Azərbaycan Dövlət Kukla Teatrının nəzdinde "Oyuq" teatr studiyasi

  • Home
  • Azerbaijan
  • Baku
  • Azərbaycan Dövlət Kukla Teatrının nəzdinde "Oyuq" teatr studiyasi

Azərbaycan Dövlət Kukla Teatrının nəzdinde "Oyuq" teatr studiyasi “Oyuq” Uşaq Teatrı

19/06/2023
07/06/2022

Oyuqçuların möhtəşəm konserti❤️ Dəyərli rəhbərimiz Saida Haqverdiyeva❤️

05/06/2022

ATV Seher ❤️

03/06/2022

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrı və “Oyuq” teatr-studiyası Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran şəhər Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evinin qonağı oldu

“Qoğal” tamaşası və Oyuqçuların bir-birindən gözəl ifaları ilə balaca dostlarımızın sevincinə səbəb olduq❤️

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbri...
20/07/2021

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, firəvan həyat, bol ruzi bərəkət arzu edirəm. 💫🙏🏻
🇦🇿

Artıq gözəl bir ənənəyə çevrilən növbəti ustad dərsimizin də vaxtı bəlli oldu.A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teat...
08/07/2021

Artıq gözəl bir ənənəyə çevrilən növbəti ustad dərsimizin də vaxtı bəlli oldu.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyasında təşkil olunan budəfəki dərsi mediamızın daim gülümsəyən cənabı, nikbin telesiması Azər Qismət verəcək.
Azərbaycan teleməkanında bir-birindən fərqli məzmun və formatlarda proqramlara aparıcılıq edən, tamaşaçıya zəngin mənəvi zövq aşılayan və onları daim pozitiv enerjiyə kökləyən Azər Qismət həvəskar aktyorlara seçilməyin incə məqamlarından danışacaq.
Uşaq psixologiyası, ümumən insan münasibətləri haqqında özünəməxsus yanaşması olan teleaparıcı, yazıçı, publisist dinləyicilərinə ədəbi materiallarından da bəhs edəcək, real təsvirləri bədii fikrə çevirməyin yollarından danışacaq.
Yalnız studiya üzvləri üçün nəzərdə tutulan və tam təmənnasız verilən bu dərs 9 iyul saat 15.00-da başlanacaq.

"Oyuq" teatr-studiyasında növbəti ustad dərsini Azərbaycan televiziya və radio məkanında xüsusi adı və çəkisi olan Em...
24/06/2021

"Oyuq" teatr-studiyasında növbəti ustad dərsini Azərbaycan televiziya və radio məkanında xüsusi adı və çəkisi olan Emin Musavi verəcək.
"ASAN" radionun direktoru, peşəkar media rəhbəri, tanınmış ictimai xadim bu dəfə həvəskar aktyorlara teleradio dilinin incəliklərini tərənnüm etməyə çalışacaq.
Məşhur telesima televiziya və radionun kütləvi təsir imkanlarını özünəməxsus incəliklərlə iştirakçıların diqqətinə çatdıracaq.
Dərsimiz 25 iyun saat 16.00-da baş tutacaq.

Teatr həvəskarlarının nəzərinə!"Oyuq" teatr-studiyasının üzvü istedadlı  uşaqların, eləcə də teatr sənətinin incəlikl...
26/02/2021

Teatr həvəskarlarının nəzərinə!

"Oyuq" teatr-studiyasının üzvü istedadlı uşaqların, eləcə də teatr sənətinin incəliklərini mənimsəmək istəyən həvəskarların nəzərinə!
Studiya bu istiqamətdə peşəkarların bələdçiliyi ilə növbəti təşəbbüsünü reallaşdırır. Belə ki, hər həftənin şənbə-bazar günləri onlayn ustad-dərsləri təşkil olunacaq. Bu dəfə iştirakçılara pantomima sənəti, onun ayrı-ayrı formaları barədə maraqlı məlumatlar veriləcək. Bu dərsləri Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev aparacaq.
elmanrafiyev

25/02/2021

Uşaqları dinləyək...
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki "Oyuq" teatr-studiyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqımızın başına gətirilən faciələrin qurbanlarının xatırlanması istiqamətində növbəti sosial layihəsini, videoçarxını hazırlayıb.

Azərbaycan xalqının başına gətirilən bəlalar, mənfur qonşularımızın əsassız ərazi iddiaları və illərdir bu məkrli niyyətin qurbanı olan minlərlə insanın faciəsi var bu kadrlarda...
XX əsrin əvvəllərindən başlanan soyqırımı siyasəti, ermənilərin ayrı-ayrı vaxtlarda xalqımızın başına gətirdiyi bəlalar tariximizin qanlı səhifələridir.
Minlərlə günahsız qurbanın içərisində təbii ki, saysız məsum uşaqlar da olub. Elə "Oyuq" teatr-studiyasının uşaqlarının dilindən bu həqiqətlər dünyaya çatdırılır.
Məhz balacalar dünya insanına mənsub olduqları xalqın faciələrini sətir-sətir, söz-söz danışırlar.
İllərdir bitib-tükənməyən erməni kini, erməni nifrətini, onun nəticəsi olan terror aktları və qurbanlarını sadalayırlar.
Hər uşaq bir faktı dilə gətirdikcə yüzlərlə günahsız insanın - qocanın, qadının, uşağın fəlakəti göz önümə gəlir...

Let’s listen to children
In this film you will see the horrors faced by Azerbaijan people, the unfounded territorial claims of our heinous neighbours and the tragedy of thousands of victims which has continued for years...
The genocide politics which started in the beginning of the 20th century are bloody pages of our history.
Without any doubt there were many innocent children amongst thousands of terror victims. And Oyuq studio-theatre represents all these tragedies to the world from children’s own stories.
The little kids tell their tragedies word by word, page by page.
They speak of endless Armenian hate, enmity, terror acts conducted by them and their victims.
Every story brings thousands of innocent people – old and young, women and child in front of our eyes...

Hamida Rustamova

https://azertag.az/xeber/Oyun_teatri_da_muharibe_movzusuna_muraciet_edib-1659125 #.YCZJGQHH1Xo.whatsapp
12/02/2021

https://azertag.az/xeber/Oyun_teatri_da_muharibe_movzusuna_muraciet_edib-1659125 #.YCZJGQHH1Xo.whatsapp

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik ruhlu repertuar siyasətini daha mütəşəkkil davam etdirir. Teatrlın quruluşçu rejissoru Anar Məmmədov azyaşlılara bu duyğuların çox həssaslıqla, həm də anlayacaqları dildə çatdırılmasının vacib olduğ...

10/02/2021

Təbrizli Kuklaçı dostumuzdan 🎭 Bizim üçün🎭

Address

Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 19:00

Telephone

4926425

Website

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Kukla Teatrının nəzdinde "Oyuq" teatr studiyasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Kukla Teatrının nəzdinde "Oyuq" teatr studiyasi:

Share