Fərid Məmmədov

Fərid Məmmədov DOST Agentliyinin İdarə Heyətinin sədri Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var.

Fərid Məmmədov 1977-ci ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Universitetinin Bank işinin təşkili ixtisası üzrə bakalavr, 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.

2012-2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura səviyyəsində təhsil alıb. Müxtəlif dövlət orqanlarında, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında, özəl sektorda, habelə tanınmış xarici şirkətlərdə ekspert və rəhbər vəzifələrdə çalışıb, eyni zamanda bir sıra beynəlxalq layihələrin eksperti, layihə koordinatoru və meneceri olub.

13 dekabr 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

21/09/2026
🇦🇿 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günüdür! 🇦🇿🇬🇧 20 September marks Khankendi, Khojaly, Kho...
20/09/2026

🇦🇿 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günüdür! 🇦🇿

🇬🇧 20 September marks Khankendi, Khojaly, Khojavend and Aghdara City Day! 🇦🇿

🇦🇿 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!2023-cü il sentyabrın 19-20-də həyata keçirilən l...
20/09/2026

🇦🇿 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpası təmin edildi və dövlətçilik tariximizin mühüm səhifələrindən biri kimi xalqımızın yaddaşına yazıldı.

🇬🇧 20 September marks the State Sovereignty Day of the Republic of Azerbaijan!

The local anti-terror measures carried out on 19–20 September 2023 resulted in the full restoration of Azerbaijan’s state sovereignty, marking a significant chapter in our nation’s history.

🇦🇿 AZE“DOST Çağrı Mərkəzi 142”nin cari ilin yanvar-avqust ayları üzrə fəaliyyətinin nəticələrini müzakirə etdik.Bu müddə...
18/09/2026

🇦🇿 AZE

“DOST Çağrı Mərkəzi 142”nin cari ilin yanvar-avqust ayları üzrə fəaliyyətinin nəticələrini müzakirə etdik.

Bu müddətdə Çağrı Mərkəzi tərəfindən 940 minə yaxın zəng cavablandırılıb. Operatorun cavabını gözləmə müddəti orta hesabla 12 saniyə, xidmət müddəti isə 2 dəqiqə 46 saniyə təşkil edib.

İclasda fəaliyyət göstəricilərini nəzərdən keçirdik, xidmət keyfiyyətinin daha da artırılması və gələcək addımlarla bağlı müvafiq tapşırıqlar verdik.

🇬🇧 ENG

We reviewed the performance of the DOST Call Center 142 for January–August of this year.

During this period, the Call Center handled nearly 940,000 calls. The average wait time for an operator was 12 seconds, while the average service time was 2 minutes and 46 seconds.

We reviewed the key performance indicators and provided guidance on further improving service quality and the next steps.

🇦🇿 AZE DOST Agentliyinin İdarə Heyətinin növbəti iclasını keçirdik.İclasda İctimaiyyətlə əlaqələr və kommunikasiya depar...
18/09/2026

🇦🇿 AZE

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclasını keçirdik.

İclasda İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin yanvar-avqust ayları, Abşeron DOST Mərkəzinin isə cari ilin ilk 6 ayı üzrə fəaliyyət hesabatlarını dinlədik. Gündəlikdə duran cari məsələləri və təqdim olunan prosedur sənədini müzakirə etdik, görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verdik.

🇬🇧 ENG

We held another meeting of the Management Board of the DOST Agency.

During the meeting, we reviewed the January–August performance of the Public Relations and Communications Department and the results of the Absheron DOST Center for the first half of the year. We also discussed current operational matters and a revised procedural document, and provided guidance on the next steps.

Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin direktoru İvan Barbaliçin rəhbərlik etdiyi nümayəndə heyətini D...
16/09/2026

Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin direktoru İvan Barbaliçin rəhbərlik etdiyi nümayəndə heyətini DOST Agentliyində qarşıladıq.

Görüşdə DOST konsepsiyasını, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatları, eləcə də rəqəmsal nailiyyətlərimizi təqdim etdik. DOST təcrübəsinin paylaşılması və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq.

🇬🇧 ENG

We welcomed a delegation led by Ivan Barbalić, Director of the Labour and Employment Agency of Bosnia and Herzegovina, to the DOST Agency.

During the meeting, we presented the DOST concept, Azerbaijan’s reforms in labour, employment and social protection, as well as our digital achievements. We also exchanged views on sharing the DOST experience and explored opportunities for future cooperation.

📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagird və tələbələri təbrik edir, onlara təhsildə uğurlar, yeni biliklər v...
15/09/2026

📚 15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagird və tələbələri təbrik edir, onlara təhsildə uğurlar, yeni biliklər və parlaq nailiyyətlər arzulayırıq!

🇦🇿 AZE“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusu...
11/09/2026

🇦🇿 AZE

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “Yaşıl və rəqəmsal sosial xidmət modeli: DOST təcrübəsi” mövzusunda dəyirmi masa keçirdik.

Tədbirdə DOST-un yaşıl və rəqəmsal sosial xidmət modelini təqdim etdik. Bildirdik ki, hazırda göstərdiyimiz 164 xidmət üzrə rəqəmsallaşma səviyyəsi 90%-ə çatıb, 56 xidmət isə proaktiv qaydada təqdim olunur.

Rəqəmsallaşma bizim üçün yalnız xidmətlərin əlçatanlığını və səmərəliliyini artırmaq deyil, həm də kağızsızlaşma, resurslara qənaət və vətəndaş hərəkətliliyinin azaldılması ilə daha dayanıqlı sosial xidmət modelinin qurulması deməkdir.

🇬🇧 ENG

As part of Baku Climate Action Week 2026, we held a roundtable on “Green and Digital Social Service Model: The DOST Experience.”

We presented DOST’s approach to green and digital social services, highlighting that the digitalization rate across our 164 services has reached 90%, with 56 services now delivered proactively.

For us, digitalization is not only about making services more accessible and efficient. It also means building a more sustainable social service model through paperless processes, more efficient use of resources, and reduced need for citizens to travel for services.

10/09/2026

Ready to transform the social sector with artificial intelligence? 💡✨

This is your opportunity to showcase your digital solution on the international stage and join the innovators shaping the future of social governance.

Address

Yasamal Rayonu, İ. Qutqaşınlı Küçəsi, 86
Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Fərid Məmmədov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Fərid Məmmədov:

Shortcuts

Share