Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi, Baku.

Devizi “Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” olan Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi 29 sentyabr 2-18-ci il tarixində təsis olunub. 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

03/06/2026

🎙️📖 Konstitusiya uşaqların dilində səslənir!

📍Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində hazırlanan maarifləndirici videolar üzərində işlər davam edir.

📍Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları uşaqlar üçün sadə, anlaşıqlı və maraqlı formada təqdim etmək, onların hüquqi maariflənməsinə töhfə verməkdir.

📍Videolarda istifadə olunan mətnlərin uşaqlar üçün sadə dildə adaptasiyası və mətn müəllifliyi Tural Cəfərov tərəfindən həyata keçirilib. Səsyazma prosesində isə Azad Azərbaycan Televiziyasının qabaqcıl dublyaj aktyoru Vüsal Murtuzəliyev iştirak edərək mətnlərə peşəkar səs həyatı bəxş edir.

📍İnanırıq ki, uşaqlar öz hüquqlarını nə qədər erkən öyrənsələr, cəmiyyətimizin gələcəyi də bir o qədər ədalətli, məsuliyyətli və hüquq mədəniyyətinə malik olacaq.

📍Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri Sevinc Fədaidir.

👨‍🌾👩‍🌾Uşaqlar gələcəyimiz olmaqla yanaşı, həm də bu günümüzdür.Onların hüquqları sabaha saxlanıla bilməz. Təhlükəsiz yaş...
01/06/2026

👨‍🌾👩‍🌾Uşaqlar gələcəyimiz olmaqla yanaşı, həm də bu günümüzdür.

Onların hüquqları sabaha saxlanıla bilməz. Təhlükəsiz yaşamaq, sevgi görmək, təhsil almaq, fikrini sərbəst ifadə etmək, oyun oynamaq və öz potensialını reallaşdırmaq hər bir uşağın ayrılmaz hüququdur.

Bu gün biz uşaqları təbrik etməklə yanaşı, özümüzə də sual verməliyik: Onların səsini nə qədər eşidirik? Qərarlarımızda onları nə qədər nəzərə alırıq? Hüquqlarını nə qədər qoruyuruq?

Uşaqların xoşbəxtliyi təsadüf deyil; ailənin, cəmiyyətin və dövlətin birgə məsuliyyətinin nəticəsidir.

1 İyun bizə xatırladır ki, hər bir uşaq dəyərlidir, hər bir uşaq eşidilməlidir və hər bir uşaq hüquqları ilə birlikdə böyüməlidir.

Uşaqların hüquqlarını qorumaq, onların gələcəyini deyil, bu gününü qorumaq deməkdir. Gününüz mübarək, əziz uşaqlar! Sizə sülh içində sağlam yaşayacağınız bir dünya diləyirik 💛

Ölkə bir gəmidirsə, kapitanı kim seçir? - Uşaqlar üçün KonstitusiyaQadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyini...
29/05/2026

Ölkə bir gəmidirsə, kapitanı kim seçir? - Uşaqlar üçün Konstitusiya

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiya maddələrini uşaqlar üçün sadə və anlaşıqlı dildə izah edən ilk məqaləni təqdim edirik: "Xalq hakimiyyəti".

Ölkəmizi bir gəmiyə bənzədək. Biz isə bu gəminin sərnişinləriyik. Ancaq burda çoxlu suallar yaranır. Gəmi hansı istiqamətdə gedəcək? Onun kapitanı kim olacaq? Bəs kapitana kimlər kömək edəcək? Yeməyi kim hazırlayacaq? Açıq dənizdə balıqları kim tutacaq və kim bişirəcək? Gəmidəki uşaqlara kim təhsil verəcək? Bəs əmin-amanlıq necə bərpa olunacaq? Cinayətkarları kim cəzalandıracaq? Suallar çox, lap çoxdur. Ancaq Konstitusiyamızda bütün bu sualların cavabları da mövcuddur.

Belə ki, Konstitusiyamızn birinci fəsli Xalq hakimiyyəti adlanır. "Xalq hakimiyyəti" sözü, bəlkə də, sizə bir az çətin görünə bilər. Gəlin bunu sadələşdirək. Xalq – sənsən, sənin valideynlərin, müəllimlərin və dostlarındır. Hakimiyyət isə qərar vermək gücü deməkdir. Yəni, ölkəmizdə ən böyük söz sahibi bizik – xalqdır!

Bəs konstitusiyamızın "Xalq hakimiyyəti” adlanan birinci fəslinin birinci maddəsi nədən bəhs edir? Oxuyuruq: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.

Xalqın nə olduğu ilə bağlı suala isə birinci maddə belə cavab verir: Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir.

Bu zəruri izahlardan sonra gəmi məsələsinə qayıdaq. Gəminin kapitanı da məhz gəminin sakinləri, başqa cür desək, gəmi xalqı tərəfindən seçilir. Müəyyən müddətə gəmini idarəetmə səlahiyyəti xalqın seçdiyi kapitana verilir. O da öz komandası ilə gəmini yəni dövləti idarə edir.

Ancaq gəmi kapitanı və kapitanın komandasının eləcə də digər sərnişinlərin yəni bütöv xalq üçün qanunlara da ehtiyac var. Axı qanunlar olmasa ölkədə ağız deyəni qulaq eşitməz. Bunun üçün də parlament gərəkdir.
Parlamentin üzvlərini yəni deputatları da xalq seçir. Deputatların da işi qanun qəbul etməkdir.

Deməli, xalqın seçdiyi Prezident ölkəni idarə edir. Xalqın seçdiyi parlament isə qanunlar qəbul edir. Xalqın işi təkcə seçki ilə yekunlaşmır. Belə ki, ölkənin yeni Konstitusiyası da ümumxalq səsverməsi yəni referendumla həyata keçirilməlidir. Üçüncü maddədə də bu hüquq öz əksini tapmışdır: “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər”.

Göründüyü kimi, Konstitusiyamızın əsasında Azərbaycan xalqı dayanır. Xalq konstitusiyanı referendumla, prezident vəı parlament hakimiyyətini isə seçki yolu ilə formalaşdırır. İlk maddədə də qeyd edildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Müəllif: Tural Cəfərov

23/05/2026

“Uşaq və şəhər” paneli bir daha vacib bir həqiqəti xatırlatdı: İnklüziv şəhər seçim deyil, hüquqdur.

WUF13 çərçivəsində keçirilən bu panel uşaqların səsinin eşidilməsinin, onların düşüncələrinin cəmiyyət və şəhər planlaşdırılması prosesində nəzərə alınmasının nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Çünki uşaqlar üçün rahat olan şəhər, əslində hamı üçün rahat şəhərdir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyin...
20/05/2026

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Uşaq və şəhər” paneli baş tutub. Panel "WUF13 Urban Expo”da yerləşən QHT Pavilyonunda keçirilib və uşaqların şəhər mühitində təhlükəsizliyi, əlçatanlığı, inklüzivliyi və iştirak hüquqları mövzusunda mühüm müzakirə platformasına çevrilib.

Tədbirdə ekspertlər, təlimçilər, xüsusi pedaqoqlar, yerli və xarici vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək şəhər siyasətində uşaqların hüquq və ehtiyaclarının daha geniş nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Azərbaycan və ingilis dillərində keçirilən panelin moderatoru Yavru Rəhimli layihənin məqsədini iştirakçıların diqqətinə çatdıraraq bildirib:

"Bu gün burada əsas məqsəd şəhərlərə uşaqların gözü ilə baxmaq, onların hisslərini, ehtiyaclarını və baxışlarını ictimai müzakirənin mərkəzinə gətirməkdir. Şəhərlər yalnız memarlıq, infrastruktur və nəqliyyatla ölçülmür; onlar həm də insanların, xüsusilə uşaqların həmin mühitdə özlərini necə hiss etdikləri ilə qiymətləndirilir."

Daha sonra söz Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Sevinc Fədaiyə verilib. O qeyd edib ki, WUF13 uşaqların səsinin daha geniş auditoriyaya çatdırılması üçün mühüm imkan yaradıb:

"Bir şəhəri və ya ölkəni tanımaq üçün onun hündür binalarına deyil, uşaqların gözlərinə baxmaq kifayətdir. Çünki uşaqlar bizə şəhərin nə qədər təhlükəsiz, rahat, mehriban və yaşanıla bilən olduğunu göstərə bilir. Ona görə də bu gün söz uşaqlarındır və onlara burada olduqları üçün minnətdaram".

Panelin əsas fərqləndirici xüsusiyyəti ondan ibarət olub ki, uşaqlar yalnız müzakirə olunan tərəf deyil, eyni zamanda danışan, fikir bildirən və mövqe ortaya qoyan əsas iştirakçılar kimi çıxış ediblər. Onlar şəhərlə bağlı hisslərini, gündəlik qarşılaşdıqları çətinlikləri və gələcəyin şəhəri ilə bağlı arzularını bölüşüblər.

➡️ Davamı şərh bölümündə

Panelin əsas fərqləndirici xüsusiyyəti ondan ibarət olub ki, uşaqlar yalnız müzakirə olunan tərəf deyil, eyni zamanda da...
20/05/2026

Panelin əsas fərqləndirici xüsusiyyəti ondan ibarət olub ki, uşaqlar yalnız müzakirə olunan tərəf deyil, eyni zamanda danışan, fikir bildirən və mövqe ortaya qoyan əsas iştirakçılar kimi çıxış ediblər. Onlar şəhərlə bağlı hisslərini, gündəlik qarşılaşdıqları çətinlikləri və gələcəyin şəhəri ilə bağlı arzularını bölüşüblər.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata ke

Şəhərlər çox vaxt uşaqlar üçün deyil, “orta statistik insan” üçün qurulur.  Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai ...
18/05/2026

Şəhərlər çox vaxt uşaqlar üçün deyil, “orta statistik insan” üçün qurulur. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin WUF 13 - 13-cü Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil etdiyi bu tədbirdə isə söz həssas, fərqli inkişaf xüsusiyyətli uşaqlara veriləcək.

Onlar şəhəri necə görür, necə hiss edir, hansı çətinliklərlə qarşılaşır və necə bir şəhər arzulayırlar — bunu öz dillərində danışacaqlar.

Panel çərçivəsində uşaqların baxış bucağından şəhər mühitinə yenidən baxacaq, inklüzivlik, əlçatanlıq və uşaq hüquqları haqqında vacib mesajlar eşidəcəyik.

✨ Çünki inklüziv şəhər seçim deyil — hüquqdur.

📅 Tarix: 19 may
🕚 Saat: 11:00
📍 Məkan: Bakı Olimpiya Stadionu
📍Area:C
📍Pavilyon adı: AZ NGO
📍Pavilyon nömrəsi: A39.

"Uşaqlar üçün Konstitusiya" layihəsi başladı - Dövlətə, cəmiyyətə və qanuna hörmət hissi formalaşdıracaqMüasir dövrdə uş...
15/05/2026

"Uşaqlar üçün Konstitusiya" layihəsi başladı - Dövlətə, cəmiyyətə və qanuna hörmət hissi formalaşdıracaq

Müasir dövrdə uşaqların hüquq və vətəndaşlıq haqqında biliklərinin zəif olması onların cəmiyyət və dövlət anlayışından uzaq böyüməsinə səbəb olan əsas problemlərdəndir. Gənc nəsil çox vaxt öz hüquq və vəzifələrini təkcə nəzəri səviyyədə deyil, həm də praktiki həyatda tətbiq etmək bacarığından məhrumdur.

Digər tərəfdən, qloballaşma və informasiya bolluğu şəraitində uşaqların düzgün hüquqi-mənəvi istiqamət alması, milli və konstitusiya dəyərləri əsasında vətəndaş mövqeyinin formalaşması xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Konstitusiyanın uşaqlar üçün sadə və başa düşülən dildə izah edilməsi onların hüquq və vəzifələr arasındakı əlaqəni dərk etmələrində mühüm pedaqoji və sosial rola malikdir.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqlar üçün Konstitusiya” layihəsi mövcud uçurumun aradan qaldırılması, uşaqlarda dövlətə, cəmiyyətə və qanuna hörmət hissinin formalaşdırılması baxımından olduqca aktualdır. Layihə uşaqların bilik, davranış və dəyər sistemlərində real dəyişiklik yaratmağa yönəlmiş mühüm təhsil təşəbbüsüdür.

May ayından etibarən öz işinə başlayan “Uşaqlar üçün Konstitusiya” layihəsi çərçivəsində Konstitusiyanın ümumi müddəları (Hakimiyyətin mənbəyi, Xalqın suverenliyi, Xalqın vahidliyi və s.), Dövlətin əsasları (Azərbaycan dövlətinin başçısı, Dövlətin ali məqsədi, Ailə, uşaqlar və dövlət, Din və dövlət, Azərbaycan dövlətinin rəmzləri və s) , Əsas hüquqlar, azadlıqlar və vəzifələr, Dövlət hakimiyyəti (İcra, qanunverici və məhkəmə) bölmələrindən seçilən, uşaqların vətəndaş kimi formalaşmasında xüsusi rolu və əhəmiyyəti olan maddələrin uşaqların başa düşəcəyi anlaşılıqlı dildə, əyani misallar, infoqrafika və vizual vasitələrlə izah olunacaq.

Qeyd edək ki, layihə rəhbəri Birliyin sədri Sevinc Fədai, layihənin eksperti yazıçı-jurnalist Tural Cəfərovdur.

https://qaynarinfo.az/az/usaqlar-ucun-konstitusiya-layihesi-basladi-doevlete-cemiyyete-ve-qanuna-hoermet-hissi-formalasdiracaq

Xəbər verdiyimiz kimi, Bakıda itkin düşmüş körpənin valideynləri müəyyən edilib. Bu barədə “Azərbaycan Uşaqları” İctimai...
06/05/2026

Xəbər verdiyimiz kimi, Bakıda itkin düşmüş körpənin valideynləri müəyyən edilib. Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, azyaşlının anası uşaqdan rəsmi qaydada imtina edib və hazırda faktla bağlı cinayət işi açılıb.

Kəmalə Ağazadə bildirib ki, görüş zamanı ana körpə ilə bağlı məsuliyyət hissi göstərməyib:

“Uşaqdan rəsmi qaydada imtina etdi. Sual verdim ki, ‘bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?’ Çiyinlərini çəkdi...”

Hadisə ictimaiyyətdə geniş rezonans doğurub və müxtəlif reaksiyalarla qarşılanıb. Bir qisim ananı, digər qisim isə onu bu vəziyyətə gətirən sosial səbəbləri kəskin tənqid edir.

Məsələyə münasibət bildirən Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşağın tərk edilməsi tək bir səbəblə izah oluna bilməz və bu, çoxşaxəli sosial-psixoloji problemdir:

“Birincisi, psixoloji hazırlıqsızlıq və travmalar. Bəzi insanlar valideynliyə daxili olaraq hazır olmurlar. Öz uşaqlıq travmalarını sağaltmadan valideyn olan şəxslər məsuliyyətdən qaça bilirlər. İkincisi, sosial-iqtisadi çətinliklər — yoxsulluq, işsizlik və dəstək sisteminin zəifliyi xüsusilə tək anaları yanlış qərarlara yönəldə bilər".

Onun sözlərinə görə, məsələdə cəmiyyət təzyiqi və damğalanma faktoru var. Nikahsız uşaq dünyaya gətirən qadınlara qarşı sosial basqı bəzən uşağın tərk edilməsinə qədər gedib çıxır. Emosional laqeydlik və məsuliyyət hissinin formalaşmamasıdır ki, bu da cəmiyyətin dəyər sistemindəki boşluqlardan xəbər verir.

Bununla belə, Sevinc Fədai vurğulayıb ki, heç bir sosial və ya psixoloji səbəb uşağın tərk edilməsinə haqq qazandıra bilməz:

“Burada söhbət özünü müdafiə edə bilməyən bir insanın – uşağın həyatından gedir. Heç bir səbəb onun təhlükəyə atılmasını və hüquqlarının pozulmasını legitimləşdirə bilməz”.

“Uşaqlar üçün Konstitusiya” layihəsi uşaqlarda erkən yaşdan hüquqi düşüncə və vətəndaşlıq məsuliyyəti formalaşdırmağı hə...
27/04/2026

“Uşaqlar üçün Konstitusiya” layihəsi uşaqlarda erkən yaşdan hüquqi düşüncə və vətəndaşlıq məsuliyyəti formalaşdırmağı hədəfləyir. Layihə çərçivəsində Konstitusiyanın əsas prinsipləri sadə və anlaşılan dildə təqdim olunacaq, 10 məqalə, 10 sosial media məzmunu və 10 video hazırlanacaq. Bütün materiallar uşaqların gündəlik həyatı ilə əlaqələndirilərək interaktiv və cəlbedici formada qurulacaq.

Fotoda layihənin eksperti, yazıçı-jurnalist Tural Cəfərovun bu prosesdə fəal iştirakı əks olunub. Bu təşəbbüs uşaqlara hüquqlarını tanımaqla yanaşı, onları məsuliyyətli və aktiv vətəndaş kimi yetişdirməyə xidmət edir.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi:

Share