23/11/2024
“Peşə Təhsilinin İnkişafı Fondu” PHŞ və “TÜV Austria Azərbaycan”MMC arasında əməkdaşlıq.
Peşə Təhsilinin İnkişafı Fondu və TÜV Austria Azərbaycan arasında peşə təhsili sahəsində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı təşviq etmək niyyəti ilə bu Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumun məqsədi, PTİF və TÜV Austria Azərbaycan arasında peşə təhsilinin inkişafına dəstək vermək, texniki mütəxəssislərin təlim və sertifikatlaşdırılmasını gücləndirmək və Azərbaycanda peşə təhsili sektorunda beynəlxalq standartların tətbiqini təşviq etmək üçün əməkdaşlıq çərçivəsini yaratmaqdır.Bu əməkdaşlıq “TÜV Austria Azərbaycan “MMC-nin beynəlxalq təcrübəsindən faydalanaraq Azərbaycanda peşə təhsilinin inkişafına dəstək verəcək.