Vətəndaş Həmrəyliyi Partiyası

Vətəndaş Həmrəyliyi Partiyası Vətəndaş Həmrəyliyi Partiyası 26 sentyabr 1992-ci ildə təsis edilib. Hal-hazırda VHP Milli Məclisdə 3 deputatla təmsil olunur.

VHP Milli Məclisdə millət vəkili sayına görə 2-ci partiya olduğu üçün ana müxalifət partiyası hesab olunur. VHP-nin respublikanın 12 bələdiyyəsində təmsil olunur. VHP-nin 1 muxtar respublika və 82 bölgə təşkilatı fəaliyyət göstərir.

Ermənistanda cəmiyyət və siyasi elita çox kəskin şəkildə qütbləşibVHP sədrinin müavini Samir Əsədli qeyd edib ki, 7 iyun...
02/06/2026

Ermənistanda cəmiyyət və siyasi elita çox kəskin şəkildə qütbləşib

VHP sədrinin müavini Samir Əsədli qeyd edib ki, 7 iyun səsverməsi Ermənistanın Rusiyanın tam təsir dairəsindən çıxıb birdəfəlik Qərbə inteqrasiya edib-etməyəcəyini göstərən tarixi bir sınaqdır: "Ermənistanda cəmiyyət və siyasi elita çox kəskin şəkildə qütbləşib. Bir tərəfdə regional layihələrin açılmasını, Azərbaycanla sülh müqaviləsini, konstitusiya islahatlarını dəstəkləyən və ölkəni Avropa ailəsinə inteqrasiya etməyə çalışan Paşinyan hakimiyyəti, digər tərəfdə isə birbaşa Moskvanın diktəsi ilə hərəkət edən revanşist qüvvələr var. Lakin sorğulardan və təbliğatın gedişatından görünən odur ki, xalq növbəti bir müharibədən və fəlakətdən qorxduğu üçün müxalifətin radikal çağırışlarını rədd edir. Vladimir Putinin Ermənistanı Ukrayna ssenarisi ilə təhdid etməsi və rusiyalı ekspertlərin qaz qiymətlərini qaldırmaq hədələri erməni seçicisini qorxutmaq əvəzinə, rəsmi Yerevanın ətrafında daha sıx birləşməyə sövq edib".

Ermənistan siyasi tarixlərinin ən taleyüklü və gərgin dövrlərindən birini yaşayır. Bu kontekstdə ölkədə keçiriləcək 7 iyun parlament seçkiləri sıradan bir səsv…

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, Səhiyyə Komissiyasının sədri, tibb elmləri doktoru, professo...
02/06/2026

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, Səhiyyə Komissiyasının sədri, tibb elmləri doktoru, professor Vəli Əsmətovun doğum günüdür.

Vəli müəllim siyasi fəaliyyətə Milli Azadlıq Hərəkatı dövründən qoşulmuş, Vətəndaş Həmrəyliyi Partiyasının qurucu üzvlərindən biri kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, dövlətçilik prinsiplərinə sadiqliyi, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində göstərdiyi xidmətlər və yüksək vətəndaş məsuliyyəti ilə hər zaman hörmət və rəğbət qazanmışdır.

Eyni zamanda, professor Vəli Əsmətov Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr vermiş, uzun illər ərzində səmərəli elmi-pedaqoji fəaliyyət göstərərək minlərlə tələbənin yetişməsində əvəzsiz rol oynamışdır. Alim, müəllim və vətəndaş olaraq o, cəmiyyətə xidmətin ən gözəl nümunəsini nümayiş etdirmişdir.

Bəzi ömürlər yalnız yaşanmış illərlə deyil, insanlara bəxş etdiyi dəyərlərlə, yetişdirdiyi nəsillərlə və xalqa xidmətləri ilə ölçülür. Professor Vəli Əsmətovun həyat yolu da məhz belə mənalı və zəngin ömürlərdəndir. Elmə sədaqəti, peşəsinə bağlılığı, insanlara olan səmimi münasibəti və yüksək mənəvi keyfiyyətləri onu cəmiyyətimizin seçilən ziyalılarından birinə çevirmişdir.

Professor Vəli Əsmətovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi nailiyyətlər və ictimai fəaliyyətində davamlı uğurlar arzulayırıq.

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Xətai rayon təşkilatının sədri, partiyanın Ali Məclisinin üzvü Kəmalə xanım Səfərli...
01/06/2026

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Xətai rayon təşkilatının sədri, partiyanın Ali Məclisinin üzvü Kəmalə xanım Səfərlinin doğum günüdür.

Kəmalə xanım 1997-ci ildən etibarən Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında fəaliyyət göstərir. O, müxtəlif illərdə özək təşkilatının sədri, rayon təşkilatının qadınlar şöbəsinin sədri, məclis üzvü və rayon təşkilatı sədrinin müavini kimi məsul vəzifələrdə çalışaraq partiyanın inkişafına dəyərli töhfələr verib. 2021-ci ildən isə VHP Xətai rayon təşkilatına uğurla rəhbərlik edir.

Partiyanın qadın hərəkatının fəallarından biri olan Kəmalə xanım hər zaman yüksək təşkilatçılıq qabiliyyəti, prinsipial mövqeyi və yorulmaz fəaliyyəti ilə seçilib. O, VHP ideyalarına sədaqəti, milli-mənəvi dəyərlərə bağlılığı və ictimai-siyasi proseslərdə fəallığı ilə həm partiya üzvlərinin, həm də onu tanıyanların dərin hörmətini qazanıb.

Kəmalə xanım təkcə bacarıqlı təşkilatçı və ictimai fəal deyil, eyni zamanda ailəsinə bağlı, övladlarının tərbiyəsinə böyük diqqət ayıran fədakar ana nümunəsidir. Onun həyat yolu zəhmətkeşliyin, əzmkarlığın və vətənə, xalqa xidmətin parlaq örnəyidir.

Doğum günü ilə bağlı Kəmalə xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni-yeni uğurlar və ictimai-siyasi fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq. Qoy həyatının hər günü sevinc, uğur və xoşbəxtliklə müşayiət olunsun!

Doğum gününüz mübarək, hörmətli Kəmalə xanım!

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Samir AsadLi nin doğum günüdür. Samir bəy 18-...
01/06/2026

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Samir AsadLi nin doğum günüdür. Samir bəy 18-cı doğum günündən VHP üzvüdür və hər doğum gününü həm də partiya üzvlüyünün ildönümü kimi qeyd edən sadiq VHP-çidir. Təşkilatçılığı, siyasi təfəkkürü və aktiv fəaliyyəti ilə partiya rəhbərliyində mövqe tutan Samir bəy bütövlükdə ölkənin ictimai-siyasi həyatında fəal siyasətçi kimi tanınıb. Azərbaycan gənclər hərəkatından tutmuş milli-demokratik düşərgənin mübarizəsinədək hər məqamda o öndə olub. Dostları arasında dürüstlüyü, açıqsözlüyü və prinsipiallığı ilə seçilən Samir bəy bütün VHP ailəsi üçün ən sevimli şəxslərdəndir. Dəyərli Samir bəyi təbrik edir, ona həyatda və siyasi fəaliyyətində uğurlar arzulayırıq

28/05/2026

Sabir Rüstəmxanlı -80
Ədəbi-bədii gecədən videosujet

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq Şairi Sabir Rüstəmxanlı 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan x...
28/05/2026

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq Şairi Sabir Rüstəmxanlı 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz bacılar və qardaşlar!

28 May - Müstəqillik Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür və firavan günlər arzulayıram.

1918-ci il mayın 28-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin və onun məsləkdaşlarının tarixi iradəsi, milli düşüncəsi və fədakarlığı nəticəsində Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət xalqımızın taleyində silinməz iz qoydu, dövlətçilik ənənələrimizin təməlini formalaşdırdı. Dövlət və ordu quruculuğu, elm, təhsil, iqtisadiyyat, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən mühüm addımlar milli istiqlal düşüncəsinin əbədiyaşarlığını sübut etdi.

70 illik sovet işğalı və repressiyalar belə azadlıq ruhunu xalqımızın qəlbindən silə bilmədi. XX əsrin sonlarında xalqımız yenidən istiqlal mübarizəsinə qalxarkən məhz Cümhuriyyət ideallarına söykəndi, üçrəngli bayrağımızı yenidən dövlətimizin başı üzərinə ucaltdı.

Bu gün qurucu babalarımızın müqəddəs əmanəti olan üçrəngli bayraq ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan üzərində qürurla dalğalanır. Bu müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiram və minnətdarlıqla anırıq.

Hörmətli həmvətənlər!

28 May yalnız bir bayram deyil, millətimizin azadlıq iradəsinin, dövlətçilik əzminin və gələcəyə inamının təntənəsidir. Bu tarix həm də Bütöv Azərbaycan idealına gedən yolun başlanğıcıdır.

Bir daha hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edirəm. Tanrı Azərbaycanı qorusun, dövlətimizi və bayrağımızı daim uca etsin!”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbr...
27/05/2026

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qurban bayramı mərhəmət və xeyirxahlıq bayramıdır. Qoy ürəklərimizdən mərhəmət əskik olmasın!

Tarixin ən qədim qatlarından gələn bu gözəl bayramın hamınıza düşərli olmasını arzulayır, hamınıza Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət diləyirəm. Vətənimizin bütövləşməsi, millətimizin birliyi, dövlətimizin güclənməsi, xalqımızın firavanlığı, vətəndaşlarımızın xoşbəxtliyi niyyətilə kəsdiyiniz qurbanları və etdiyiniz duaları Allah qəbul etsin.

Bayramınız mübarək olsun!”

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Azərbaycan D...
27/05/2026

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında möhtəşəm ədəbi-bədii gecə keçirilib.

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında möhtəşəm ədəbi-bədii gecə keçirilib.Bakupost.az xəbər verir ki,

YAZIÇININ GÖRDÜYÜ ŞAİRBu günlərdə “Apostrof-A“  nəşriyyatında yazıçı -publisist  Nurəddin  Ədiloğlunun Xalq şairi Sabir ...
26/05/2026

YAZIÇININ GÖRDÜYÜ ŞAİR

Bu günlərdə “Apostrof-A“ nəşriyyatında yazıçı -publisist Nurəddin Ədiloğlunun Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr etdiyi kitab işıq üzü görüb. Kitabın redaktoru filosof şair Rəfail HƏBİBOĞLUDUR. Fəlsəfə elmləri doktoru, professor Rahid ULUSELİN kitaba yazdığı “YAZIÇININ GÖRDÜYÜ ŞAIR” adlı ön sözü oxuculara təqdim edirik.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Sabir Rüstəmxanlının zəngin və polifonik bədii yaradıcılığı, aktual problemlərin nüvəsinə baş vuran publisistikası, zaman və xalqla birgə addımlayan, ədalət və həqiqət prinsipiallığını yaradıcı təbiətində hifz edən ədəbi, ictimai və siyasi fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur. Çünki o, milli amallara, vətəndaş fəallığı, sayıqlığı və uzaqgörənliyinə, eyni zamanda, ümumbəşəri həssaslığa sahib və sadiq yazıçı olaraq özü daim söz, fikir və mübarizə meydanının episentrində olmağa çalışmışdır. Sabir Rüstəmxanlı yaradıcılığı özündə yarım əsrdən çox müddətdə Azərbaycan ədəbiyyatının inkişaf ritmini ən dərin və görsənişli çalarları ilə yaşatmış, xüsusilə milli ədəbiyyatımızın vətənpərvərlik patetikasını Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Rüstəm Behrudi ilə birlikdə qüvvətləndirərək, onun aparıcı fikir səmtinin xüsusi poetik mərama və tendensiyaya çevrilməsində önəmli rol oynamışdır.
Mən Sabir Rüstəmxanlı haqqında üç kitab və bir çox məqalələr yazmışam. Ancaq qələm dostum Nurəddin Ədiloğlunun Sabir Rüstəmxanlıya həsr etdiyi yeni kitabı saysız orijinal keyfiyyətləri ilə ona görə diqqətəlayiqdir ki, biz burada bir şair – bir azman poeziya Ustadı haqqında bir alimin, bir araşdırıcının deyil, məhz bir yazıçının refleksiyalarla süslənmiş analitikasını görürük. Çünki Nurəddin Ədiloğlu akademik Rafael Hüseynovun Sabir Rüstəmxanlının“Azərbaycannamə” adlandırdığı 15 cildlik əsərlərindən ən seçmələrini çox diqqətlə, həm də özünəməxsus yanaşma tərzi ilə, yazıçı emosionallığı ilə təhlil edir, həmin əsərlərin ideya mayasını, poetik özəlliyini üzə çıxarır.
Fikrimcə, Nurəddin Ədiloğlunun bizim ədəbiyyatşünaslıqda geniş araşdırılan Sabir Rüstəmxanlı fenomeninə həsr edilmiş kitabının yaratdığı dolğun təəssürat bundan ibarətdir: Sabir Rüstəmxanlının poeziyası, nəsri, publisistikası və ictimai-siyasi fəaliyyəti bir-birinə kölgə salan yox, əksinə, bir-birini tamamlayan, bir-birini qüvvətləndirən dörd yaradıcı sahənin vəhdətidir. Sabir Rüstəmxanlının ayrıca olaraq bədii sənəti isə müstəsna qavramda dünyanın mənəvi zənginliklərini özünə mənimsəmiş bir poetik yaradıcılıqdır.
Müəllif haqlı olaraq göstərir ki, dünyanı içən Sabir Rüstəmxanlı poeziyası sanki üç mərhələni yaşayır: “Dünya”“Azərbaycan”dan keçərək “Əsər” olur. Burada meyar – Azərbaycandır. Şairlə Dünya arasında Azərbaycan var.
Azərbaycanın qəbul etmədiklərini Şair qəbul edə bilmir. Çünki Azərbaycan sınanmış bir torpaqdır. Buradan təkcə dəvələr, karvanlar, tacirlər, xəzinələr yox, sivilizasiyalar, mədəniyyətlər, ictimai-siyasi quruluşlar, hakimiyyətlər gəlib keçib. Ancaq elə-belə ötüb keçməyib. Azərbaycan o qədər zəngin təmələ malikdir kökləri o qədər dərinə işləyib ki, hər yoldan ötəni qəbul edə bilməzdi. Ona görə də topladıqları onu “ağırlaşdırmayıb”, əksinə, maddi və mənəvi enerjiyə çevrilərək, onu daha da güclü və çevik edib. Əlbəttə, onu qara yellər çox qaralayıb. Ancaq Azərbaycan köklü tarixi metamorfozalara uğrasaydı, çoxdan aşınmış, yox olmuşdu. Hətta Azərbaycan iki yerə parçalansa da, bütövlüyünü heç zaman bir kimsənin sarsıda bilməyəcəyi mənəvi dayaqlarını özündə qoruyub-saxlamağı bacarıb. Əgər Azərbaycan belə bir sarsılmaz təmələ, təcrübəyə, dünyagörüşünə maliksə, ondan özgə kimə və nəyə bel bağlamaq, etibar etmək olar?! Ona görə də poeziyadan siyasətə qədər Sabir Rüstəmxanlının bir məhək daşı var – Azərbaycan! Şairin dünya ilə münasibətlərinin bütün yolları və cığırları gəlib bu müqəddəs nöqtədə – Azərbaycanda birləşir. Yalnız bu vəhdət məqamından çıxış etdiyi üçün Şairin sözü və məntiqi ərdəmlidir, müxtəlif ovqat və situasiyalarda, ən çətin və böhranlı anlarda alpərən mövqeyindən enməzlikdədir.
Nurəddin Ədiloğlu bir yazıçı olaraq, ədəbiyyatçılara və geniş oxucu çevrəsinə təqdim etdiyi bu kitabında Sabir Rüstəmxanlının gerçəkdən “fövqəlşair” obrazını yaradıb. Azərbaycan ədəbiyyatını öz ədəbi taleyində yaşadan“fövqəlşair” Sabir Rüstəmxanlı dövrümüzün o ustadlarındandır ki, zəngin yaradıcılığının bütün istiqamətləri onun ədəbi, mədəni, ictimai, siyasi həyata çevik reaksiyaları ilə yoğrulan bir mədəniyyət əxlaqını formalaşdırmışdır. Azərbaycan xalqının tarixi taleyi və milli mədəniyyətimizin inkişafı ilə bağlı elə bir ciddi hadisə yoxdur ki, Sabir Rüstəmxanlı ona öz münasibətini bildirməsin. Xüsusilə millətimizin və ədəbiyyatımızın varlığına qarşı yönəlmiş təhdidlərə, təhrif və azdırmalara Azərbaycan yazıçısının sözü həmişə tuşlanmış vəziyyətdə, barmağı həmişə tətikdə olmuşdur. Uzun onilliklər boyu – ən kəskin və sərt zamanlarda belə – Sabir Rüstəmxanlı məhz belə bir missiyanı daşımağı özünə şərəf bilmişdir. Bu aramsız ədəbi mücadilə həyatı Sabir Rüstəmxanlının sözünə və məntiqinə ifrata varmamaq meyarı ilə düşünmək, əks qütblərdə – bir sapıntıda mədhiyyəçilik və bəlağətə, digər sapıntıda inkarçılıq və nihilizmə dirənməmək keyfiyyəti qazandırmışdır. Əsərlərindəki bu başlıca keyfiyyət onun fəaliyyətinin poeziyadan publisistikaya, nəsrdən elmi tədqiqatlara, məktublaşmalardan müraciət, çıxış və bəyanatlara qədər bütün istiqamətlərini birləşdirən qaynaq özəllikdir. Həmin özəlliyi şərtləndirən əsas səbəblərdən biri də Sabir Rüstəmxanlının özünü daim Azərbaycan mədəniyyətinin qaynar yaradıcı mühitində, onun ön cinahında hiss etməsidir.

Rahid Ulusel,
Fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının üzvü

Mayın 25-də Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.G...
26/05/2026

Mayın 25-də Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Görüş Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə baş tutub.

Mayın 25-də Prezident Administrasiyasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə görüş keçirilib. Musavat.com xəbər verir ki, görüş Prezident Administrasiyasının Siyasi partiya...

Address

Murtuza Muxtarov 185
Baku

Telephone

+994502423583

Website

Alerts

Be the first to know and let us send you an email when Vətəndaş Həmrəyliyi Partiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Vətəndaş Həmrəyliyi Partiyası:

Share