Hümmət İctimai Birliyi

Hümmət İctimai Birliyi "Hümmət" İctimai Birliyi

Xocalı rayonun azad olunması, orada qeyri-qanuni məskunlaşmış ermənilərin köçürülməsi, heç vaxt Xocalı soyqırımının qisa...
25/09/2023

Xocalı rayonun azad olunması, orada qeyri-qanuni məskunlaşmış ermənilərin köçürülməsi, heç vaxt Xocalı soyqırımının qisasının alındığı anlamına, yaxud, Xocalı şəhidlərinin ruhlarının rahatlıq tapdığı anlama gəlməməlidir. Biz eynisini onlara yaşatmış olsaq belə, soyqırımı qurbanlarının nə ruhuna rahatlıq gətirə, nə də, o zaman travma almış, işgəncələr görmüş bir insanın psixologiyasını düzəldə bilərik. Xocalı soyqırımı əbədi ermənilərlə aramızda bir göz dağı, qan yaddaşı olacaq. Əgər nə
vaxta o insanları unutsaq, onda yenisini gələcək nəsillər yaşayacaq !

't forget

Şəhid - Rəşad BabayevRəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Bakı şəhəri Nizami...
17/07/2023

Şəhid - Rəşad Babayev

Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur.

1998-ci ildə Bakı şəhəri Nizami rayonu R. Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinfinə getmişdir.

2006-cı ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-cı ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından Cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. 2017-ci ildə ailə həyatı qurmuşdur.

Hərbi xidməti :

Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə "kiçik gizir" rütbəsində, 24 noyabr 2017-ci ildə N saylı hərbi hissədə "gizir" rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.

2016-cı ildə Türkiyənin İzmir şəhərində keçirilən "EFES-2016" beynəlxalq təlimlərinin fəal iştirakçısı olmuş, sertifikat ilə təltif olunmuşdur. 2017-ci ildə 30 aprel – N saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərman ilə təltif olunmuşdur. 28 fevral 2020-ci ildə xidmətdə olduğu N saylı hərbi hissədə keçirilmiş "Cüdo, yunan-roma və sərbəst güləş yarışı"nda yüksək nəticələr əldə etdiyinə görə fəxri fərman ilə təltif olunmuşdur. 25–28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı :

Azərbaycan Ordusunun giziri olan Rəşad Ağabəy oğlu Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zaman Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Babayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin !

Şəhid Emin Bağırov.Allah rəhmət eləsin !Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıd...
16/07/2023

Şəhid Emin Bağırov.

Allah rəhmət eləsin !

Emin Bağırov 1996-cı il 15 iyulda Bakı şəhərində anadan olub. 2014-cü ildə Bakıda 182 nömrəli məktəbi bitirmişdir.

Emin Bağırov idmanın 7 növü ilə (kikboks, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boks) məşğul olmuş, nailiyyətlər əldə etmiş və diplomlarla mükafatlandırılmışdır. Zenit İdman Klubunda, Gilan İdman Klubunda, Binəqədidə uşu-sando üzrə mükafatlar alıb. 2014-cü ildə Emin Bağırov uşu-sando idman növü üzrə Azərbaycan birinciliyini qazanmışdı.
Emin Bağırov 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.

*Aprel döyüşləri*

Əsgər Emin Bağırov, 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşləri zamanı şəhid olmuşdur. Aprelin 6-da isə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda dəfn edilmişdir

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Pray for Turkey !🙏🙏🙏
09/02/2023

Pray for Turkey !

🙏🙏🙏

Vəfatının 67-ci ilində Məhəmməd Əmin Rəsulzadəni qürur və iftixarla anırıq!Ruhu şad olsun!
06/03/2022

Vəfatının 67-ci ilində Məhəmməd Əmin Rəsulzadəni qürur və iftixarla anırıq!

Ruhu şad olsun!

Hümmət İctimai Birliyi olaraq Su çərşənbənizi təbrik edir, sizlərə ruzili, bərəkətli və su kimi təmiz ömür arzulayırıq!
22/02/2022

Hümmət İctimai Birliyi olaraq Su çərşənbənizi təbrik edir, sizlərə ruzili, bərəkətli və su kimi təmiz ömür arzulayırıq!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov cəmi 22 yaşında düşmənlə qeyri-...
07/02/2022

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov cəmi 22 yaşında düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Daha sonra düşmənin öz silahlarından öz müdafiəsi üçün istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. İyunun 19-u 2010-cu ildə, səhər saatlarında qeyri-bərabər döyüşdə Mübariz qəhrəmancasına şəhid olub.

Qanın yerdə qalmadı, Qəhrəman!
Ruhun şad olsun!
Bütün şəhidlərimizi dərin ehtiramla anırıq!

Məhəmməd Əmin Rəsulzadəni 138-ci doğum günündə hörmət və ehtiramla anırıq!Məmməd Əmin Rəsulzadə - Azərbaycanlı ictimai v...
31/01/2022

Məhəmməd Əmin Rəsulzadəni 138-ci doğum günündə hörmət və ehtiramla anırıq!

Məmməd Əmin Rəsulzadə - Azərbaycanlı ictimai və dövlət xadimi, görkəmli siyasətçi, publisist. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri olub, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindəndir. Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir.

Azərbaycan xalqı Dirçəliş günün qeyd edir.1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində q...
17/11/2021

Azərbaycan xalqı Dirçəliş günün qeyd edir.

1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı...

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular.

Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi.

Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər. Belə olduqda, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hökumətinin beləmünasibətinə qarşı mitinqlər keçirir, öz etirazlarını bildirirdilər.

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.

"Hümmət" təşkilatının yaradıcısı və Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəni hörmətlə anırıq.Məhəmməd Ə...
16/11/2021

"Hümmət" təşkilatının yaradıcısı və Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəni hörmətlə anırıq.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində, rus dilində davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.

Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi. Lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu.XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır. İosif Stalinlə şəxsi əlaqələri olduğu üçün Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi:

" R.S.F.S.R. Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvü. 7/XI-1920. XI Ordunun Xüsusi şöbəsinin rəisinə. Xüsusi şöbədə həbsdə saxlanılan Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadəni azad olunmuş hesab edib, qatara mənim sərəncamıma göndərin.
7/XI-1920-ci il. Respublika Hərbi İnqilab Şurasının üzvü, Xalq Komissarı Stalin "
Həbsdən azad edilən Məhəmməd Əmin Rəsulzadə ailəsi ilə görüşərək Moskvaya yola düşmüşdür. Moskvada bir müddət RSFSR Millətlər Komissarlığında çalışan Rəsulzadə, oradan Peterburqa, sonra Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi.

1922-ci ilin sonlarından Məhəmməd Əmin Rəsulzadə İstanbulda fəaliyyətə başladı. O, xaricdəki dağınıq halda fəaliyyət göstərən mühacirlər haqqında belə yazmışdır:

" Bulunduğumuz mühacirət şərtləri daxilində Azərbaycan davası naminə birləşmək milli davanı yaşatmış və yaşadan fikir sistem və nümayəndələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və hisslərdən sıyrılaraq fikrə önəm vermək lazımdır"
8 noyabr 1934-cü ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov Paris ətrafında, vəfat etmişdir.Onun dəfnində Məhəmməd Əmin Rəsulzadə və bütün respublikaların sürgündə olan hökumətlərinin nümayəndələri iştirak etmişdir. Onlar Topçubaşovun həyat və fəaliyyəti barədə çıxış etmişdir. Məzarı başında çıxış edən Məhəmməd Əmin Rəsulzadə demişdir:

" Xanımlar, bəylər! Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçısını müsafiri olduğumuz Fransa torpağına əmanət buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhumun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan bəy adının mənasını tamamilə anlatmaq, mövzunu bütün şümülü ilə qavramaq qətiyyən mümkün deyildir. Yetmiş beşi haqlayan yaşının heç olmasa əllisini, mərhum durmadan, yorulmadan camaat işinə və millət yoluna vermişdir. Əlli il ömür; yarım əsrlik həyat! Qoca bir dövr!… Bəli, Əli Mərdan bəyin geçinməsi ilə biz, milli həyatımızda başlı-başına bir dövrü təmsil edən mühüm şəxsiyyətdən ayrılırıq; çünki, Topçubaşi Əlimərdan bəyin ismi müəyyən bir nəsli və müəyyən bir dövrü andırır. Rusiyada ali təhsil görmüş, Türk və müsəlman ziyalısını barmaqla saymaq qəbul olduğu bir zamanda idi ki, Əli Mərdan bəy meydana çıxmışdı.
…Çox çəkməz məmləkət qurtular; və o zaman mütəşəkkir millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin vətən torpağına götürər və xatirəni əbədiləşdirər…

Budur sənə söyləyəcəyim son söz! … Sənə bizlərdən minlərlə rəhmət ! … Sənə bizlərdən minlərlə hörmət!! …
Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı.

Martın 8-də Ankaranın Hacı Bayram məscidində Məhəmməd Əmin Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi. Bundan əlavə cənazənin önündə "Azərbaycan Kültür Dərnəyi", "Yardımlaşma Dərnəyi", "Milli Kitabxana", "Türk Kitabxanaçılar Dərnəyi", "Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi", "Qəzetəçilər Cəmiyyəti" təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı. Cənazə zamanı Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlunun, Mirzə Bala Məmmədzadə, Həmdulla Sübhi Tanrıövərin, Sədri Məqsudi, Cəfər Seyidəhməd Krımər, Abdulla Battal Taymas, Zəki Vəlidi Toğan kimi görkəmli şəxslər də çıxış etdilər. Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.
Vəfatı ilə bağlı Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlara misal olaraq Türkiyədə nəşr edilən "Dünya", "Birlik", İranda çap olunan "Aram", "İrani-Nov" qəzetləri, Almaniyada yayımlanan "Azadlıq" radiosunu göstərmək olar. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və bununla da öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə "Sühən" jurnalında yazırdı:

" Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir."

Yeniliklərdən anında xəbərdar olmaq üçün Whatsapp qrupumuza qoşulun.
14/11/2021

Yeniliklərdən anında xəbərdar olmaq üçün Whatsapp qrupumuza qoşulun.

WhatsApp Group Invite

Hümmət —Azərbaycanda və bütün islam dünyasında ilk milli sosial demokrat təşkilat olmuşdur."Hümmət" İctimai Birliyi olar...
13/11/2021

Hümmət —Azərbaycanda və bütün islam dünyasında ilk milli sosial demokrat təşkilat olmuşdur.
"Hümmət" İctimai Birliyi olaraq məqsədimiz gəncliyə töhfə vermək, dövlətçilik və millətçilik prinsiplərinə sadiq qalmaq, dövlətə və xalqa xidmət etməkdir. Müstəqliyyimizin qorunub saxlanılması, habelə, işğaldan azad olunmuş torpaqlarımızın inkişafında və tanıdılmasında xidmət göstərmək. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlər zamanı şəhid olmuş və qazi olaraq qayıtmış qəhramanlarımızın unudulmaması istiqamətində və gənc nəsilə təbliğində fəaliyyət göstərməkdir.

Address

Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Hümmət İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Hümmət İctimai Birliyi:

Share