Artefakt Ovçuları / Охотники за Артефактами

Artefakt Ovçuları / Охотники за Артефактами Все об истории древнего Азербайджана!

26.05.2026-cı il tarixində Qərbi Kaspi Universitetində “İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ər...
31/05/2026

26.05.2026-cı il tarixində Qərbi Kaspi Universitetində “İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti, eləcə də müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirdə Thomas Barfield, Elio Brancaforte, Detlef Haberland, Irina Shingiray, Emma Schubert, eləcə də Azərbaycan alimlərindən Günay Həsənova, İradə Hüseynova, Şəfəq Dadaşova, Nizami Süleymanov və Fazil Baxşəliyev məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində Qafqazın tarixi, imperiyaların regiona təsiri, xalqların və ərazilərin təmsili, həmçinin tarixi-siyasi proseslərin bölgənin inkişafında rolu ətrafında geniş elmi müzakirələr aparılıb. Tədbir iştirakçıların sualları və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Artefakt Ovçuları Vətəndaş Təşəbbüsü qrupu olaraq bu dəyərli beynəlxalq elmi konfransda iştirak etmək fürsətinə görə PhD Gunay Chapay Xanıma səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Elmi mühitin inkişafına və tədqiqatçılar arasında əməkdaşlığın güclənməsinə xidmət edən belə təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

28/05/2026
🇦🇿 🇺🇿 В доме известного азербайджанского керамиста Мир Теймур Мамедов состоялась встреча с делегацией из Узбекистана, в ...
22/05/2026

🇦🇿 🇺🇿 В доме известного азербайджанского керамиста Мир Теймур Мамедов состоялась встреча с делегацией из Узбекистана, в составе которой были представители сферы культуры и искусства.
Гости познакомились с уникальным миром азербайджанской керамики, богатством традиций и тонкостями этого древнего искусства. Мир Теймур Мамедов подробно рассказал о развитии керамического искусства в Азербайджан, его исторических корнях и современных направлениях.
Особый интерес вызвали авторские работы мастера, отражающие национальные мотивы, философию формы и преемственность культурного наследия. В ходе встречи также была отмечена значимая и многолетняя деятельность Мир Теймур Мамедова, внесшего ценный вклад в развитие и популяризацию керамического искусства Азербайджана как внутри страны, так и за её пределами.
Такие встречи становятся важным мостом культурного диалога и укрепляют дружеские связи между народами Азербайджана и Узбекистана.

Hörmətli dostlar 17 May 2026-ci il tarixində Artefakt Ovçuları və Gənc etnoqraflar (etnoqrafik tədqiqatlara dəstək ictim...
14/05/2026

Hörmətli dostlar 17 May 2026-ci il tarixində Artefakt Ovçuları və Gənc etnoqraflar (etnoqrafik tədqiqatlara dəstək ictimai birliyi), Vətənimizin Şimal bölgəsinə ekskursiya həyata keçirəcəklər.

Ekskursiyamızın məqsədi Xızı rayonunun Tarix, mədəniyyət və təbiəti ilə tanış etməkdir.

Turun proqramı:

07:30 Gənclik M-stansiyası (Yarmarka)
09:30 Xızının "əlvan dağları"
10:30 Mikayıl Müşvigin ev muzeyi
11:30 Cəfər Cabbarlının ev muzeyi
12:30 Altıağac Milli Parkının ərazisinə giriş və piknik yerinə yürüyüş.
13:00 Nahar fasiləsi (hər kəs öz gətirdiyi ilə qidalanır)

15:00 Şamil qalasına yürüyüş ( istəyə bağlıdır, yürüyüşə qatılmaq istəməyənlər piknik yerində qalacaq.
18:00 Bakıya yola düşmə
19:30-20:00 Bakıya çatma vaxtı

Qiymət: 35 AZN

Qiymətə daxildir:
- Komfortlu Nəqliyyat
- Bələdçilər
- Çay süfrəsi
- muzeylərə giriş
- Altıağac milli parkına giriş

Qiymət minimum 15 nəfər üçün hesablanıb
Turun tarixi hava şəraitinə görə dəyişdirilə və ya təxirə salına bilər!

⚠️ Özünüzlə nə götürməlisiniz:
*Yüngül idman ayaqqabısı, mövsuma uyğun geyim forması tövsiyyə olunur
*Turist çantası (rükzak), SU, QİDA.

Artefakt Ovçuları vətəndaş təşəbbüsü qrupu və Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyi ilə birgə təşkil etdiyi, “C...
04/05/2026

Artefakt Ovçuları vətəndaş təşəbbüsü qrupu və Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyi ilə birgə təşkil etdiyi, “Cənubu kəşf edək” etnoqrafik tədqiqatlar çərçivəsində ilk səfərimiz Cəlilabad Diyarşünaslıq Muzeyinə oldu.

Muzey bölgənin qədim və orta əsr tarixi irsini əks etdirən zəngin eksponatları ilə diqqəti cəlb edir.

Burada türk dəfn ənənəsinin mühüm elementi olan və igidlik rəmzi sayılan zoomorf qəbir daşları — qoçdaşlar nümayiş olunur.

Xüsusilə daş plastika nümunələri, eləcə də arxeoloji tapıntılar, qədim simvollar və Türk tayfa damğaları ilə bəzədilmiş saxsı qablar böyük maraq doğurur.

Muzeyin ekspozisiyasında həmçinin etnoqrafik materiallar, məişət və sənətkarlıq nümunələri təqdim olunur ki, bu da bölgənin mədəni ənənəsinin davamlılığını və tarixi özünəməxsusluğunu daha da dərindən anlamağa imkan verir.

Muzey əməkdaşlarına, başda muzeyin direktoru Şövqi Bayramov müəllim olmaqla, həmçinin Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidmətinin baş mütəxəssisləri, bizi səmimi qarşıladıqlarına, səfər boyu yüksək peşəkarlıqla müşayiət etdiklərinə və hərtərəfli dəstək göstərdiklərinə görə dərin minnətdarlığımı bildirirəm.

Ələsgər Ağahəsən Mirzəzadə müəllimə isə eksponatlar və bölgənin tarixi ilə bağlı ətraflı və dəyərli məlumatlara görə xüsusi təşəkkürümü bildirirəm.

Bu səfər bölgənin zəngin maddi-mədəni irsini daha yaxından tanımaq, xüsusilə qədim daş plastikasının nadir nümunələrini araşdırmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu cür ekspozisiyalar bir daha sübut edir ki, Azərbaycanın cənub bölgəsi zəngin və çoxqatlı mədəni irsə malikdir və bu irsin sistemli şəkildə öyrənilməsi mühüm elmi nəticələr vəd edir.

28/04/2026

Hörmətli Aida İsmayılova Xanımın, Azərbaycan ərazisində aşkar olunan Antropomorf fiqurlar haqqında dəyərli izahı.

Filmə ətraflı baxmaq üçün keçid edin ⬇️

https://youtu.be/UqdbuKgbFeg?si=c2b6DWZJA-h5ksTY

Address

Баку
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Artefakt Ovçuları / Охотники за Артефактами posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Artefakt Ovçuları / Охотники за Артефактами:

Share