Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

  • Home
  • Azerbaijan
  • Baku
  • Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

Suların İstifadəsinə  və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

💧5 İyun - Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür.
04/06/2026

💧5 İyun - Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günüdür.

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentli...
04/06/2026

5 İyun – Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib, Xidmətin son bir il ərzində hesabatı dinlənilib.

Tədbirdə ADSEA-nın sədri Zaur Mikayılov, Agentliyin məsul əməkdaşları, Xidmətin rəhbər heyəti və struktur bölmə rəhbərləri, həmçinin “SEDAM” MMC-nin kollektivi iştirak edib.

Əməkdaşların fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədilə inzibati bina müasir standartlara uyğun şəkildə yenidən qurulub və təchiz edilib.

İnzibati bina ilə tanışlıqdan sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən son bir il ərzində görülən işlərə dair hesabat dinlənilib.

Hesabat dövründə Xidmətin regionlarda yerləşən inzibati binalarında təmir işləri aparılıb, ölkə üzrə rejim-müşahidə quyuları və hidroloji məntəqələr bərpa edilib, yeni məntəqələrin quraşdırılması işlərinə başlanılıb.

Bundan əlavə, yeni xüsusi təyinatlı nəqliyyat vasitələri alınıb, köhnə nəqliyyat vasitələri isə təmir edilərək istismara yararlı vəziyyətə gətirilib.

Tədbir çərçivəsində Xidmət tərəfindən su və su təsərrüfatı obyektləri üzrə monitorinqlərin daha operativ aparılması, müşahidə məlumatlarının vahid platformada toplanması, təhlili və səmərəli idarə olunması məqsədilə yaradılmış “Monitorinqlərin Elektron İdarəetmə Sistemi” (MEİS) iştirakçılara təqdim edilib.

Qeyd olunub ki, sistem vasitəsilə çaylar, göllər, su anbarları, hidrotexniki qurğular və suvarma şəbəkələri daxil olmaqla su və su təsərrüfatı obyektləri üzrə monitorinqlər planlı şəkildə təşkil edilir və idarə olunur.

Bununla yanaşı, “Cərimə Protokollarının İdarəetmə Sistemi” (CPİS) modulu ilə də tanışlıq olub. Bildirilib ki, modul ciddi hesabat blanklarının dövriyyəsinə və prosessual müddətlərə riayət olunmasına nəzarəti gücləndirməklə yanaşı, tərtib edilmiş aktlar, protokollar, cərimələr, ziyan məbləğləri, ödənişlər və digər zəruri məlumatlara rəhbərlik tərəfindən operativ baxışın təmin edilməsinə və nəzarət prosesinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.

Sistemə nəzarət tədbirləri nəticəsində hazırlanmış sənədlərin və məlumatların daxil edilməsi həm ayrı-ayrı regionlar, həm də ölkə üzrə ümumiləşdirilmiş hesabatların hazırlanmasını və ixracını mümkün edir.
Həmçinin, nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti əməkdaşlar yaxa kameraları ilə təmin olunublar.

İclasın sonunda hesabat qəbul olunub və vurğulanıb ki, tətbiq olunan rəqəmsal həllər məlumatların elektron arxivləşdirilməsinə, iş proseslərinin sürətləndirilməsinə, idarəetmənin təkmilləşdirilməsinə və ümumi məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində Su Eh...
03/06/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində Su Ehtiyatları Agentliyi İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin tərkibində fəaliyyət göstərəcək Həmkarlar İttifaqı Komitəsinin təsis olunması ilə bağlı iclas keçirilib.

Tədbirdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üzrə Həmkarlar İttifaqı Komitəsinin yaradılması məsələsi müzakirəyə çıxarılıb və səsvermə keçirilib.

Ümumi səsvermənin nəticələrinə əsasən, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti üzrə Həmkarlar İttifaqı Komitəsinin yaradılması və Xidmətin Ümumi sektorunun müdiri Səyavuş Həsənzadənin komitənin sədri seçilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin aparatından nümayəndələr səsvermə yolu ilə Komitənin üzvləri kimi təsdiq ediliblər.

Komitənin əsas məqsədi Xidmət əməkdaşlarının əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini təmin etmək, onların sosial rifahının yüksəldilməsinə töhfə vermək, eləcə də işçi–işəgötürən münasibətlərinin sağlam və konstruktiv əsaslarda qurulmasına dəstək göstərməkdir.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi Az...
01/06/2026

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur regional bölməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən təşkil olunan dəyirmi masa və əmək yarmarkasında iştirak edib.

Tədbir zamanı regional bölmənin kadr potensialının gücləndirilməsi məqsədilə Xidmətin fəaliyyət sahələri, mövcud iş imkanları, eləcə də işə qəbul mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Qeyd edək ki, yarmarkada 21 müəssisə tərəfindən 90-dək vakansiya təqdim olunub.

28 May - Azərbaycanın Müstəqillik Günü
27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Qurban bayramınız mübarək!
26/05/2026

Qurban bayramınız mübarək!

25/05/2026

Suqovuşan su anbarı və magistral kanallar 1976-cı ildə istismara verilib. Su anbarının ümumi su tutumu 5,86 milyon kubmetrdir. Bəndin üstdən uzunluğu 630 metr, hündürlüyü 28 metr, eni isə 10 metrdir.

Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan Tərtər rayonunda 24,5 min, Ağdərə ərazisində 14,4 min, Goranboy rayonunda 7 min, Yevlax rayonunda 5,9 min, Bərdə rayonunda 12,6 min, Ağdam rayonunda 30 min, Ağcabədi rayonunda 2 min hektar olmaqla, ümumilikdə, 96 min hektardan çox torpaq sahəsinin su təminatında ciddi çətinliklər yaranmışdı. Su anbarında aparılan təmir-bərpa işləri həmin torpaq sahələrinin suvarılması işinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, başlanğıcdan 5,2 kilometr sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan sağ sahil və sol sahil magistral kanallarına verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Ölkə başçısı Suqovuşan su anbarını işə salıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Şərur və Sədərək rayon icra hakimiyyətlərinin və Azərbaycan Dövlət Su Ehti...
22/05/2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Şərur və Sədərək rayon icra hakimiyyətlərinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin birgə təşkilatçılığı ilə Şərur rayon İcra Hakimiyyətində “Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə” mövzusunda tədbir keçirilib.

Tədbirdə suyun qorunması və səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyətindən danışılıb.

Həmçinin iştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb.

Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıv...
15/05/2026

Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəisi Səttar Nəsirov və Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Şahbuz rayonunda vətəndaşlarla görüş keçiriblər.

Görüş zamanı vətəndaşların şikayət və müraciətləri dinlənilib, problemlər aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.

13/05/2026

Köndələnçay su anbarları kompleksi Köndələnçay çayının məcrasında, Füzuli rayonunun Dövlətyarlı, Yuxarı Yağlıvənd və Mirzəcamallı kəndlərinin ərazilərində yerləşir.

Kompleksə Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları daxildir.

Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. Onun ümumi su tutumu 3,9 milyon kubmetr, hündürlüyü 14 metrdir.

1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr, hündürlüyü 23,35 metrdir.

Kompleksin ən böyük su anbarı isə 1980-ci ildə istismara verilən Aşağı Köndələnçaydır. Su anbarının su tutumu 9,5 milyon, hündürlüyü 25 metrdir.

İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarlarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

10 may 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Address

Moskva Prospekti 67, AZ 1012 Bakı, Azərbaycan
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share