Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs İnstitutun vəzifəsi yerli genefond materialların toplanması, saxlanması və onların artırılmasıdır.

25/04/2026
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda “İn Vitro Bitki Çoxaldılması” üzrə praktiki təlim uğurla başa çatmışdır.Ölkəmizd...
20/04/2026

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda “İn Vitro Bitki Çoxaldılması” üzrə praktiki təlim uğurla başa çatmışdır.

Ölkəmizdə bu istiqamətdə ilk dəfə tam kurs formatında təşkil olunan təlim çərçivəsində iştirakçılar real laboratoriya şəraitində bitki toxuma kulturası və in vitro çoxaldılma texnologiyalarını praktiki olaraq mənimsəmiş, prosesin bütün mərhələlərini addım-addım öyrənmişlər.

Təlim Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu və Azərbaycan Bioloqlar Platforması əməkdaşlığı ilə həyata keçirilmişdir. Proqramın sonunda iştirakçılara rəsmi elektron sistemdə təsdiqlənən sertifikatlar təqdim olunmuşdur.

Bu təlim bitki biotexnologiyası və in vitro çoxaltma sahəsində nəzəri biliklərlə yanaşı praktik bacarıqların inkişafına mühüm töhfə vermişdir.

Təlimdə iştirak edən bütün iştirakçılara təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Hörmətli həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işl...
20/03/2026

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və işlərinizdə nailiyyətlər diləyirəm.

https://president.az/az/articles/view/71943

Hörmətli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və ...
07/03/2026

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

https://president.az/az/articles/view/71808

26 fevral 2026-cı ildə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü münasibəti ilə anım tədb...
26/02/2026

26 fevral 2026-cı ildə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Xocalı faciəsinin 34-cü ildönümü münasibəti ilə anım tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə institutun İdarə Heyətinin sədrinin v.m.i.e., sədr müavini Hikmət Nəsibov açdı. Faciə zamanı şəhid olmuş 613 nəfərin xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.
Bu gün işğaldan azad olunmuş ərazilərə o yerlərin əsil sakinlərinin geri qayıtması, orada gedən abadlıq işləri, şəhərsalma və tikinti tədbirlərinin ən müasir standartlara cavab verdiyini vurğulayan çıxış edənlər Xocalı qurbanlarının intiqamının alındığını, qanlarının yerdə qalmadığını söylədilər.

26 Fevral - Xocalı Soyqırımı Günü
25/02/2026

26 Fevral - Xocalı Soyqırımı Günü

Su çərşənbəniz mübarək!
24/02/2026

Su çərşənbəniz mübarək!

Address

Pirşağı Qəsəbəsi, 2 Saylı Sovxoz
Baku
AZ1098

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994123411166

Website

Alerts

Be the first to know and let us send you an email when Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxs:

Share