Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Library, Baku.

“28 May-Müstəqillik Günü ilə bağlı “Sən olasan Gülüstan” adlı səyyar sərgi təşkil olunubBakı Şəhər  Mədəniyyət Baş İdarə...
28/05/2025

“28 May-Müstəqillik Günü ilə bağlı “Sən olasan Gülüstan” adlı səyyar sərgi təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Binəqədi rayon 3 nömrəli tam orta məktəbdə 28 May-Müstəqillik Günü ilə əlaqədar "Sən Olasan Gülüstan" adlı səyyar sərgi təşkil edib.

Səyyar sərgidə mövzu ilə əlaqədar Mərkəzi Kitabxananın fondundan seçilən ədəbiyyatlar nümayiş olunub. Mərkəzi Kitabxananın əməkdaşı məktəblilərə, tədbir iştirakçılarına sərgidə nümayiş olunan ədəbiyyatlar haqqında geniş məlumat verib.

Səyyar sərginin təşkil olunmasında məqsəd
Mərkəzi Kitabxananın fondunda 28 May-Müstəqillik Günü mövzusunda yer alan ədəbiyyatlarla oxucuları yaxından tanış etmək olub.

28/05/2025

Solmaz Amanova "Al Beretli İgid Əsgər"Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan nağıl-pyes. Bu pyesdə xalqımızın v...
22/05/2025

Solmaz Amanova "Al Beretli İgid Əsgər"
Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan nağıl-pyes. Bu pyesdə xalqımızın vətənpərvərlik ruhu, qəhrəmanlığı öz əksini tapmışdır.

Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur.
22/05/2025

Bu gün Xalq Artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 107 ili tamam olur.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çarlz Dikkens "Viktiroya dövrü"nün uşaqları. Bu kitaba Çarlz Dikkensin 12 roman...
19/05/2025

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çarlz Dikkens "Viktiroya dövrü"nün uşaqları. Bu kitaba Çarlz Dikkensin 12 romanında yer almış uşaq qəhrəmanları haqqında hekayələri daxildir. Bu gözəl əsərlərdə uşaqların həyatı təsvir olunur. "Kilsə zəngləri", "Balaca Dorit", "Köhnə əşyalar dükanı", "Balaca Nell", "Cəsur və Dürüst oğlan Oliver Tvist" və digər əsərləri oxuduqca cəsur uşaqlarla qarşılaşacaqsınız.

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan "Mənim ilk kitabım" rubrikası...
19/05/2025

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil olunan "Mənim ilk kitabım" rubrikası

"Mənim ilk kitabım" adlı rubrikada Uşaq şöbəsinin balaca oxucuları iştirak edir.

"Mənim ilk kitabım" rubrikasının həyata keçirilməsində məqsəd balaca oxuculara kitaba sevgi hisslərinin aşılanması və onlarda dinləmə qabiliyyətinin formalaşdırılması təşkil edir.

"Aprel qığılcımı" adlı kitabın təqdimatı keçirilibBakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon M...
19/05/2025

"Aprel qığılcımı" adlı kitabın təqdimatı keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 №-li kitabxana filialında yazar Firəngiz Səribəyovanın Aprel şəhidi Emin Bağırova həsr etdiyi "Aprel qığılcımı" adlı kitabın təqdimatı keçirilib.

Təqdimatda ordumuzun şanlı Aprel qələbəsində rolu olan 20 yaşlı Emin Bağırovun şərəfli ömür yolundan bəhs edilib. Bildirilib ki, XTQ-in kiçik giziri Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb. Şəhid Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib.
Ardınca şəhidin yaxınları Emin Bağırovla bağlı xatirələrini bölüşüblər.

Bədii hissədə şəhid Emin Bağırovun xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Mərkəzi Kitabxanada "Ucadan oxu" təşkil olunubBakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkə...
15/05/2025

Mərkəzi Kitabxanada "Ucadan oxu" təşkil olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında "Ucadan oxu" keçirilib.

Tədbirdə R. Əliyev adına 3 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə məktəblilərə kitabxana haqqında ətraflı məlumat verilib. Daha sonra onlar Uşaq şöbəsində yer alan "Dünya Uşaq Ədəbiyyatı İnciləri", "Təbiəti sevək və qoruyaq", "Azərbaycan folklor nümunələri" adlı sərgilərlə yaxından tanış olublar.

Bədii hissədə məktəblilər üçün Mina Rəşidin "Zəfərdir mənim adım" kitabında yer alan "Mən əsgər olacağam”, "Kitab oxu", "Azad Şuşam", "Mənim Doğma Vətənim" adlı şeirlər və uşaq yazarı Fatimə Alxazın "Buku, Qaranlıq və Toki" adlı nağılı oxunub, müəllifi olduğu "Əyləncəli Ensiklopediya" kitabından maraqlı məlumatlar oxunub.

Ardınca "Tap-tapmaca" oyunu keçirilib. Sevda Bəxtiyarın müəllifi olduğu "101 tapmacalı şeir" kitabından səsləndirilən tapmacaların cavablarını məktəblilər cavablandırıblar.

Sonda məktəblilər vətənpərvərlik və kitab mövzusunda şeirlər söyləyiblər, kitabxanadan bəhs olunan "Balaca ev" cizgi filmə baxış keçiriblər.

Bu gün Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın anadan olm...
13/05/2025

Bu gün Əməkdar incəsənət xadimi, tanınmış şair, təmsil ustası, tərcüməçi, publisist, dramaturq Hikmət Ziyanın anadan olmasının 96 ili tamam olur.

"Xalqa bəxş edilmiş ömür" adlı tədbir keçirilib Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mər...
10/05/2025

"Xalqa bəxş edilmiş ömür" adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Xalqa bəxş edilmiş ömür" adlı tədbir keçirib.

Tədbirdə filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstititunun baş elmi işçisi Esmira Fuad, 102 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə ilk olaraq Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında hazırlanmış videoçarx nümayiş olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan söhbət açılıb,  onun fəaliyyəti illərində Azərbaycanın qazandığı nailiyyətlərdən danışılıb.

Sonra "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", Heydər Əliyev və kitab", "Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev", "Tarixi Qarabağ Zəfəri" adlı məruzələr dinlənilib.

Sonda dahi şəxsiyyətə həsr olunmuş "Xalqa bəxş edilmiş ömür" adlı sərgidə yer alan Elmira Axundovanın "Heydər Əliyev-Şəxsiyyət və Zaman", "Əbədiyaşar məhəbbət", Vilayət Quliyev "Böyük insan haqqında xatirələr", "Əbədi ömrün yüz ili" adlı kitablar haqqında geniş məlumat verilib, şeirlər səsləndirilib.


Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi məktəbli oxucular üçün "Ucadan...
26/10/2024

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi məktəbli oxucular üçün "Ucadan oxu" təşkil edib.
Tədbirdə Binəqədi rayon 102 saylı tam orta məktəbin 1b sinif şagirdləri və sinif müəllimi İlahə Əhmədova iştirak edib.
Uşaq şöbəsinin müdiri Səidə Sərdarova məktəbliləri Uşaq şöbəsi ilə yaxından tanış edib. Şöbədə yer alan rəngarəng uşaq ədəbiyyatları ilə zəngin sərgilər haqqında balacalara məlumat verilib. "Kitablar xəzinədir" mövzusunda balaca məktəblilərlə söhbət aparılıb. Məktəblilər kitab və kitabxana haqqında öz fikir və düşüncələrini bölüşüblər. Daha sonra məktəblilərə şöbənin zəngin, rəngarəng kitablardan ibarət fondundan seçilən anlama-qavrama qabiliyyətini inkişaf etdirən nağıllar silsiləsindən olan "Fiffinin nağılı" adlı kitabda yer alan "Böyük olmaq istəyən böcək" nağılı, Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Ramiz Rövşənin balacalar üçün yazdığı "Gəl dost olaq qurbağa" adlı kitabında yer alan "Kirpi", "Heyvanxana sirk deyil", "Çəyirtikə", "Oğuz yemək yeyəndə", "Pərvanələr", "Qarışqa" adlı şeirlər oxunub. Tədbirdə təşkil olunan "Tap-tapmaca" oyununda oxunan tapmacaları balacalar maraqla cavablandırıb.
Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri Patrik Veqanın "Mənim ilk atlasım" adlı kitabla tanış edib. Yer kürəsi, bütün qitələr, ölkələr və paytaxtları, dünya dövlətlərinin bayraqları haqqında qısa məlumatların toplandığı bu kitab məktəbli oxucuların çox xoşuna gəlib.
Tədbirin sonunda "Qarabağ", "Vətən', "Azərbaycan" mövzularında şeirlər səsləndirilib. Məktəblilərin "Zəfər" mövzusunda çəkdikləri rəsmləri nümayiş olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl Dünya nam...
25/10/2024

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Təmiz şəhər” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan TV-də yayımlanan EKOetika TV layihəsinin rəhbəri Orxan Cabbarovla görüş təşkil olundu.

Tədbirdə "Qlobal iqlim dəyişmələrinin azaldılmasında fərdlərin EKOetik davranışları" mövzusunda çıxış edən Orxan Cabbarov, həmçinin bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçdi. Ətraf mühitin mühafizəsinə xidmət edən təlimdə hər bir yer sakinin üzərinə düşən öhdəlik və təbiətə biganə münasibətin nəticəsində baş verən dəyişikliklər haqqında ətraflı məlumat verdi.

Tədbirdə Bakı şəhəri üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları, o cümlədən Binəqədi rayon ərazisində yerləşən 205 nömrəli tam orta məktəbin, 182 nömrəli tam orta məktəbin və Zəngilan rayon Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak etdi. Görüşdə tullantıların çeşidlənərək toplanmasının iqlim dəyişmələrinin təsiri və əhəmiyyəti vurğulanıb. Tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı və sonda bərk məişət tullantıların düzgün idarə edilməsi ilə bağlı maarifləndirici bukletlər paylanıldı.

Address

Baku
AZ1108

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

(012) 562 59 33

Website

Alerts

Be the first to know and let us send you an email when Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi:

Share

Category