Azərinfobank" Milli İnformasiyalar Bankı. Pubik-Açıq Səhimdar Cəmiyəti.

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərinfobank" Milli İnformasiyalar Bankı. Pubik-Açıq Səhimdar Cəmiyəti.

Azərinfobank" Milli İnformasiyalar Bankı. Pubik-Açıq Səhimdar Cəmiyəti. "Azərinfobank" Milli İnformasiyalar Bankı. Açıq Tipli Publik Səhimdar Cəmiyəti və Qeyri-Kommersiya İçtimai Birliyi. www.azerinfobank.az

...BÜTÜN VƏTƏNPƏRVƏR HƏMVƏTƏNLİLƏRİMİ, QARABAĞ VƏ NAXÇIVAN MÜHARİBƏLƏRİ MİLLİ QAZİLƏRİMİZİ, MƏXSUSƏN DƏ ORDU QÜVVƏLƏRİ M...
26/06/2018

...BÜTÜN VƏTƏNPƏRVƏR HƏMVƏTƏNLİLƏRİMİ, QARABAĞ VƏ NAXÇIVAN MÜHARİBƏLƏRİ MİLLİ QAZİLƏRİMİZİ, MƏXSUSƏN DƏ ORDU QÜVVƏLƏRİ MƏNSUBKEŞLƏRİNİ, ƏSGƏR VƏ ZABİTLƏRİ, ÇOX HÖRMƏTLİ GÜC NAZİRLİKLƏRİ, NAZİR, KOLLEQİYA ÜZVLƏRİ, ŞƏXSİ HEYYƏTİNİ, BÜTÜN ƏMƏKDAŞLARINI, AZƏRBAYCAN RESPUBLİKASI "26 İYUN-SİLAHLİ QÜVVƏLƏR GÜNÜ" -NÜN, ŞƏRƏFLİ, ŞANLI VƏ ŞÖHRƏTLİ 100 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK !!!

"Azərinfobank"
Milli İnformasiyalar Bankı.
Pubik-Açıq Səhimdar Cəmiyəti.

https://www.facebook.com/rafiinfobank.az/photos/a.786042304755589.1073741826.387911034568720/2240215196004952/?type=3&theater

...BÜTÜN VƏTƏNPƏRVƏR HƏMVƏTƏNLİLƏRİMİ, QARABAĞ VƏ NAXÇIVAN MÜHARİBƏLƏRİ MİLLİ QAZİLƏRİMİZİ, MƏXSUSƏN DƏ ORDU QÜVVƏLƏRİ MƏNSUBKEŞLƏRİNİ, ƏSGƏR VƏ ZABİTLƏRİ, ÇOX HÖRMƏTLİ GÜC NAZİRLİKLƏRİ, NAZİR, KOLLEQİYA ÜZVLƏRİ, ŞƏXSİ HEYYƏTİNİ, BÜTÜN ƏMƏKDAŞLARINI, AZƏRBAYCAN RESPUBLİKASI "26 İYUN-SİLAHLİ QÜVVƏLƏR GÜNÜ" -NÜN, ŞƏRƏFLİ, ŞANLI VƏ ŞÖHRƏTLİ 100 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK !!!

"RAFİİNFOBANK"
BEYNƏLXALQ İNFORMASİYALAR BANKI. ;
QEYRİ-KOMMERSİYA TƏŞKİLATI. ;
MİLLİ KOMİTƏSİ.

"Rafi-Info-Bank" N.F.T.İ.Bank. Ngo.(Aze.Rep.)
The İnternational Financial and Trading İnformations Bank.
National Commiti.
(Beynəlxalq Maliyyə və Ticarət İnformasiyalar Bankı. Q.K.T.)

26/06/2018

....Bakıda milli ordunun möhtəşəm 100 illik paradı !!!.................................................................................
..Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib !!!
.."Azərinfobank" ATSC.-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar...
..Mərasim dövlət himninin oxunması ilə başlanıb !!!
..Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib...
..Bunun ardınca şəxsi heyətin keçidi olub...
..Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib...
..Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib...
..Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub...
..Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak
edib !!!

"Azərinfobank"
Milli İnformasiyalar Bankı.
Pubik-Açıq Səhimdar Cəmiyəti.

...Bu gün "Azərbaycan Xalq Cümhuriyyəti"-nin çox təntənəli 100 illik yubileyidir !!!.......................................
28/05/2018

...Bu gün "Azərbaycan Xalq Cümhuriyyəti"-nin
çox təntənəli 100 illik yubileyidir !!!.....................................................

https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C3%BCmhuriyy%C9%99ti

https://tr.wikipedia.org/wiki/Azerbaycan_Demokratik_Cumhuriyeti

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%94%D0%B5%D0%BC%D0%BE%D0%BA%D1%80%D0%B0%D1%82%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%A0%D0%B5%D1%81%D0%BF%D1%83%D0%B1%D0%BB%D0%B8%D0%BA%D0%B0

https://en.wikipedia.org/wiki/Azerbaijan_Democratic_Republic
..Bu gün Azərbaycanda təntənəli olaraq "Respublika Günü" qeyd olunur !!!..Bu gün "Azərbaycan Xalq Cümhuriyyətinin ərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından100 il ötür !!!..2017-ci il mayın 16-da Prezident İlham Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalayıb... ..Sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilir....Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.....1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.....Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.....Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.....Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.....Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).....1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.....Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi !!!

...HEYDƏR ƏLİYEV - 95 !!!..........................................https://az.wikipedia.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev...
10/05/2018

...HEYDƏR ƏLİYEV - 95 !!!..........................................
https://az.wikipedia.org/wiki/Heyd%C9%99r_%C6%8Fliyev

https://en.wikipedia.org/wiki/Heydar_Aliyev

https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B8%D0%B5%D0%B2,_%D0%93%D0%B5%D0%B9%D0%B4%D0%B0%D1%80_%D0%90%D0%BB%D0%B8%D1%80%D0%B7%D0%B0_%D0%BE%D0%B3%D0%BB%D1%8B

https://heydar-aliyev-foundation.org/en
..Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 yaşı qeyd olunur !!!..Bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib.....Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.....H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.....H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib.....H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edi !!!

21/03/2018
...ALLAH, "20 YANVAR" ŞƏHİDLƏRİNƏ ƏBƏDİ RƏHMƏT VƏ QATİLLƏRİNƏ İSƏ ƏBƏDİ LƏNƏT ETSİN !!!
19/01/2018

...ALLAH, "20 YANVAR" ŞƏHİDLƏRİNƏ ƏBƏDİ RƏHMƏT VƏ QATİLLƏRİNƏ İSƏ ƏBƏDİ LƏNƏT ETSİN !!!

...31 Dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" -dür !!!.........................................................
31/12/2017

...31 Dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" -dür !!!...............................................................................................
..1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib...
..2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi -
“...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam !!! ” kəlamı isə dillər əzbərinə çevrilib...
..Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi...
..Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.....2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb...
..Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib...
..Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir...
..Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər...
..Dünya Azərbaycanlılarının Həmrəylik Gününüz mübarək !!!

"Azərinfobank"
Milli İnformasiyalar Bankı.
Pubik-Açıq Səhimdar Cəmiyəti.

Address

AZE. REP. ; TALIBLI/38
Baku
AZ-1122

Alerts

Be the first to know and let us send you an email when Azərinfobank" Milli İnformasiyalar Bankı. Pubik-Açıq Səhimdar Cəmiyəti. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərinfobank" Milli İnformasiyalar Bankı. Pubik-Açıq Səhimdar Cəmiyəti.:

Share