr 2026-cı il.
Tezislləri və məruzələrin mətnlərini aşağıdakı e-maillərə göndərməyinizi xahiş edirik:
[email protected] ; [email protected] ; [email protected]

Konfransın təşkilatçıları:
Azərbaycan Mədəniyyət Nazirliyi; Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; AMEA Nəsimi adına Dilçilik İnstitutu; AMEA Folklor İnstitutu; Azərbaycan Aşıqlar Birliyi.

Tezizlərin yazı qaydaları:
Tezislər Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir; Tezislər 400-500 sözdən ibarət, Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval - 1,5 olmaqla yazılmalıdır; Tezisin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır: Sağ tərəf -1sm, sol tərəf - 3sm, aşağı hissə - 2 sm, yuxarı hissə - 2sm; Tezisin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir; Tezisin mətni Azərbaycan, türk və rus dilində yazılarsa ingilis dilində xülasə tələb olunur; Tezisin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq 5-7 açar söz göstərilməlidir.
Konfransda canlı və onlayn şəkildə edilən məruzə mətnləri dərc ediləcəkdir. Məruzə mətnləri 12 şrift, sətirlərarası interval 1,5 olmalıdır. Məruzə mətni 7-20 səhifə olmalıdır.
Konfransda iştirak ödənişsizdir.

TƏŞKİLAT KOMİTƏSİ

Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ 1143, Hüseyn Cavid prospekti, 117. Akademiya şəhərciyi, Əsas bina.

Tel.: (+994 12) 510 35 71; +994 50 776 77 77
e-mail: [email protected] ; [email protected] ; [email protected]

Türkmənistan Dövlət Universitetində Səməd Vurğunun 120 illiyinə həsr olunan tədbir keçirilibTürkmənistanda Azərbaycan Mə...
08/06/2026

Türkmənistan Dövlət Universitetində Səməd Vurğunun 120 illiyinə həsr olunan tədbir keçirilib

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Universitetində görkəmli söz ustadı, dramaturq, ictimai xadim, akademik, SSRİ Dövlət mükafatları laureatı, Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğunun çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanır. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər qələmə alıb.
Qeyd olunub ki, keçmişə ehtiram və gələcəyə inam S.Vurğunun yaradıcılığında xüsusi yer tutur. Şairin əsərləri XX əsrin 50-ci illərində türkmən dilinə tərcümə edilərək nəşr olunubib, pyesləri Türkmənistan teatrında səhnələşdirilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov “Səməd Vurğunun yaradıcılığında vətən mövzusu” adlı məruzəsində bildirib ki, Xalq şairinin ədəbi irsi əsasən ana yurdun tərənnümündən ibarətdir. Söz sənətkarının əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.
“Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi" mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru Rahibə Əliyeva, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbova da Xalq şairinin zəngin irsinin ideya-bədii xüsusiyyətlərindən söz açıblar.
Türkmən tələbələr şairin şeirlərini Azərbaycan və türkmən dilində söyləyiblər.
Bədii qiraətçi Hüseynağa Aslanov şairin poetik irsindən nümunələr səsləndirib.

https://www.instagram.com/p/DZUWHTZDHep/?img_index=2&igsh=NXBuYTFjZHR2bzJ3

https://literature.az/?page=newsDetail&id=91

Ədəbiyyat İnstitutunun CBC Azərbaycan Televiziyasının CBC FM Radiosu ilə birgə layihəsi olan "Ədəbi portretlər" layihəsi...
08/06/2026

Ədəbiyyat İnstitutunun CBC Azərbaycan Televiziyasının CBC FM Radiosu ilə birgə layihəsi olan "Ədəbi portretlər" layihəsində 100-dən çox ədəbi şəxsiyyət haqqında verilişin hazırlanması nəzərdə tutulub. Artıq qırxdan çox klassikimiz haqqında çəkilən buraxılışlarda Ədəbiyyat İnstitutunun alimləri şair və yazıçılara dair çıxışlar etmiş, onların həyat və yaradıcılığına aid maraqlı məqamları işıqlandırmışlar.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin "Ədəbi portretlər" layihəsində Hüseyn Cavid haqqında çıxışını təqdim edirik.

https://www.instagram.com/reel/DZUYjEVs16T/?igsh=aDYxYmZiNjJ0dTFv

Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında rom...

Akademik İsa Həbibbəyli “Springer” nəşriyyatının nümayəndəsi ilə görüşübAMEA-nın prezidenti akademik İsa Həbibbəyli Polş...
03/06/2026

Akademik İsa Həbibbəyli “Springer” nəşriyyatının nümayəndəsi ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Polşa Elmlər Akademiyasının Sistem Araşdırmaları İnstitutunun əməkdaşı, “Springer” nəşriyyatının 7 kitab seriyasının və iki jurnalının baş redaktoru, süni intellekt üzrə tanınmış mütəxəssis akademik Janusz Kacprzyk ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli AMEA-da həyata keçirilən islahatlar, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib. Qeyd edib ki, bu gün Akademiyada humanitar və ictimai elmlər üzrə mühüm tədqiqatlar aparılır və süni intellektin bu elm sahələrində tətbiqi imkanları araşdırılır.
Akademiyanın elmi nəşrlər sahəsində zəngin təcrübəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu gün AMEA-nın Rəyasət Heyəti və institutları tərəfindən 30-dan artıq jurnalın çap edildiyini bildirib. Diqqətə çatdırıb ki, bu nəşrlərdən 5-i nüfuzlu “Scopus” bazasına daxildir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. AMEA rəhbəri digər elmi jurnalların da səviyyəsinin qaldırılması, “Scopus” və “Web of Science” kimi nüfuzlu bazalara daxil edilməsi istiqamətində işlər həyata keçirildiyini söyləyib.
Bu günlərdə AMEA tərəfindən ölkəmizdə süni intellektə həsr edilmiş ilk jurnalın təsis olunduğunu deyən akademik İsa Həbibbəyli nəşrin ingilis dilində fəaliyyət göstərəcəyini bildirib, bu istiqamətdə “Springer” nəşriyyatı ilə birgə əməkdaşlıq imkanlarını təklif edib. Həmçinin Akademiyada işıq üzü görən sanballı nəşrlərin və keçirilən nüfuzlu konfransların materiallarının “Springer”də çapı ilə bağlı təkliflərini bildirib.
Sonra çıxış edən akademik Janusz Kacprzyk “Springer” nəşriyyatında rəhbəri olduğu kitab seriyaları barədə məlumat verib, səsləndirilən təkliflərə dair şəxsi təcrübəsini bölüşüb. O, həmçinin AMEA ilə gələcək əməkdaşlıq istiqamətlərinə dair təkliflərini təqdim edib.
AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov isə çıxışında humanitar və ictimai elmlərdə süni intellektin tətbiqi mövzularında akademik kitab seriyalarının “Springer” nəşriyyatında çapını təklif edib.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Qonaq, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası, buradakı Meridian zalı və Akademiya muzeyi ilə tanış olub, AMEA-nın tarixi barədə məlumatlandırılıb.
Görüşdə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, akademik Əli Abbasov, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov, Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri Fariz İmranov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli və baş mütəxəssis Aida Tağıyeva iştirak ediblər.

https://www.instagram.com/p/DZHY5qHjEIY/?igsh=MnBpN2FjOXloYmE=

Address

Hüseyn Cavid Prospekti, 117. Akademiya şəhərciyi, Əsas Bina
Baku
AZ1143

Alerts

Be the first to know and let us send you an email when Ədəbiyyat İnstitutu-rəsmi səhifə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ədəbiyyat İnstitutu-rəsmi səhifə:

Share