Milli Kibertəhlükəsizlik Agentliyi - National Cybersecurity Agency

  • Home
  • Azerbaijan
  • Baku
  • Milli Kibertəhlükəsizlik Agentliyi - National Cybersecurity Agency

Milli Kibertəhlükəsizlik Agentliyi - National Cybersecurity Agency Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi
📞1654
Xətai prospekti 16, Baku, Azerbaijan AZ1008

Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün onlayn maarifləndirmə tədbiri keçirilib Gəncə şəhər İcra Hakimiyyətinin...
16/09/2026

Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün onlayn maarifləndirmə tədbiri keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi ilə qurumun əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.

“Onlayn mühitdə təhlükəsizlik” və “Kibergigiyena qaydaları” mövzularını əhatə edən tədbirin əsas məqsədi əməkdaşların rəqəmsal risklər barədə məlumatlılığını artırmaq, kibertəhdidlərin vaxtında müəyyənləşdirilməsinə və qarşısının alınmasına dəstək olmaq olub.

Tədbirdə 50 əməkdaş iştirak edib. İştirakçılara müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, internetdən təhlükəsiz istifadə qaydaları və kiber risklərdən qorunma üsulları barədə məlumat verilib.

Tədbir çərçivəsində real nümunələr əsasında müzakirələr aparılıb və gündəlik iş prosesində qarşılaşa biləcəkləri təhlükələrdən qorunma yolları izah edilib. Təlimin sonunda iştirakçıların mövzu üzrə bilik səviyyəsini qiymətləndirmək məqsədilə test keçirilib.

Məktəblilər və gənclər üçün “Kiberdünyanın sirli qapıları” mövzusunda onlayn maarifləndirmə təlimi keçirilibRəqəmsal İnk...
15/09/2026

Məktəblilər və gənclər üçün “Kiberdünyanın sirli qapıları” mövzusunda onlayn maarifləndirmə təlimi keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin iştirakı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər və gənclər üçün “Kiberdünyanın sirli qapıları” mövzusunda onlayn maarifləndirmə təlimi təşkil olunub.

Təlim zamanı Milli Kibertəhlükəsizlik Agentliyinin əməkdaşı tərəfindən “Kiberdələduzluq və fişinq cəhdlərinin müəyyən edilməsi”, “Kiberbullinqdən qorunma”, “Onlayn mühitdə mövcud risklər”, “Şifrlərin etibarlı şəkildə qorunması” və “Sosial şəbəkələrdən təhlükəsiz istifadə” ilə bağlı təqdimatlar keçirilib.

İştirakçıların diqqətinə rəqəmsal mühitdə qarşılaşa biləcəkləri əsas təhlükələr çatdırılıb, bu risklərin minimuma endirilməsi yolları izah olunub və təhlükəsiz internet istifadəsi ilə bağlı praktiki tövsiyələr təqdim edilib.

Maarifləndirmə təliminin keçirilməsində əsas məqsəd iştirakçıların kibertəhlükəsizlik üzrə məlumatlılığının artırılması, onlarda kibergigiyena vərdişlərinin formalaşdırılması və rəqəmsal mühitdə təhlükəsiz davranış prinsiplərinə dair biliklərin möhkəmləndirilməsi olub.

15 sentyabr – Bilik Günü münasibətilə bütün şagirdləri, tələbələri və müəllimləri təbrik edir, yeni tədris ilində onlara...
15/09/2026

15 sentyabr – Bilik Günü münasibətilə bütün şagirdləri, tələbələri və müəllimləri təbrik edir, yeni tədris ilində onlara uğurlar və nailiyyətlər arzulayırıq!

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə məlumatlılığı artırmaq üçün bizi izləməyə davam edin!
09/09/2026

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə məlumatlılığı artırmaq üçün bizi izləməyə davam edin!

🕊️ Rəqəmsal mühitdə sülh mədəniyyətini birlikdə qoruyaq!Unutmayaq ki, hər bir paylaşım, şərh və mesaj onlayn mühitin for...
09/09/2026

🕊️ Rəqəmsal mühitdə sülh mədəniyyətini birlikdə qoruyaq!

Unutmayaq ki, hər bir paylaşım, şərh və mesaj onlayn mühitin formalaşmasına təsir edir. Buna görə də rəqəmsal platformalarda etik davranmaq, başqalarının hüquq və ləyaqətinə hörmətlə yanaşmaq hər birimizin üzərinə düşən vəzifədir.

“Sülh Aylığı” çərçivəsində onlayn məkanda qarşılıqlı hörmət və anlayışı gücləndirək, təhlükəsiz və sağlam ünsiyyət mühitinin formalaşmasına birlikdə dəstək olaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Bayram Şirinov ...
04/09/2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Bayram Şirinov ABŞ-nin Las-Veqas şəhərində keçirilən “Fal.Con 2026” beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak edib.

Konfransda süni intellekt dövründə kibertəhlükəsizlik, yeni nəsil SOC yanaşmaları, təhdid kəşfiyyatı, bulud və identifikasiya təhlükəsizliyi, eləcə də insidentlərin avtomatlaşdırılmış idarə olunması müzakirə edilib. Həmçinin süni intellekt əsaslı təhlükəsizlik həlləri, yeni nəsil SIEM və orkestrasiya platformaları təqdim olunub, sahə üzrə ekspertlərlə müasir kibertəhdidlər və qabaqcıl beynəlxalq təcrübə ətrafında fikir mübadiləsi aparılıb.

“Fal.Con 2026” kibertəhlükəsizlik rəhbərlərini, SOC mütəxəssislərini, təhdid araşdırmaçılarını, insidentlərə cavab üzrə mütəxəssisləri və aparıcı texnologiya şirkətlərinin nümayəndələrini bir araya gətirib. Konfrans müasir kibertəhdidlərin qiymətləndirilməsi, qabaqcıl texnologiyaların təhlükəsizlik əməliyyatlarına inteqrasiyası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

MKA əməkdaşı “ISCR 2026” beynəlxalq simpoziumunda iştirak edibMilli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Elmir...
31/08/2026

MKA əməkdaşı “ISCR 2026” beynəlxalq simpoziumunda iştirak edib

Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşı Elmir Quluzadə Cənubi Koreyanın Seul şəhərində keçirilən “ISCR 2026” – “International Symposium on Cybercrime Response” beynəlxalq simpoziumunda iştirak edib.

Koreya Milli Polis Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri, beynəlxalq təşkilatlar və qlobal informasiya texnologiyaları şirkətlərinin təmsilçiləri bir araya gəlib.

Simpoziumun əsas müzakirə mövzuları arasında süni intellekt və digər qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilən kibercinayətlərlə mübarizə, rəqəmsal ekspertiza, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və kibertəhdidlərə qarşı texnoloji imkanlarının inkişaf etdirilməsi yer alıb.
 
Tədbir çərçivəsində iştirakçılar yeni yaranan kibertəhdidlərə qarşı beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi istiqamətində təcrübə mübadiləsi aparıblar.

Tarixi, zəngin təbiəti və özünəməxsus ruhu ilə seçilən Laçın bu gün yenidən qurulur, inkişaf edir və müasir şəhər kimi ö...
26/08/2026

Tarixi, zəngin təbiəti və özünəməxsus ruhu ilə seçilən Laçın bu gün yenidən qurulur, inkişaf edir və müasir şəhər kimi öz simasını yenidən formalaşdırır.

Azərbaycanda sahəvi CERT-lərin formalaşdırılması istiqamətində mühüm addımMilli Kibertəhlükəsizlik Agentliyinin (MKA) də...
21/08/2026

Azərbaycanda sahəvi CERT-lərin formalaşdırılması istiqamətində mühüm addım

Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi və tövsiyəsi ilə AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC nəqliyyat sektoru üzrə sahəvi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik “FIRST” təşkilatına üzv qəbul edilib.

“FIRST” üzvlüyü “AzInTelecom” MMC-nin beynəlxalq CERT icması ilə əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübə və bilik mübadiləsinin aparılması, habelə kibertəhdidlər və insidentlər barədə məlumat mübadiləsi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, nəqliyyat sektorunun kiberdayanıqlılığının gücləndirilməsinə və sektorda kibertəhlükəsizlik üzrə institusional imkanların inkişafına töhfə verəcək.

Daha ətraflı: https://www.cert.az/news/2026/azerbaycanda-sahevi-cert-lerin-formalasdirilmasi-istiqametinde-muhum-addim

Address

Xətai Prospekti 16, Azerbaijan
Baku
AZ1008

Website

Alerts

Be the first to know and let us send you an email when Milli Kibertəhlükəsizlik Agentliyi - National Cybersecurity Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share