05/06/2026
Şagird , məktəb , müəllim üçbucağının əsasında bilik, zəhmət və əzmkarlıq dayanır. 2025-26 -cı tədris ilində çəkilən zəhmət və əzmkarlıqla ötürülən bilik səviyyəsini yoxlamaq üçün 2–5 iyun tarixlərində məktəbimizdə bütün siniflər üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) təşkil olunmuşdur. Qiymətləndirmə Azərbaycan Respublikasının təhsil standartlarına uyğun olaraq yüksək təşkilatçılıq səviyyəsində, şəffaf və obyektiv prinsiplər əsasında həyata keçirilmişdir. Verilən tapşırıqlar dəqiq meyarlar əsasında şagirdlərin tədris ilinin sonunda əldə etməli olduğu nəticələrin səviyyəsini ölçməyə yönəlmişdir.
Şagirdlərin tədris ili ərzində əldə etdiyi bilik, bacarıq və səriştələr qiymətləndirilmiş, onların inkişaf dinamikası müəyyən edilmişdir.
Əminik ki , bu qiymətləndirmə nəticələri şagirdlərimizin gələcək uğurlarına stimul verəcək, onların daha yüksək nailiyyətlər qazanmasına töhfə olacaqdır. İrəlidə olacaq bütün sınaqlarda şagirdlərimizə uğurlar, qiymətləndirmə prosesinin təşkilində əməyi olan müəllimlərimizə və məktəb kollektivinə isə təşəkkür edirik.