Yaşasın Bütöv Azərbaycan

Yaşasın Bütöv Azərbaycan AZƏRBAYCANI BÜTÖV GÖRMƏK İSTƏYƏNLƏRİN SƏHIFƏSI AZƏRBAYCAN TARİXİ HAQQINDA ÜMUMİ MƏLUMAT :
E. ə. E.ə. Aratta dövlət qurumu e. ə. Lakin yekun qərarı özü verirdi.

III — II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su(sub) və turukki tayfaları və Mil — Qarabağ ərazisində isə naxç və gərgər tayfaları yaşayırdı. Dəmir dövründə Azərbaycan tayfaları Assuriya ilə sıx əlaqə saxlayırdılar. Azərbaycanda yaşayan tayfalar haqqında ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarda verilir. II minillikdə Azərbaycan tayfaları olan turukkilər, lullubilər v

ə subirlər(şubarlar) Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Aratta Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu idi. Aratta ölkəsini en və yaxud ensi adlanan türk mənşəli hökmdar idarə edirdi. Aratta hökmdarı hərbi məsələləri həll etmək üçün şura çağırırdı. Arattalılar:
Türk mənşəli idilər;
İlahə Inannaya və digər şumer allahlarına sitayiş edirdilər;
Çoxallahlı idilər və dini idarələrə maşmaş adlanan kahinlər rəhbər lik edirdilər;
Uruk şəhər-dövləti ilə də mübarizə aparırdılar;
Şumer şəhər dövlətləri ilə mübarizə aparırdılar (Bu barədə “En-Merkar və Aratta hökmdarı” dastanında məlumat ve-rilmişdir)


Lullubi tayfa ittifaqı e. ə. III minilliyin II yarısında Urmiya gölünün cənubunda meydana gəlmişdir. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna çevrildi. Lullubilər:
Mesopotamiya ilə ticarət əlaqələri saxlayır və mal mübadiləsi edirdilər;
Assuriyanın Nuzi şəhərində məskunlaşmışdılar;
Hürri və hetlərin ordusunda və dövlət idarəçiliyində xidmət edirdilər;
Hürrilər tərəfindən “nullu” (özgə) adlandırılırdılar;
Səma, Günəş, Ay allahlarına, məhəbbət və məhsuldarlıq ilahələrinə sitayiş edirdilər;
Ön Asiyada igid, döyüşkən və cəsur tayfa birliyi kimi tanınırdılar;
Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar;
Akkad müdaxiləsinin qarşısını almaq üçün Mesopotamiyaya hucum etmişdilər;
Urartular tərəfindən “düşmən” adlandırılırdılar;
Döyüş məharətləri ilə qonşu tayfalar arasında qorxu yaradırdılar;
Mesopotamiyada ağalıq uğrunda mübarizə aparırdılar;
Akkad işğallarının qarşısını almaq üçün hərbi ittifaqlar yaratmışdılar;
III Ur Şumer sülaləsinin hücumuna məruz qalmışdılar. Lullubi dövləti Anubaninin dövründə xeyli qüvvətləndi. Onun hakimiyyəti illərində Urmiya gölünün cənub və cənub — şərq bölgələri ələ keçirildi. Anubaninin qələbələri və uğurları “Daş sütun” üzərində həkk olunmuşdur. Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında Urmiya gölündən qərbdə və cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş verən hadisələrə qarışır və Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər. E. ə. XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:
şumerlərin və akkadların idarə sistemi saxlanıldı;
Canişinlik sistemi saxlanıldı;
şəhərlərarası toqquşmalara son qoyuldu;
Sökülmüş məbədlər bərpa edildi;
Ənənəvi məbəd tikintisi davam etdirildi;
Ticarət yollarında əmin-amanlıq yarandı. XXII əsrin sonunda Uruk şəhəri Kuti hökmdarı Tirikana qarşı qiyam qaldırdı. Qiyam nəticəsində Mesopotamiyada Kuti ağalığına son qoyuldu və e.ə. III minilliyin sonunda Kuti dövlət qurumu süqut etdi.Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Azərbaycan adının tarixi tələffüzü cürbəcür olmuşdur. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican və nəhayət, Azərbaycan şəklində işlənmişdir. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan vermişdir. Tarixi qaynaqlar və ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri və s. öyrənilir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir. Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi. IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər. Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi.

Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.
1813-1828-ci ile qeder Azerbaycanın sahesi texminen 410 min kv.km idi.1813-1828-ci illerde iğşal edilmiş Azerbaycan erazileri,Iran esareti altındakı Cenubi Azerbaycan-sahesi texminen 280 min kv.km idi.Rusiya esareti altındakı Şimali Azerbaycan-sahesi texminen 180 min kv.km oldu.
1918-ci ilde Rusiyanın tezyiqi ile ermenilere verilmiş Irevan xanlığı-sahesi 9 min kv.km,Rusiya esareti altında olan Derbend xanlığı-sahesi 7 min kv.km idi.
1918-1920-ci illerde Azerbaycan Demokratik Respublikasının qurulduğu erazinin sahesi texminen 114 min kv.km idi.
1920-ci ilde ADR-i iğşal eden Rus Sovet Imperiyasının bölüşdürdüyü Azerbaycan erazileri:Ermenistan Sovet Sosialist Respublikasının qismen nezaretine verilen Zengezur,Göyçe,Şerur,Dereleyez,Dilican ve gürcülerin qismen nezaretine verilen Borçalı (Gürcüstan Sovet Sosialist Respublikası)-birlikde sahesi texminen 27 min kv.km oldu.
1920-1991-ci illerde SSRI esareti altında qalmış Azerbaycan Sovet Sosialist Respublikasının erazisi 86,6 min kv.km oldu. Azerbaycan 1988-1994-cü illerde işğal edilmiş eraziler Qarabağ etrafı (cemi:13210 kv.km) Keçmiş Dağlıq Qarabağ (Şuşa,Xankendi,Xocalı, Esgeran,Xocavend,Ağdere)Işğal tarixi - 1988-1994-cü iller.Sahesi:4400 kv.km. Qarabağ
1991 Esgeran
1991 Hadrut
1991-ci il 26 dekabr Xankəndinin işğalı-Xankəndi şəhəri ermənilər tərəfindən işğal olunmuşdur. (sahəsi-926 kv.km,əhalisi-57000)
1992-ci il 26 fevral Xocalının işğalı
(sahəsi-970 kv.km,əhalisi-1300)
1992-ci il 8 may Şuşanın işğalı-Şuşa şəhəri ermənilər tərəfindən işğal olunmuşdur. (sahəsi-289 kv.km,əhalisi-28000)
1992-ci il 18 may Laçının işğalı-Laçın rayonu ermənilər tərəfindən işğal olunmuşdur. (sahəsi-1875 kv.km,əhalisi-28000)
1992-ci il 2 oktyabr Xocavəndin işğalı-Xocavənd rayonu ermənilər tərəfindən işğal olunmuşdur. (sahəsi-1458 kv.km,əhalisi-11000)
1993-cü il 3-4 aprel Kəlbəcərin işğalı-Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-1936 kv.km,əhalisi-62000)
1993-cü il 7 iyul Ağdərənin işğalı-Ağdərə rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-1700 kv.km,əhalisi-47000)
1993-cü il 23 iyul Ağdamın işğalı-Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-1094 kv.km,əhalisi-161000)
1993-cü il 23 avqust Cəbrayılın işğalı-Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-1050 kv.km,əhalisi-57000)
1993-cü il 23 avqust Fizulinin işğalı-Fizuli rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-1112 kv.km,əhalisi-110000)
1993-cü il 31 avqust Qubadlının işğalı-Qubadlı rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-826 kv.km,əhalisi-38000)
1993-cü il 29 oktyabr Zəngilanın işğalı-Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğal olunmuşdur. (sahəsi-707 kv.km,əhalisi-42000)
QAN YADDAŞI
20 YANVAR___Ümumxalq hüzn günü
26 FEVRAL___Xocali faciesi günü
31 MART___Azerbaycanlıların soyqırımı günü
AZERBAYCAN TARİXİNİN ESAS MEQAMLARI

E.e. IX esr- En qedim Azerbaycan dövleti-Manna

05/03/2026
05/03/2026

Iran Azərbaycana hücum etdi ! ! !

Yaşasın Bütöv Azərbaycan

İran dağıldıqdan sonra Azərbaycan tarixi torpaqlar çərçivəsində birləşsə nələr olacaq:- Paytaxt dəyişəcək. Böyük ehtimal...
30/01/2026

İran dağıldıqdan sonra Azərbaycan tarixi torpaqlar çərçivəsində birləşsə nələr olacaq:
- Paytaxt dəyişəcək. Böyük ehtimalla Araz sahilində yeni paytaxt salınacaq.
- Güneydə dil və əlifba islahatları həyata keçiriləcək.
- Arazın o tayında müəllimlərə, xüsusilə dil-ədəbiyyat müəllimlərinə tələbat artacaq.
- Güney Azərbaycan cəmiyyəti şəriət-hüquq sistemindən uzaqlaşacaq. Məsələn, oğurluğa görə, insanların əli, qolu kəsilməyəcək.
-Təbrizdə, başqa iri şəhərlərdə filarmoniya, opera və balet teatrı, akademik dram teatrları açılacaq.
- İqtisadi rayonlarınm sayı artacaq.
- Ölkə sahəsinə görə dünyada ilk 80-liyə daxil olacaq.
-AMEA-nın Təbriz bölməsi yaradılacaq.
-Quzeydə şirniyyat, ədviyyat, çərəz, ət və toyuq məhsulları, ağartı ucuzlaşacaq. Ucuz qiymətə keyfiyyətli Təbriz ayaqqabıları geyinəcəyik.
-Təbriz istehsalı olan ucuz avtomobillər maşın bazarımıza daxil olacaq.
-"Traktor" klubu UEFA bayrağı altında yarışa qatılacaq. ÇL-də iki klubumuz təmsil olunacaq.
Görürsüz birləşmənin nə qədər faydası var.

09/01/2026

Təbriz qalxdı 🇦🇿

24/09/2025

Arazın o tayı və bu tayı

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Yaşasın Bütöv Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share