Bakı Şəhər Gənclər və İdman İdarəsi

Bakı Şəhər Gənclər və İdman İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bakı Şəhər Gənclər və İdman İdarəsi, Government Organization, Adil Babayev 5, Baku.

06/06/2026
5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.
05/06/2026

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

5 iyun 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Xəzər G...
05/06/2026

5 iyun 2026-cı il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 84 illiyi münasibətilə Şağan qəsəbə məzarlığında yerləşən məzarı ziyarət olunub.

Tədbir iştirakçıları mərhum sənətkarın əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Hamlet Xanızadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. O, “Xəyyam” tamaşasında Həsən Sabbah, “İblis”də İblis, “Vaqif”də Qacar, “Dəli yığıncağı”nda Molla Abbas, “Atabəylər”də Nizami, “Şöhrət və ya unudulan adam”da doktor, “Fırına” tamaşasında Antonio kimi yaddaqalan obrazları yüksək peşəkarlıqla canlandırıb.

Görkəmli aktyor həmçinin Möcüzələr Adası, Bizim Cəbiş Müəllim, Yeddi Oğul İstərəm, O Qızı Tapın, Axırıncı Aşırım, Arxadan Vurulan Zərbə, Qərib Cinlər Diyarında, Babək, Nizami, Köhnə Bərə, İmtahan və Qətl Günü kimi filmlərdə yaratdığı obrazlarla Azərbaycan mədəniyyətində silinməz iz qoyub.

Qeyd edək ki, Hamlet Xanızadə 1990-cı ildə vəfat edib. Onun zəngin yaradıcılığı bu gün də sənətsevərlər tərəfindən böyük rəğbətlə xatırlanır.

5 iyun 2026-cı il tarixində “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə Bakı Şəhər Gənclər və İdman ...
05/06/2026

5 iyun 2026-cı il tarixində “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” münasibətilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə Şağan qəsəbəsində yerləşən tarixi abidələrin ətrafında iməclik aksiyası təşkil olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühitin, eləcə də tarixi abidələrin qorunmasının vacibliyini ictimaiyyətin, xüsusilə gənclərin diqqətinə çatdırmaq, onları ekoloji problemlərə qarşı mübarizəyə cəlb etmək və şəhərimizin təmiz saxlanılması istiqamətində fəal iştirak etməyə təşviq etmək olub.

Aksiya çərçivəsində tarixi abidələrin ətrafı məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işləri aparılıb və iştirakçılar arasında ekoloji maarifləndirmə söhbətləri keçirilib.

4 iyun 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, B...
04/06/2026

4 iyun 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə FHN-in kursantları üçün psixo-pedaqoq təlimçi Məsməxanım Hacıyeva tərəfindən “Eqo və özgüvən” mövzusunda psixoloji təlim keçirilib.

Təlim zamanı iştirakçılarla birlikdə eqo və özgüvən arasındakı fərqlər araşdırılıb, bu anlayışların gündəlik həyatımızda davranışlarımıza necə təsir etdiyi müzakirə olunub və müxtəlif situasiyalar üzərində praktiki iş aparılıb.

Təlim boyunca maraqlı fikir mübadilələri, fərqli baxış bucaqları və düşündürücü müzakirələr baş tutub. Bir daha şahid olduq ki, həqiqi özgüvən özünü başqalarından üstün görməkdə deyil, özünü olduğu kimi qəbul etməkdədir.

3 iyun 2026-cı il tarixində Xətai rayonunda “Şahin” hərbi-idman oyununun Xətai rayon birinciliyinin mükafatlandırma məra...
04/06/2026

3 iyun 2026-cı il tarixində Xətai rayonunda “Şahin” hərbi-idman oyununun Xətai rayon birinciliyinin mükafatlandırma mərasimləri keçirilib. Mərasimdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Mamed Rzayev, aparıcı məsləhətçisi Tural İsmayılov iştirak ediblər.

Qalib komandalar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kuboklarla təltif olunublar.

31 may 2026-cı il tarixində Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikbok...
03/06/2026

31 may 2026-cı il tarixində Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Azərbaycan Kikboksinq Federasiyasının və RM Kikboksinq İdman Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə turnir keçirilmişdir.

Turnirdə paytaxtın müxtəlif rayonlarını təmsil edən 28 klub iştirak etmişdir.

Yarışlarda ümumilikdə 300 idmançı mübarizə aparmışdır.

Komanda hesabında:

* I yerə RM İdman Klubu,
* II yerə Arion İdman Klubu,
* III yerə Aslan İdman Klubu layiq görülmüşdür.

Yarışların nəticələrinə əsasən, müvafiq çəki dərəcələri üzrə yer tutmuş qaliblər kubok, medal və diplomlarla təltif olunmuşlar.

03/06/2026

1 iyun 2026-cı il tarixində Nizami rayonu, 251 nömrəli tam orta ümumtəhsil məktəbində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun və məktəbin birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonun təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin iştirakı ilə asfalt üzərində rəsm sərgisi keçirilmişdir.

Əvvəlcə Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev, sektorun əməkdaşları Mənzər Əliyeva və Pərvanə Məhəmmədova, məktəbin direktor müavini Şəbnəm Quliyeva, həmçinin tanınmış rəsm müəllimi Asəf Kərimov çıxış edərək balaca şagirdlərə və valideynlərə öz ürək sözlərini bildirib, təbriklərini çatdırmışlar.

Daha sonra sərgi iştirakçılarının əl işlərinə baxış keçirilmişdir. Həmçinin məktəbin şagirdlərinin ifasında rəqs və mahnı nömrələri təqdim olunmuşdur.

Sərgi başa çatdıqdan sonra idarə tərəfindən bütün iştirakçılara sertifikatlar, məktəbin direktor müavini Şəbnəm Quliyevaya isə yaradılan şəraitə və göstərilən köməyə görə təşəkkürnamə təqdim edilmişdir.

Address

Adil Babayev 5
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhər Gənclər və İdman İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share