20/05/2026
Məktəbin kitabxanasında Fəaliyyət Planının 24-cü bəndinə əsasən şəhid məzunumuz Ceyhun Şalıyevin doğum gününə həsr olunmuş “Unudulmayan igidin
xatirəsi “adlı kitab sərgisi təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himninin İfası ilə başlayan tədbirdə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sərgidə iştirak edən şagirdlərə kitabxana müdiri Səbinə Manafova çıxış edərək şəhidimizin həyat və döyüş yolu haqqında məlumat verib,onun Vətən uğrunda göstərdiyi igidlikdən və fədakarlıqdan danışdı.
Şagirdlər kitab sərgisi ilə tanış olub ,igid qəhrəmanımıza həsr olunmuş “Şəhid Ceyhun Dastanı “adlı kitabındakı mətn,şeirləri oxuyub və Ceyhun ömründən geriyə qalan fotoşəkillərə baxdılar.Hər foto onun gənclik arzularını,ailəsi və dostları ilə keçirdiyi anları,Vətənə olan sevgisini bir daha yada saldı .Şagirdlər oxuduqları kitab haqqında fikirlərini irəli sürüb,topladıqları məlumatları bölüşdülər.
Tədbirin davamında kitabxanaçı Nuridə Bayramova şəhidimizə həsr olunmuş kitabı şagirdlərimizə mütaliə üçün təqdim etdi.
Əziz Ceyhun ,Ana torpağın qoynunda rahat uyu , sən bu xalqın qəlbində və ruhunda əbədi yaşayacaqsan ,Sən Olməzlərdənsən ,And yerimizsən !
Ülvilər sırasındakı doğum günün mübarək ,bizim QƏHRƏMANIMIZ!